Atmosferə zərərdən xeyir götürən milyarderlər

Son onilliklər ərzində dünya çox dəyişib və bir çox sahibkarlar, milyarderlər, siyasətçilər və ictimai xadimlər ətraf mühitin vəziyyətinə, eləcə də biznesin ona necə təsir etdiyinə diqqət yetirirlər. İstixana qazlarının atmosferə atılaraq, onun vəziyyətini pisləşdirməsindən ged-gedə daha çox bəhs edilir.
Buna baxmayaraq, bir çox zəngin insanlar ekoloqların çağırışlarına diqqət yetirməməyə üstünlük verirlər. Onlar zərərli emissiyalarla bağlı biznes aparmağa davam edirlər.
Davamı →

Zəngin olmağın sirləri

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir. 

  • Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.
  • Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

Davamı →

Arıqladan və gözəlləşdirən meyvə

Tərkibi sizə faydalı elementlərlə zəngin olan Ananas həm dadı  ilə həm də orqanizminizə təsiri ilə əlaqədar sizin favori meyvələrinizdən biri olmalıdır. Bromelin ilə zəngindir. Bu ferment həzm sistemində bir çox problemlərin həll edilməsinə kömək etməsi ilə yanaşı orqanizmdən artıq maddələrin (şlakların) və toksinlərin uzaqlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Ardı →

Əyri qədəh həvəsləndirir

Mütəxəssislər hesab edirlər ki,qədəhin forması spirtli içkilərin qəbul olunma tezliyinə və miqdarına təsir edir.Beləki,şəkli dəyişdirilmiş məişət qabları belə miqyasın idarə olunmasını çətinləşdirir.18-40 yaş arası içki aludəçisi olan 160 könüllü üzərində aparılan tədqiqatlar göstərdi ki,məhz şəkli dəyişdirilmiş qədəhlərdən içki qəbul edənlər iki dəfədən artıq həvəsli olur və demək olar ki,onun nə zaman dolub boşalmasının fərqinə belə varmırlar.Məhz içkinin miqdarını təmin etmək üçün ən faydalı düz tərəfli stəkanlar olduğu aşkar edilmişdir.Ancaq mütəxəssislər sağlam olmaq üçün bu stəkanların vitamin və minerallarla zəngin olan meyvə şirələri və mineral təbii sularla doldurulmasının tərəfdarıdırlar.
Davamı →