İnsanı kasıb edən səbəblər

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.

Davamı →

Yoxsulluğun uşaq sağlamlığına təsirləri

Dünyada baş verən proseslərə qarşı yoxsulluq dövrümüzün ən mühüm problemi olmaqda davam edir. Yoxsulluq xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara təsir göstərməklə yanaşı inkişaf etmiş ölkələrdə də qarşılaşılan ictimai problemlərdən biridir. Hal-hazırda inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların 40 % -i gündə bir dolların altında gəlirə malikdir. Səhiyyə və yoxsulluq arasında, başqa sözlə, fərdin və ailələrin sosial-iqtisadi mövqeləri ilə sağlamlıq vəziyyətləri arasında yaxın bir əlaqə var. Fizika, sosial və bioloji amillərin insan sağlamlığı üzərindəki təsirlərini bir-birindən ayırmaq imkansızdır. Bu vəziyyətdən əziyyət çəkən ən həssas qrup isə uşaqlar olur.
Davamı →

Yoxsulluqda böyümüş insanların zərərli vərdişləri

Az təminatlı ailədə dünyaya gəlmisiniz? Əşyalarınızı böyük və kiçik bacı-qardaşlarınızla paylaşmağa məcbur idiniz? Heç vaxt köhnə oyuncaqlarınızı atmırdınız, çünki valideynlərinizin yeni oyuncaq almağa kifayət qədər pulu yox idi? Əgər cavabınız “bəli”-dirsə o zaman özünüz də fərqində olmadan maliyyə vəziyyətinizi yaxşılaşdırmağa imkan verməyən zərərli vərdişlərə yiyələnmisiniz.

Yoxsulluq – cinayət deyil. Bu həyat məktəbidir. Yoxsulluqla əlaqədar olaraq yaranan vərdişlər ömür boyu insanı müşayiət edir. Hətta maliyyə vəziyyətini yaxşılaşdırsa belə. Bu vərdişlər zəli kimi əsəb və pulları sorur. Bu məqalə özünüzdən yoxsul düşüncə tərzini uzaqlaşdırma və maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün faydalı olacaq. Məlumdur ki, düşüncələr daranışları, davranışlar isə uğuru təşkil edər.
Davamı →

Yoxsulluğa qalib gəlməyə kömək edəcək ideya

Yoxsullar adətən borca pul götürür, əmanətə sahib deyil və qeyri-sağlam həyat tərzi sürür. Bəziləri belə hesab edir ki, yoxsulluq – xarakter defisitidir. Tarixçi və yazıçı Rutger Bregman bu ideya ilə razı deyil. Yoxsul insanların sadəcə pulu yoxdur və bunu dəyişmək olar.

Prinston universitetindən psixologiya üzrə professor Eldar Shafir öz kolleqaları ilə birgə şəkər qamışı əkib-becərən hindistanlı fermerlər arasında maraqlı araşdırma aparıb. Onlar məhsul yığımından dərhal sonra ümumi illik gəlirin təqribən 60%-ni əldə edirlər. Belə çıxır ki, fermerlər ilin bir yarısını tam yoxsulluq, digər yarısını isə tam zənginlik içərisində keçirirlər. Araşdırmaçılar məhsul yığımından əvvəl və sonra fermerlərin IQ testindən keçməsini xahiş edirlər. Yoxsulluq içərisində həyat şərtləri 14 IQ balının itirilməsinə səbəb olub. Bu yuxusuz gecə və yaxud spirtli içkilərin effekti ilə bərabərdir.
Davamı →

Allaha məktub | Yusif İzəddin İsa

O bilmirdi, “Zeynəb” adını ona kim qoyub. Nə vaxtsa ata-anasının, qohum-əqrabasının olduğunu heç düşünməmişdi də. Hətta dünyaya gəldiyindən neçə il ötdüyünü belə bilmirdi. Kaş o hər şeyi xatırlayaydı, çünki bir neçə gündən sonra onun yeddi yaşı tamam olacaqdı!
Hər zaman o, özü haqqında düşünəndə, yaxud küçə boyunca piyada gedəndə günləri, başına gəlmiş hadisələri yadına salardı. Səbəbini bilmədiyi göz yaşları ona heç cürə kömək edə bilməzdi.
Qış gecəsidir. Həmişəki kimi o, Xanım Zeynəb ziyarətgahındadır*. Əyninə rəngi çoxdan solmuş nimdaş, nazik köynək geyinmişdir. Demək olar ki, çılpaqdı. Üzünün rəngi solğun və çox arıq idi.
Ardı →

Kasıb uşağın dilindən

  1. Göyə uçurmağa bir şarım belə yox. Şar paylayan bir əmim də yox...
  2. Ayaqlarım palçıq içində, geyməyə ayaqqabım yox...
  3. Əynimdə bərli-bəzəkli məktəbli paltarlarım yox...
  4. Xəstələnmişəm, həkimim yox. Getməyə xəsətxanam, dərman almağa imkanım yox.
  5. Ucqar dağların arxasında yaşayıram, əgər başıma bir iş gəlsə şəhərə gəlməyə imkanım, dizimdə taqətim yox.
  6. Anam qardaşımı ucqar dağ yollarında, qar içində dünyaya gətirdi. Anamın nə bir həkimi, nə də əlindən bir tutanı yox.

Davamı →