Zəlimxan Yaqub şeirləri

 Gəlirəm

 
Duyğuların zirvəsinə baş vurub,
Uca sözün ucasından gəlirəm.
Gör nələr var üçcə hərfin canında,
“Söz”ün bircə hecasından gəlirəm.
Ömür üzən, gün qocaldan, yaş yoran,
Dincəlməyə aman verə, kaş, yoran.
Sualların saç ağardan, baş yoran,
“Neyçün”ündən, “necə”sindən gəlirəm.
Danışdırdım hər pərdəni, hər simi,
Dərk eylədim avandımı, tərsimi.
Məktəb açdı, Tanrı verdi dərsimi,
Ustadından, xocasından gəlirəm.
Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
Hünərin var qapısından gir ömrün.
Yuxusuna haram qatmış bir ömrün,
Min yuxusuz gecəsindən gəlirəm.
Süzülmüşəm tarixlərin ruhundan,
Od almışam yananların ahından.
İnsanların Adəmindən, Nuhundan,
Cavanından, qocasından gəlirəm.
Qorxusu yox nə amanın, nə ahın,
Günəşi var hər açılan sabahın.
Qapısında xidmətçiyəm Allahın,
Qapısından, bacasından gəlirəm.
 
 
✓Müəllif: Zəlimxan Yaqub.

Davamı →

Xəlil Rza Ulutürk | Oxşarı olmayan alovlu şair

Elə insanlar var ki, mütləq onların bir bənzəri olur. İnsanın oxşarının olması adi haldır. Amma şair, istiqlal mücahidi Xəlil Rza bəlkə də bu dünyada yeganə oxşarı olmayan insandır. Bənzərsizdir! Onun oxşarı yalnız özüdür. Əslində Xəlil Rza daha çox təbiətə bənzəyirdi. Gah sel kimi guruldayır, daşır, gah da ildırım kimi çaxırdı. Bir də görürdün ki, qaranlıqları aydınlaşdıran günəş kimi nur saçırdı.
Xəlil Rza azadlıq hayqıran millətin səsi, etirazın ifadə forması, vətənini canından çox sevən vətəndaş, alovlu şair, olduğu kimi görünən, göründüyü kimi olan əsl insan idi. Onun adı çəkiləndə istər-istəməz adamın gözü önündə mübarizə aparan fədakar bir insanın obrazı canlanır. Bu gün bu böyük tarixi şəxsiyyətin 90 yaşı tamam olur.


Davamı →

Əhməd Cəmil haqqında maraqlı faktlar

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberniyasının İrəvan şəhərində, Təpəbaşı məhəlləsində kustar sənətkar ailəsində anadan olub. Babası Mir Cəmil ağa İrəvanın tanınmış Seyid nəslindən idi. Mir Səttarın 11 uşağı olub, bunlardan ən kiçiyi Əhməd Cəmil idi. Bu uşaqlardan əksəriyyəti körpə ikən dünyasını dəyişmiş, yalnız 4-ü sağ qalmışdı. Mir Bağır, Mir Mehdi, Mir Əhməd, Nazəninbəyim.

Davamı →

Vətən şeirləri

Komandan İlham gəlir

Bu Kəlbəcər, bu Laçın,
Yolları geniş açın,
Yoluna işıq saçın,
Komandan İlham gəlir.

Çox dedik ayıl, oyan
Əməlindən bir utan.
Rəzil oldun, Paşinyan
Komandan İlham gəlir.

Davamı →

Mən bir termos şüşəsiyəm

Təsadüfən köhnə kitabların birində rast gəldiyim avtoqraf məni yaman tutdu: “Ömrü boyu sözün qabağından qaçmışam… Amma sənə layiq söz tapa bilmirəm...”
Bu sözlər İsa İsmayılzadənin idi.
Bu sözlər də eləcə:
“Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm”.

Davamı →

XX əsr Pakistan şeiri - Məhəmməd İqbal və Fəxxar Zaman

Məhəmməd İqbal
Böyük Pakistan şairi, filosofu, ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi və nəhayət, Pakistanın «mənəvi atası» titulunu almış Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində, sufi ailəsində anadan olub. İlk təhsilini dini elmlər və «Qurani-Kərim» üzrə alıb. Mədrəsə təhsilini bitirdikdən sonra ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən İqbal Lahurda ali təhsilini başa vurub Şərq dilləri fakültəsində müəllim kimi çalışıb. İlk şeirlərinin dərci də həmin dövrə təsadüf edir. 1905-ci ildə Kembric Universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən İqbal Londonda yaşadığı 3 il ərzində Ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil edib. Sonrakı illərdə o, Almaniyanın Münhen şəhərində fəlsəfə üzrə doktorantura təhsili də alır. 1908-ci ildə Hindistana qayıdan, orada böyük heyranlıq və coşqu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak edib, xalqının maariflənməsi istiqamətində böyük işlər görüb.

Davamı →

Sabir Rüstəmxanlının şeirləri

EY QÜRBƏTİN DAĞLARI

Dünyanın hər yerində üz tutduğum dağlardı,
Çayıyla, bulağıyla ilhamımdı… çağlardı,
Dağ olmasa kim məni bu yadlıqda saxlardı
Yolları, cığırları, izləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!

Davamı →