Haylulə yuxusu

Haylulə yuxusu əsasən günorta vaxtı 20-30 dəqiqəlik yatmaq zamanıdır. Günorta yeməyindən sonra yarım saatlıq yatmaq Peyğəmbər tərəfindən bəyənilmiş və səhabələrə də məsləhət görülmüşdür.

Haylulə yuxusu insan üçün çox önəmli və faydalı bir yuxudur, belə ki günorta yarım saat yatmaq axşam yuxusunun 2 saatına bərabərdir.

Haylulə yuxusu yatan şagirdlər yatmayanlara nisbətdə 50 faiz daha yaxşı nəticə göstərirlər. Amerikada Hardvard Universitetində könüllülər arasında aparılmış tədqiqatların nəticələrinə görə, günorta yatan insanlar yatmayanlara nisbətdə gümrah olub, iş qabiliyyəti yüksəlib, göz yorğunluğundan əziyyət çəkməyiblər.
Davamı →

...

Hamı yatır...Yatır qara buludlar,
Yatır göydə işıldayan uduzlar.
Yatır günəş, yatır səma, ay, dəniz.
Yatır insan, yuxusundan xəbərsiz.
Hətda yuxum yuxulayıbdır mənim.
Bir mən oyaq — Cırtdanı öz gecəmin.
Yox, qorxmuram, nə qaçaçaq divim var,
Nə işıq var, nə də hürən tazılar.
Heç xəlbirlə su da yox bu səfərlik.
Bir mən varam, bir gecə var, bir təklik.
Mənim gecəm fərqli başqa gecədən.
O da mənim kimi qorxur təklikdən.
Onunçün də qoymur məni yatmağa.
Dönüb gecəm ilə iki ortağa,
Baxırıq, yatırlar: səma, ay, dəniz.
Gəl sən də dalğalan, yatma, ay dəniz.
Onsuz da yatırlar ulduzlar, qəmər.
Qoy, həzin laylalar desin ləpələr.
Yuxu gəlib, yatır həyat bir anlıq,
Bu gecə yuxulu hətda qaranlıq.
Yuxu xas dünyaya, yatır vulkanlar.
Yatmasınlar əsas qəlbdə arzular.

Cavidan Hacıyev 

Hamiləlikdə düzgün yatmaq

İdeal yuxu mövqeyi
Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun
Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.

Corabla yatmağın ziyanları

Corabın rezinlərinin ayaq biləyinə uzun müddət təzyiq göstərməsi periferik qan dövranının pozulmasına gətirib çıxarır.

Qan dövranının pozulması ayaqda qaralmaya, dərinin qurumasına və uzun dırnaqlarda formanın dəyişməsinə səbəb ola bilər.

Corabla yatmaq ayaqların tərləməsinə və havasız qalmasına yol açacağından göbələk infeksiyalarının çoxalmasına səbəb ola bilər. Həmçinin ekzema kimi dəri xəstəliklərinin yaranmasına təkan verir. Corabda qalan yuyucu vasitə qalıqlarının uzun müddət dəri ilə təması dermatitlərə və ya allergiyaya səbəb olur. Nəticədə ayaqda qaşıntı, qızarma əmələ gəlir.
Davamı →

Çox yatmaq beyini zəiflədir

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur. Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.

Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.

Bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur. REUTERS-ın məlumatına görə, bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.

Davamı →

Yuxuda danışmaq

Uşaqların 50 %-i, böyüklərin isə 5 %-i yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilərdə daha çox görüldüyünü deyir. Yaxşı, bəs gecənin bir yarısı yanınızdakı adam yuxusunda danışarsa, nə edəcəyinizi bilirsizmi?

Yuxuda danışmaq nədir?
Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar özləri bu hərəkətlərindən xəbərsiz olurlar.
Davamı →

Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

Yuxu pozası sağlamlıq üçün çox mühüm əhəmiyyətə malikdir! Yuxu bədənin tam istirahət etməsi, bizim maksimum enerji yığmağımız üçün çox vacibdir. Az və pis yatan adamların səhhətində zaman keçdikcə bir qayda olaraq ciddi problemlər yaranır, xroniki yorğunluq, dəri rəngində solğunluq və pis əhval-ruhiyyə hiss olunur. Baxmayaraq ki, bu, bir qədər qəribə səslənir, amma sol böyrü üstə yatmağın sağlamlıq üçün bir çox üstünlükləri var.

Limfa istiqaməti üzrə sol tərəfə doğru axır. Bədəninin sol tərəfi limfatik sistemdə idarəedici tərəfdir. Limfa öz yolunda limfa düyünlərini açmaq və sol tərəfə axmaq üçün zülallar, metabolit, qlükoza və tullantılar ifraz edir.
Davamı →

Qarnı üstə yatmağın ziyanları

Mütəxəssislərin fikrinə görə, gecə daim qarın üstə yatmaq insan sağlamlığına ciddi ziyan vura bilər. Bu pozanın 7 əsas təhlükəsi var:

1. Bu pozada qan damarları saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün təhlükəlidir ki, onlarda bu vəziyyətdə insultun və ani ölümünün riski artır.

2. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

3. Bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizmin oksigenlə təmin olunması kəskin pozulur.
Davamı →

Günorta yuxusunun 5 mühüm faydası

Hal hazırda fizioloqlar insanlara gün ərzində bir dəfə deyil, 2 dəfə yatmağı tövsiyə edir. Gecə yuxusu 7 saatdan az və 9 saatdan çox olmamalıdır.

Günorta isə alimlər saat 13.00-15.00 arası 20-30 dəqiqə ərzində (bundan artıq yox!) yatmağı tövsiyə edir. Belə qısa günorta yuxusunun bir neçə mühüm faydası var:

1. Sinir sistemində gərginlik azalır, beyin dincəlir.

2. Stress azalır.

3. İş qabiliyyəti xeyli artır.

4. Qocalıqda ağıl zəifliyinin səbəbi olan Alsheymer xəstəliyinin riski azalır.
Davamı →

“Şüursuzluq” anlayışının əsaslandırılmaları

Şüursuzun mövcudluğunu sübut etmək üçün faktlar axtarmaq lazım deyil. Şüurlu hissədə çatışmazlıqları görmək kifayətdir. Şüur səhvlərə qadirdir və bəzən hər hansı bir suallara tez-tez cavab vermir. Məsələn: Bu suala cavab yoxdur: “Mən nəsə istəyirəm, amma bilmirəm nə”. Şüur assosiasiya gücünəcaab vermək iqtidarında deyil, lakin bu işi ideal formada şüursuz yerinə yetirir. Cavablarsız qalan bu proseslər həm sağlam, həm də xəstə insanlara məxsusdur.

Məhz şüursuz öz funksiyalarının icra edilməsində şüura kömək edir – məntiqi əlaqəyə bütün prosesləri gətirmək. Freydin fikrincə, bütün olanlar əvvəlcə gizli – latent formada, amma bir müddətdən sonra şüur vəziyyətinə keçir. Sübutlar kimi psixi avtomatizmləri gətirmək olar. Əlbəttə, hipnoz istifadəsi və postqipnotik təlqin etmə şüursuzun mövcudluğunun ən böyük sübutu kimi xidmət edir.
Davamı →