Qadınları seksual göstərən ayaqqabılar necə yaranıb?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Sağlam saçlara sahib olmaq üçün orqanizm bütün lazımı elemtləri almalıdır.
Həmçinin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaq üçün xüsusi pəhrizlər vardır ki, onlar saçların inkişaf və möhkəmləndirilməsini təmin edir.
Saçlara hansı vitaminlər lazımdır sualına ən yaxşı cavab — balanslaşdırılmış qidadır. Təbii ki, hər birimiz xüsusi vitamin komplekslərindən də istifadə edə bilərik, yalnız qida məhsulları olan meyvə və tərəvəzdən aldığımız elemet və vitaminlər, orqanizm tərəfindən daha çox və yaxşı mənimsənilir.
Birincisi bilməlisiniz ki, qida rasionunuzda mütləq -zülallar olmalıdır. Məlumdur ki, zülal orqanizm və saçlar üçün bünövrə materialı sayılır.
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir. Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur.
Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.
Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar.
“Gözəllik inyeksiyaları” (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar. Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” — biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır.
Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.
“Gözəllik inyeksiyalarını” plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.
Əksər məşhurların bahalı prosedurlarla gözəlləşdiyi söylənilsə də, onlar arasında təbii üsullara üstünlük verənlər də az deyil.
Sofi Lorenin fikrincə, gözəlliyin açarı pomidordadır.
Pomidoru püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren bu qarışığı üzünə sürtür və bir saat gözləyir.
Bu üsulla həm dərsinin qocalmasının qarşısını alır, həm də parlaq görünməsinə kömək edir.
Sandra Bullok isə alma qabıqlarından maska kimi istifadə edir.
Onun sözlərinə görə, alma qabığı pilinq təsirinə malikdir və dəridəki hüceyrələrin yenilənməsini təmin edir.
Krsitina Aqilera isə parlaq dərisinin sirrini kartofda görür.
Hər gün çiy kartof dilimlərini dərisinə sürtən müğənni, bunun həm sızanaqlar üçün faydalı olduğunu, həm də parıltı verdiyini söyləyir.
Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisini cvanlaşdıran qulluq təklif edir. Bu xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.
Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.
Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.