Orqanizminizi qışa hazırlayın

Yatın
Yuxunun nə qədər əhəiyyətli olduğunu dəfələrlə eşitmisiniz. Ancaq çox vaxt yuxuya lazımi qədər ciddi yanaşmırıq. Əgər gündə tövsiyə edildiyi kimi 7-9 saat yatmırsınızsa, özünüzü fikirləşdiyinizdən daha çox və uzun müddət kefsiz hiss edə bilərsiniz. Yuxu nizamı həyatınızda ön planda olmalıdır.

C vitamini 
C vitamini fiziki bir antioksidandır və immunitet sistemi hüceyrələrinin funksiyasını dəstəkləyir. Bibər, narıncı meyvələr, brokoli, kələm kimi qidalar zəngin C vitamini mənbəyidir. Hər gün bu qidalardan ən az birini yeməyə diqqət edin.


Davamı →

Hazır qidaların zərərləri

Kiçik və ya böyük hər kəsin sevərək istehlak etdikləri hazır qidalar göründükləri qədər zərərsiz deyil! Ölkəmizdə və digər ölkələrdə hazır qidalara çox rəğbət göstərilməkdədir. Ancaq bu hazır olaraq satılan qidalar sağlamlıq baxımından heç də faydalı deyil. Hər nə qədər çox ləzzətli olsalar da, insanlara yalnız zərəri vardır. Bu qidaların həddindən artıq istehlak edilməsi sağlamlığa ziyan vura bilər.

Ancaq şüurlu və kafi səviyyədə istehlak edilərsə, bu vaxt zərəri olmayacaq. Xüsusilə hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ –dır və burda insanlar kilo problemi ilə mübarizə edir. Bu məhsulların çox istehlak edilməsi nəticəsində piylənmə xəstəliyi olur və insanlardan bundan əziyyət çəkir. Çəki problemi bütün xəstəliklərə zəmin hazırlayan əhəmiyyətli bir faktordur.


Davamı →

Niyə duzdan az istifadə etməliyik?

Həddindən artıq duz istifadə etmək hansı sağlamlıq problemlərinə gətirib çıxara bilər? Səbəb çox duz istifadəsidirmi? Duz istifadəsinin ideal miqdarı nə qədər olmalıdır? Duzu azaltmaq üçün nə etməliyik? Mütəxəssislərin verdiyi cavablarla tanış olun...
  • Duzdan niyə çox istifadə edirik?

Davamı →

Sağlam yeməklər bişirmək üçün 5 addım

Hamımız yeməklərmizin daha sağlam bir hala gətirməyin yollarını axtarırıq. Bunu reallaşdırmaq üçün bütün yemək üsullarımızı dəyişdirməyə ehtiyac yoxdur. Kiçik dəyişikliklərlə yeməklərimizi daha sağlam bir hala gətirə bilərik.

  1. Yağ yerinə su və ya ət bulyonu istifadə edin.
    Yağ yerinə su və ya ət bulyonu istifadə edə biləcəyimiz bir çox yemək var. Tərəvəzlərimizi bişirmək üçün bir miqdar ət bulyonu istifadə edə bilərik. Bu üsul yeməklərimizə lazımlı ləzzəti verəcək. Ət, toyuq bişirmək üçün tavaya yapışmasının qabağın alacaq qədər yağ tökün, ətin bir az rəngi acılınca su və ya ət bulyonu əlavə edərək yeməyi bişirə bilərik. Kartof püresi kimi yeməklər bişirərkən kərə yağı yerinə toyuq bulyonu istifadə edə bilərik.

  2. Dana qiyməsi yerinə yağsız hinduşka sinəsi istifadə edin.

Davamı →

Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər?


İlk çubuq təxminən 3000 il əvvəl yaranıb, onları çinlilər fikirləşib. Taxta çubuqlar bambuqdan hazırlanırdı və kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə yeməyi çevirmək çox rahat idi. Onların köməyi ilə isti yeməkləri çevirən aşpazın əllərini yandırmaq ehtimalı da azalırdı. Çubuqların uzunluğu 38 sm idi, qida qəbulu üçün onlan 25 sm qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada onlar «xasi» adını alıb.
Davamı →