Azərbaycan bayatılarında ümumi məzmun məsələləri - Nuridə İsmayılova

Azərbaycan xalqının ruhuna uyğun şeir forması dedikdə ağıla gələn iki janrdan biri bayatıdır. Bayatının ümumi məsələləri barədə indiyədək çox yazılıb. Amma əksmənalı bayatılar haqqında bir o qədər məlumat yoxdur. Əksmənalı bayatılar sırf əksmənalı sözlər vasitəsilə yaranmır. Onlarda məna ziddiyyət təşkil edir. Məsələn, yazdığım belə bir bayatıya diqqət yetirək:

Əzizinəm, gecədir.
Nəm gözlərin gecədir.
Qəmlə yoldaş olanın
Bir dostu da gecədir.

Davamı →

Elmilik, fəlsəfilik və bədiilik

İnsan mənəviyyatı əsrlər boyu ən çox fəlsəfə, din və ədəbiyyatda təcəssüm olunmuşdur. Əmək bölgüsü və ixtisaslaşma genişləndikcə, ilkin sinkretik biliklər də bölünmüş, insan təbiətin fəthi sahəsində çox irəliyə getmiş və şəxsi həyatın mənimsənilməsi arxa planda qalmışdır.
Elm və onun problematikası insandan, onun gündəlik həyatından və mənəvi əsaslardan  uzaqlaşdıqca, bilik və əxlaq, təlim və tərbiyə də getdikcə daha çox  ayrı düşmüşdür.

Davamı →

Ədəbiyyatımızın yorulmaz mücahidi - Qılman İlkin

Əli VƏLİYEV:  Ədəbiyyatımızın yorulmaz mücahidi olan Qılman İlkin həyatı bütün gözəlliyi ilə, dolğunluğu ilə əks etdirməyi bacaran yazıçıdır.                       
«O, 96 il yaşadı, Azərbaycan yazıçıları arasında misli olmayan bir uzunömürlülüyə imza atdı.
Bəlkə, 100 il də yaşayardı, hətta ikinci yüzilliyə də qədəm basardı. Amma düz 96 yaşında xəstəlik ona aman vermədi. Ömrünün sonuna qədər də qələmdən, yazıdan əl çəkmədi» — Vaqif Yusifli

Davamı →

Əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinə olan şair

“Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan Nizami Gəncəvinin əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinədir. Dahi Nizaminin yaradıcılığı digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır...” Xalqımızın şair oğlu Nizami Gəncəvi haqqında bu fikirləri şərqşünas-alim, Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardi qeyd edib. Nizami öz zamanında poeziya meydanında istedadı ilə hünər göstərən yeganə şair deyildi. O dövrdə Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi, Xaqani Şirvani kimi dövrünün tanınmış sənətkarları var idi. Şeirləri ilə şöhrətlənən, əsərləri dillər əzbəri olan bu şairlərin arasında Nizami Gəncəvi Günəş kimi parlayaraq yüksəldi. Bu parlaqlıq, bu yüksəklik o qədər heyrətamiz oldu ki, böyük şair, musiqiçi, filosof Əmir Xosrov Dəhləviyə (1253-1325) bu misraları yazdırdı:

Davamı →

O taya ana dili aparan ikinci ədibimiz - Mirzə İbrahimov

Yazıçı, dramaturq və ictimai xadim olan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının və elminin zənginləşməsində müstəsna xidmətlər göstərmişdir.
Mirzə Cəlildən sonra Arazı keçən, “o taya ana dili aparan” (Yaşar Qarayev), Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr  olunan “Vətən  yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.

Davamı →

Klassiklərin duyulması - Cavanşir YUSİFLİ

M.F.Axundzadə Azərbaycan bədii təfəkkürü tarixində müasir ədəbiyyata yön, özündən əvvəlki ədəbiyyata münasibətdə «işarə düşmənçiliyinə yol» verən bir fiqurdur. Azərbaycan ədəbiyyatşünaslığının demək olar ki, bütün nəsilləri onun «Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır» fikrinin «tilsimini» açmağa, bu ibarəyə özünəməxsus izah verməyə çalışmış, ancaq sonda demək olar ki, hamı eyni fikrə gəlmişdir: bu məqamda Axundov böyük səhvə yol vermişdir. Yəni bu mülahizə ilə bağlı «Axundzadənin səhvini» görmək asan olsa da, bunun arxasında Azərbaycan bədii təfəkkür tarixinin hansı problemlərinin durmasını incələmək demək olar, heç kəsin ağlını məşğul etməmişdir. Ancaq… məşğul etsə də, etməsə də, bu problem, bu qovğa sayəsində dünya standartları səviyyəsində Azərbaycan nəsri yaranıb formalaşmışdır. Həm də yeni dövr, yeni ədəbiyyat klassika ilə qovğadan doğmuşdur.

