Çiyələkli keks

Ərzaqlar:
— 200 qr un
— 100 qr kərə yağı
— 120 qr şəkər tozu
— 150 qr təzə qatıq
— 1 paket vanil
— 2 yumurta
— 1 çimdik duz
— 2 ç.q. qabartma tozu
— 200 qr çiyələk

Hazırlanması:
Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə yaxşı çalın. Bir-bir yumurta əlavə edin, çalın. Qatıq əlavə edin, qarışdırın. Una qabartma tozunu və duzu əlavə edin, birlikdə ələyin, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
Davamı →

Armud deserti

Ağır şirniyyatlardan və ya kremli un məmulatlarından uzaq gəzirsiniz? O zaman ailənizlə paylaşacağınız süfrənizi qaynanmış vanilli armud deserti ilə sevindirin.

Əmin olun ki, xarici görünüşcə sadə olsa da, bu şərbətli sağlam desert qonaqlarınıza xüsusi damaq ləzzətini unutdurmayacaq. Kartof və ətdən hazırlanmış yeməklərdən, karbohidratlardan sonra həzmə xidmət edən desert lap yerinə düşəcək.

Qaynadılmış armud həzmi asanlaşdırır və eləcə də, menyunuzu daha da keyfli etməyi bacarır. Odur ki, armudu soyuducularınızdan əksik etməyin.

Çox qısa zamanda desertlər arasında favoritinizə çevriləcək bu təam qısa zamanda asanlıqla hazır olması ilə də sevilir.
Davamı →

Balqabaq deserti

Payız-qış aylarında faydalı bostan məhsulu olan balqabaq mətbəxin sevimlisinə çevrilir. Onun ağızda əriyib gedən dadı ilə bərabər tərkibi minerallarla zəngin olan bu tərəvəzin orqanizmimiz üçün faydaları da çoxdur. Bədənimiz üçün zəruri mis, kalsium, dəmir və s. mənbəyi oluğuna görə o həzm prosesində, sinir və ürək-damar xəstəliklərində hədsiz faydalı hesab edilir.

Balqabaqdan hazırlanan ənənəvi reseptlərdən əlavə bu tərəvəzdən şirniyyatlar da hazırlanır. Əgər balqabaq plovu və ya qutabı hazırlamağa zamanınız yoxdursa, onun dadını asanlıqla başa gələn desertdə dada bilərsiniz.

Tərkibi:
— 500 qr. balqabaq
— 250 qr. şəkər tozu
— 100 qr. qoz. 
Davamı →

Qızılgül peçenyesi

Ərzaqlar:
200 qr kəsmik 
1 stəkan un 
150 qr kərə yağı
yarım stəkan şəkər tozu + yarım stəkan şəkər pudrası
2 yumurta 
1 ç.q. qabartma tozu
1 paket vanilli şəkər tozu.

Hazırlanması:
Kəsmiyə yarım stəkan şəkər tozu, 1 paket vanilli şəkər tozu və 2 yumurta sarısını əlavə edirik, çəngəllə yaxşı qarışdırırıq. 
Soyuq kərə yağını sürtgəcdən keçirdirik və ya bıçaqla xırda doğrayırıq. Unu qabartma tozu ilə birlikdə ələyirik, kərə yağına əlavə edirik, barmaqlarla ovuşdururuq ki, xırda ovuntu alınsın.
Davamı →

Xurmalı keks

İnqridientlər:
1,5 stəkan un
400 qr kəsmik
2 yumurta
200 qr xama
200 qr kərə yağı
1 stəkan şəkər tozu
200 qr xurma
1 ç.q. qabartma tozu
vanilin.

Hazırlanması:
Unu şəkər tozunun yarısı, yağ, qabartma tozu və vanilinlə oxuşdurun. Ovuntunun yarısını formaya tökün, hamarlayın.
Davamı →

Darçınlı peçenye

Ərzaqlar:
100 qr kərə yağı
2 yumurta
1 stəkan şəkər tozu
2 stəkan un 
yarım ç.q. soda + yarım ç.q. limon şirəsi
1 ç.q. darçın.

Hazırlanması:
Yumşalmış kərə yağı, yumurta, şəkər tozu, un və limon şirəsi ilə söndürülmüş sodanı yaxşı qarışdırın.
Davamı →

Qəhvəli peçenye

İnqridientlər:
100 qr kərə yağı
1 stəkan şəkər tozu
2 yumurta
3 ç.q. qəhvə 
50 qr süd
2 ç.q. qabartma tozu
2 stəkan un.

Hazırlanması:
Südü qızdırın, içində qəhvəni əridin, bir az soyudun.
Yağı şəkər tozu ilə yaxşı qarışdırın.
Davamı →