Yaponiya haqqında bilmədiklərimiz

Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.

Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır.

Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, “dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.

Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.

Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.

Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.

Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.

Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.

Maraqlı fakt – Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan zibil və yenidən emal oluna biləcək zibil.

Yaponlar çox utancaq xalqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini biruzə verə bilmirlər. “Səni sevirəm” kəlməsini demək qəhrəmanlıq kimi hesab olunur.

Yapon ailələrində ailə daxil münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini də bilməyə bilərlər.

Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzləri və bədənləri qızarır.

Yaşlı yaponların pensiyası çox azdır. Maksimal pensiya 300 dollar təşkil edir. Bu o deməkdir ki, hər bir yapon öz qocalığını təmin etməlidir.

Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün, yaponları rahat “qarışqa” adlandırmaq olar.

Yapon dilində “karoşı” sözü var. Tərcümədə “çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür.

Gündoğan ölkəsində işə vaxtında gəlmək adət deyil. İş yerində yarım saat əvvəl gəlmək lazımdır.

Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu hal tərbiyyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı.

13 şərh

Don_Elnur
Pensiya məsələsi çox maraqlıdı, görəsən o hal bizdə tətbiq olunsa yəni pensiya qat qat aşağı olsa xalq nə edərdi? :) 
A_T_zade
Topik üçün minnətdaram. Mən Asiya olkələri arasında hər zaman Yapon və Çin mədəniyyətini çox sevmişəm. Topikdən məlum olduğu kimi isə ən ağıllı xalq olaraq tanınmaları əbəs yerə deyilmiş. Elnur bəy o ki qaldı Sizin sualınıza, onsuzda bizim ölkəmizdə pensiya qat qat aşağıdır. Ən az əldığımız əmək haqqı 90 AZN, ən yüksəyi isə 500 AZN təşkil edir. Hələ bəzi dövlət müəsisələrimizdə bundanda az əmək haqqı alan insanlarımız var. Ölkəmizin qazı, suyu, nefti olmasına və dövlətimizin ən öndə gedən ölkələr sırasında durmağına baxmayaraq xalqınız hələdə normal əmək haqqı ala bilmir. Üstəlik əksəriyətimiz bir yox iki işdə işləmək məcburiyyətindəyik. Bütün bunlara baxmayaraq insanları korrupsiyada da günahlandırırlar. Amma təbii ki, bunda da günahkar özümüzük. Məncə biz baha çox bu problemlərlə nə etməliyik deyə düşünməliyik.
Don_Elnur
Sadaladığınız problemlərə mən də tanışam və açmaq istədiyim mövzu bu deyildi. Sadəcə görən bizim xalqı bu yolla işləməyə məcbur eləmək olardı mı? :)
A_T_zade
Sizi anladım. Amma demək istədiyim budur ki, onsuzda işləyən zəhmət çəkən insanlar az deyil. Nə qədər işləsək də dövlətdən rüşvətsiz əmək haqqı almaq mümkün deyil. Məncə bu yolla məcbur etməyə çalışsaq nəinki rüşvət, Tanrı bilir daha hansı yollar meydana çıxar.: ))) Bir düşünün  bankamatlardan pul çıxaran insanlar elə ordaca bir- birilərindən oğurluq edərlər.
pascal
Yaponlar mənim çox sevdiyim xalqlardan biridir.
Don_Elnur
Pascal, bu cümlə quruluşunuz mənə ümumilli liderlərdən birinin «aforizm» tipini xatırlatdı :)
pascal
"Ümummilli liderlər"? O lider bircə nəfər döyül bəyəm? ;) :)
Don_Elnur
Guya üstüörtülü danışıram da ;)
Gülnar
Yaponlar haqqında bunlari oxumuşdum:
Yemək yeyəndə ağzı marçıldatmaq, udqunmaq onlarda ayıb hesab edilmir. Hətta ictimai yerdə belə yemək normaldı və yeməyi bişirənə edilmiş tərif hesab olunur.
Ən biabırçısı — ailə üzvləri bir vannada suyu dəyişdirmədən çimirlər. Deməli, əvvəlcə vannadan kənarda çimib təmizlənirlər, sonra həmin vannadakı suda sıra ilə vanna qəbul edirlər. Bu dincəlmək üçündü, yəni su təmiz olur, şampunsuz :)
Sonra, yetkin kişiləri övladlığa götürmə adəti var. Niyə uşaq yox yetkin? Çünki, yetkin işləyib ailəyə kömək edəcək. 
Qəribə millətdi, nə demək olar.
_BUMERANQ_
Topiki oxuyandan sonra yaponlara rəgbət hissi yaranmışdı, ta ki sənin şərhinə qədər.
The_Secret
Kim nə deyir desin Yaponlar çox zəhmətkeş xaqdırlar. Çox qıt təbii resurslara malik olaraq dünya iqtisadiyyatında öndə durmaq və öz xalqının yaşayışını təmin etmək  bununla belə elmi texniki tərəqqenin «beşiyi» olmaq həm fiziki həm də zehni əmək tələb edir.