Davamı →

Yazıçıların hoqqaları və tənqidçilərin xal qazanması

  • Esse
Bizim düşüncə sferamızda əksər anlayışların üst qatını, zahiri istiqamətlərini tələm-tələsik mənimsəmək, həmin məsələlərin tənqid edilən tərəflərindən xəbərdar olmamaq, hər şeyi birmənalı, mütləq, özünə sərf edən formada qəbul etmək meyli düşüncə natamamlığı, fikir yarımçıqlığı yaradır. Bu baxımdan, Mario Varqas Lyosanın “Mədəniyyətin ölümü haqqında qeydlər” kitabından tərcümə etdiyim bu essesi dünyada “hədsiz pessimist və radikal” kimi qarşılansa da, həm bizim intellektual çevrələrdə çox da bilinməyən postmodern nəzəriyyələrin tənqidinə, həm də təhsilə, təhsil işçilərinə bəslədiyi münasibətə görə əhəmiyyətlidir. Tərcüməçidən.

Davamı →

Öz xəyanətinə qurban gedən Əsəd Cahangir

Çoxları ədəbi tənqidçilərə uğursuz yazıçılar deyir, bəziləri isə, ümumiyyətlə, bu peşə sahiblərinin xidmətindən xəbərsizdi.
Ədəbiyyatın içində olanlar isə yaxşı bilir ki, sənəti nişan verən, yazıçının getdiyi yeni yolu göstərən, novatorların yara-yara keçdiyi cığırların başında durub həşir salan məhz tənqidçilər olur.
Təəssüf ki, adındakı “tənqid” sözü bu peşə sahiblərinə qərəzli, radikal bir obraz biçir deyə, əksər qələm adamları tənqidçiləri “mız qoyan” obrazında görür.
Hərçənd Dostoyevskinin bir anın içində Dostoyevski olmasına tənqidçi Belinskinin bir cümləsi bəs etmişdi.

Davamı →

Orta əsrlər ədəbiyyatı

Ədə8biyyat və sənət tarixin yol yoldaşıdır. O, xalqın ictimai tarixi ilə bərabər addımlayır və tarixi (faktları) təsdiq edir. Lakin ədəbiyyatı — bədii sənəti tarixin gedişatından tam asılı hesab etmək doğru deyil. Ədəbiyyatın, ümumən, bədii sənətin öz stixiyası var. Bədii proses deyil (materializm-marksizmin iddia etdiyi kimi!) daha çox tarix bədii prosesdən, bədii təxəyyüldən asılıdır. İstedadla, sənətkarlıqla, ilhamla yaradılmış ədəbiyyat tarixə yol açır, onu hələ keçmədiyi yerlərə yönəldir, prioritetlərini təyin edir.

Davamı →

Südabə Ağabalayeva Ocaq daşı

Yay gününün bürküsü, vaxtın təntiyən vədəsi. Bir belə tünlük əlindən sığınmağa tək gümanım siqnal nüsxəsi əlimdə olan «Azərbaycan» jurnalı. Siqnal nüsxəsini vərəqləməyin bir özgə ovqatı var; az qala hər sətrini dönə — dönə oxumusan, gözüyumulu bilirsən hansı yazı hansı əhifədədir… amma yenə də ilk dəfə görürmüş kimi, nigaran bir həyəcanla çevirirsən səhifələri. Bundan sonra əlinə alanda isə, başlayırsan adi oxucu kimi vərəqləməyə… Bu da başqa bir zövqdür, bu dəfə başqa nə isə axtarırsan, vərdişkar tövrlə olsa da… Bunları düşünə — düşünə sövq — təbii vərəqləyirsən jurnalı, gözün sətirlərdə, fikrin həyatın yanında. Və elə bu dəm hardansa limon çiçəyi ətirli bir sərinlik axdı keçdi. Niyəsə bu sərinliyin rəngi mavi gəldi mənə və düşündüm ki, limon çiçəyinin rəngi hara, mavi hara.

Davamı →