Zahılıqda saçların tökülməsi

Adətən hamiləlikdən bir müddət sonra qadınlar saçlarının ifrat şəkildə tökülməyinə görə narahat olurlar. Bu narahatlığa tamamilə bəraət qazandırmaq olar. Daraqda qalan lopa-lopa saçlar istənilən insanı vahiməyə salmağa qadirdir.
Yaranan vəziyyətlə bağlı ən geniş yayılmış fikirlərdən biri əmizdirmənin saçların tökülməsinin səbəbkarı kimi göstərməkdir. Lakin əgər daha diqqətlə araşdırsaq, məlum olacaq ki, zahılıqda saçların tökülməsi bircə gün belə əmizdirməyən qadınlarda da mövcuddur. Demək ki, saçların tökülməyində günahkarı ananın körpəsinin süd ilə əmizdirməsində görmək səhv fikirdir.

Davamı →

Doğuşdan sonra dəyişikliklər

Doğuşdan sonra anaların əksəriyyəti bədənində olan fiziki və mənəvi dəyişiklikləri ürəkağrısı ilə qarşılayırlar. Lakin unutmayın ki, bunlar normal bir təbii haldır. Doğuşdan sonra sizin bədəniniz hələ də dəyişməkdə davam edəcəkdir.

Döşlərinizə süd gələcək və uşaqlığınız əvvəlki ölçüsünə qayıdacaqdır. Bədəninizdə baş verənləri, qeyr-adi simptomları anlamaq lazımi məlumata malik olduğunuz halda daha asan olacaqdır. Əgər qızdırmanız 38 dərəcədən çoxdursa mütləq həkiminizlə əlaqə saxlayın.

— Südün gəlməsi. Döşlərinizin dolması doğuşdan 72 saat sonra baş verəcək. Bu zaman döşləriniz bərk, yüngül ağrılı və isti ola bilər. Bu ilkin südəmələ gəlmə prosesinin normal halıdır.
Davamı →

Normal zahılıq dövrü

Normal zahılıq dövrü son, uşaqlıqdan qovulub xaric olan andan başlayır və 6-8 həftə davam edir. Hamiləlik və doğum zamanı qadın orqanizmində baş verən bütün dəyişikliklər zahılıq dövründə geriyə inkişaf edir. Bu zaman qadın cinsiyyət orqanı hamiləliyə qədərki vəzityyətini tam bərpa edir. Bir sıra qadınlarda zahılıq dövrünün qurtarması, aybaşı tsiklninin başlaması ilə biruzə verir.

Döş əmizdirən analarda isə aybaşı tsikli gec başlayır. Bəzi qadınlarda isə bu müddət doğuşdan 6-8 həftə sonra başlayır.
Davamı →

Zahılıq dövrü

Doğuşdan dərhal sonra başlayan və 6 həftə davam edən müddət zahılıq dövrüdür. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr hamiləlikdən əvvəlki hala dönür. Hər orqan və sistemin hamiləlikdən əvvəlki vəziyyətə dönməyi müəyyən müddət çəkir.

Zahılıq dövrü — çox erkən, erkən və gec adlanan üç dövrə ayrılır:
1. Çox erkən zahılıq dövrü: doğuşdan sonrakı ilk 24 saatı;
2. Erkən zahılıq dövrü: doğuşdan sonrakı birinci həftəni;
3. Gec zahılıq dövrü: qalan 5 həftə müddətini əhatə edir.
Davamı →