Slavyanofillər və qərbçilər. Rus utopik sosializmi
XIX əsrin birinci yarısında Rusiyada mövcud ictimai quruluşun ideoloji nöqteyi-nəzərdən dərk edilməsi prosesi formalaşmışdır. Qraf Sergey Uvarov və onun «Rəsmi xalqçılıq nəzəriyyəsi» («Теория официальной народности») rəsmi mütləqiyyət nöqteyi-nəzərini ifadə edirdi. Bununla birlikdə fərqli ideoloji istiqamətlər də meydana çıxmışdır. XIX əsrin I yarısında daha çox özlərini «slavyanpərəstlər» («славянофилы») və «qərbçilər («западники») adlandıran iki cərəyan fərqlənmişdir.
Davamı →