Yaxşılıq və Pislik


Bir gün yaxşılıq və pislik bir dəniz sahilində qarşılaşırlar və qərara alırlar ki, dənizdə yuyunsunlar. Hər ikisi geyimlərini çıxardıb dənizə girirlər.
Bir müddət sonra Pislik dənizdən çıxıb Yaxşılığın geyimlərini geyinir və yoluna davam edir. Yaxşılıq da dənizdən çıxır və öz geyimlərini tapa bilmir. Amma çılpaq olmaqdan utanır deyə, əlacsız qalıb Pisliyin geyimlərini geyinir və yluna davam ediroluna davam etdi.
Elə o vaxtdan insanlar onları bir-biriynən səhv salırlar. Ancaq səbirli və ağıllı insanlar Yaxşılığın gözlərindəki saflığı görüb, geyiminə baxmadan tanıyarlar onu. Eləcə də, Pisliyin üzünü görən kimi tanıyanlar vardır ki,
geyim onun kimliyini gizlədə bilməz.

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".

Ardı

Üzük hekayəsi

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər.
Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi, qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur.

Ardı

Yaxşılıq itmir

Xəstəxananın baş həkimi amansız bir xəstəliyə tutulmuşdu. Xaricdə müalicəsi mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun səfərə dözə bilməyəcəyi mövzusunda həmfikir idi. Çarəsiz bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim gəldi və onu yaxşı edə biləcəyini söylədi.

Ardı

Qum və daş

Bir hekayədə iki yoldaşın səhrada getdiyi izah edilir. Səfərin bir nöqtəsində bir münaqişə olur və biri digərinə yumruq vurur. Yumruğu yeyənin canı ağrıyır amma bir şey söyləmədən quma belə yazır:
«Bu gün ən yaxşı yoldaşım məni şillələdi.» 
Bir vahəyə gələnə qədər getməyə davam edirlər və suya girməyə qərar verirlər. Yumruğu yeyən bataqlıqlığa batır və boğulmağa başlayır amma dostu qurtarır. Dostu boğulmadan xilas olduqdan sonra bir daşa belə yazır:
«Bu gün ən yaxşı yoldaşım həyatımı qurtardı».
Yumruğu atan və həyat qurtaran soruşur:
«Canını ağrıtdığımda quma yazdın,niyə indi daşa yazdın?»

Digəri cavab verər: «Biri canımızı yandırdığında quma yazmalıyıq ki, bağışlama küləyi silə bilsin, amma biri bizim üçün yaxşılıq etsə daşa həkk etməliyik ki, heç bir külək silə bilməsin.
»Ağrılarınızı quma və yaxşılıqları daşa yazmağı öyrənin."
Dəyərli bir insanı tapmaq bir dəqiqə alır. Unutmaq isə bir ömürü...

Borcum nə qədərdir?

Soyuq bir qış gecəsində evə dönərkən, sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola çapalayırdı və yanındakı dirəyə sarılmışdı.
Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr etdim. Yaşı 30-dan çox olardı. Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə təmiz idi. Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib gülürdülər.
Yavaşca yanına gedib:
— Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı? 
Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:
— Xəstəyəm!..

Ardı

Kimə və niyə yaxşılıq edirik?...

Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:



Ardı

Tısbağa və əqrəb

Bir tısbağa bir əqrəblə həmdəm olub dostluq və qardaşlıq iddiası edirdi.
Səhərdən axsama tək bir oturub durardı,
Gecədən sübhə qədər onunla mırt vurardı.

Bir dəfə təbii fəlakət üz verdi, doğma vətəni tərk edib başqa yerə köçməli oldular. Təsadüfən dərin bir çaya rast gəldilər. Tısbağa çayı keçməyə hazırlaşmağa başladı, əqrəb isə yerində donub qaldı. Tısbağa dedi: — Ey əziz dost! Sənə nə olub ki, fikir dəryasına batmısan? əqrəb dedi: -Qardaşım, bu çaydan, sudan necə keçəcəyimi düşünürəm. Mənim üçün nə sudan keçmək mümkündür, nə səndən əl çəkmək?!

Ardı

Böyüklər üçün nağıl

Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”.

Ovçuların qovduqları ilan kəndlidən həyatını xilas etməyi xahiş etdi. Kəndli ilanı xilas etmək üçün ilanın qarnına girməsinə izin verdi. Lakin, təhlükə sovuşduqdan sonra kəndli ilandan çölə çıxmasını xahiş etdikdə, ilan buna etiraz etdi. Çünki içəri isti və təhlükəsiz idi. Kəndli evə qayıdarkən yolda vağ ilə rastlaşdı. O, nə baş verdiyini pıçıltı ilə Vağa başa saldı. Vağ ilanı çıxartmaq üçün ona oturmağı və qaytarmağı tapşırdı. Kəndli onun dediyi kimi etdi. İlanın başı kəndlinin ağzında göründükdə vağ onu dimdiyi ilə tutdu və bütünlükdə dartıb çıxararaq öldürdü. Kəndli qorxurdu ki, daxilində ilan zəhəri qalar. Vağ ona dedi ki, ilan zəhərindən altı ağ quşu bişirib, yeməklə müalicə olunmaq mümkündür.
Kəndli bunu eşitdikdə: “Sən ağ quşsan, elə səndən başlayıram!” deyib vağı tutub, kisəyə saldı və evə gətirdi. Evdə başına gələnləri arvadına danışdı. Kəndlinin arvadı əhvəlatı eşitdikdə “Sən məni təəccübləndirirsən. Quş xeyirxahlıq edərək səni müsübətdən qurtarıb, sən isə onu yemək istəyirsən?!” deyib, dərhal vağı azad etdi. Quş uçub getdi ancaq, getməzdən əvvəl dimdiyi ilə qadının gözlərini çıxartdı.

Afrika xalq nağılı.


P. S. Bu Afrikalıların nağılı da qəribədi. Uşaq vaxtı oxuduğum bütün nağılların sonu xoşbəxt sonluqla qurtarıb. Ya da ki, cəzalanan tərəf yaxşılıq başa düşməyən nankor biri olub. Bu nağılda isə hadisələr tamam başqa cür cərəyan edir. Kəndli ilana yaxşılıq edir, əvəzində pislik görür. Vağ kəndliyə yaxşılıq edir, əvəzində pislik görür. Qadın isə vağa yaxşılıq edir və əvəzində pislik görür. Deyirəm nə yaxşı ki, uşaq vaxtı bu nağılı eşitməmişəm yoxsa psixikam pozulardı. :-)