İtaliya

İtaliyanın paytaxtı Roma şəhəridir. (Bakı vaxtından 3 saat geri) Bütün yollar bu şəhərə gətirir, şəhər 7 təpə üzərində yeləşir. Roma – çoxəsrlik tarixə malik qədim bir şəhərdir. Roma imperiyasının yaranmasından bu günə qədərki İtaliya tarixi Romada əks olunmuşdur. Bütün abidələri, məbədləri, arenaları saymaq çətindir, Romanın möhtəşəmliyini anlamaq da çətindir. Ancaq bunu anlayaraq onun bütün gözəlliklərini dərk etmək mümkündür. Bu səbəbdən çoxları İtaliyanın ürəyində - Romada olmadan İtaliyanı başa düşmək olmaz deyirlər.

Əhalisi: təxminən 58 milyon Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə - 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10.

Dövlət dili: italyan dili Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dilini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

İqlimi

İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. Italiyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür – isti yay (iyul +22C + 24 C) və soyuq qış (yanvar, təxminən 0). Italiyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür. Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- «sirokko» əsir. Bu dövrdə temperatur +35 C kimi yüksəlir.

İqtisadiyyatı

İtaliyanın tarixi vilayətlərləinin xəritəsiPul vahidi avrodur. Restoranların və mağazaların əksəriyyəti pulu dəyişdirmir. Oteldə komissiya haqqı bankdakına nisbətən yüksək olduğundan orada pulu dəyişdirməsəniz yaxşıdır. Banklar bir qayda olaraq, 8.30- 13.30 kimi, və nahardan bir saat sonra (adətən 15.00 - 16.00) açıq olur. İri şəhərlərin aeroportlarında və dəmir yolu vağzallarında da pul mübadiləsini etmək olar. Mübadilə avtomatlarının sayı günbəgün artmaqdadır (onlar əsasən Aİ valyutalarını və ABŞ dollarını dəyişdirirlər). Avtomatlardan istifadə qaydaları elə onların üstündə, bir neçə dildə yazılmışdır. Şəhərlərdə, restoranlarda və böyük univermaqlarda kredit kartlarının köməyilə hesablaşmaq olar; American Express, Diner’s Club, Visa və Master Card. Balaca şəhərlərdə və kəndlərdə bu hesablaşma üsulu populyar deyil.

Aİ-yə daxil olmayan ölkələrdən İtaliyaya gömrüksüz idxal normaları; 200 ədəd siqaret, 50 siqaret və ya 250 q tütün, 1 l spirtli içki, 50 q ətir. Aİ ərazisinə gömrüksüz idxal normaları; siqaret – 400 ədəd, nazik siqara( birinin çəkisi – 3 qr.) – 400 ədəd, tütün – 1 kq, 22% li spirtli içki – 20 l, şərab – 90 l, köpüklənən şərab – 60 l, pivə - 110 l. Yuxarıda göstərilən miqdardan artıq gətirilən məhsullar kommersiya məqsədli hesab olunur və onların nəqli üçün rəsmi qoşma sənədlər olmalıdır.

Avtomobil icarəsi: İtaliyada təqribi qiymətlər- qeyri-məhdud yol qət edilmə ilə»ekomom» klass avtomobil gündə 54$ və həftədə 237$ başa gələcək. Bu məbləğə 19$ li vergi daxil edilməmişdir. Bəzi iri firmalara İtalyan qanunvericiliyi ƏDV götürməmək hüququ verir. Belə firmalardan - Auto Europe ( tel. 207/828 – 2525 və ya 800/223 – 5555), Europe by Car (tel. 800/223 – 1516 və ya 800/252 - 9401), Kemwel Group (tel. 914/ 835 -5555 və ya 800/678 – 0678). Avtomobil icarəyə götürmək üçün beynəlxalq sürücülük vəsiqəsi lazımdır. Maşının saz halda olmasına və yol qəzası halında sığortalanmasına əmin olun. Bir qayda olaraq, icarəyə verən firma tərəfindən verilən sığorta maşının oğurlanmasına aid olmur. Oğurlanma zamanı xərcləri örtən sığorta üçün gündə 10 $- 15$ ödəməlisiniz. Sərxoş halda maşın sürmə cəriməsi yüksəkdir. Hətta həbsə alma da ola bilər. İtaliyada yol polisi çox ciddidir, və rüşvətə işarə olsa avtoinspektor avtomobilisti həbsə göndərə bilər. Bir çox yanacaq doldurma məntəqələri 19.00 –dan sonra işləmirlər, günorta 2-3 saatlıq fasilə ilə işləyirlər. Bundan başqa bazar günü isə istirahət günüdür. Əsas trasslarda YDM lər gecə-gündüz işləyirlər.

Kolixey-Italiya

Bayram və istirahət günləri

6 yanvar, pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may - əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr - milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.

Dəyərli məsləhətlər: - İtaliyaya getməyə hazırlaşarkən, nəzərə alın ki, rayonların əksəriyyətində ingiliscə danışmırlar. Danışsalar da siz heç nə başa düşməyəcəksiniz. Bu xoşagəlməzlik sizi ən gözlənilməz yerlərdə, restoranlarda və ya otellərdə yaxalaya bilər. Buna görə həmişə deməyə sözünüz olsun deyə danışıq kitabçasını götürməyi unutmayın. - Pulları, qiymətli əşyaları, passport və aviabiletləri oteldə portyenin seyfində (bəzi otellərdə bu xidmət ödənişlidir) ya da özünüzlə gəzdirin. Otelin seyfinə təhvil verilməmiş qiymətli əşyalara görə administrasiya məsuliyyət daşımır. - Mübadilə məntəqələrində və bank şöbələrində valyuta dəyişdirərkən valyutanın kursundan başqa, mübadilə üçün götürülən faizə də nəzər yetirin. Bu faiz bir qayda olaraq, heç yerdə yazılmır. Ona görə də onu kassirdən soruşmaq lazımıdır. Valyuta mübadiləsinə görə faiz 10% qədər olmaldır. - Vaxtınızı boş yerə sərf edib ucuz restoran axtarmayın. Bütün restoranlarda qiymətlər təqribən eynidir (+ - 20%). Əlbəttə ki, şəhərin mərkəzində restoranlar baha, ətrafında ucuzudur. Bu halda seçim kriteriyası rahatlıq və assortimentdir. əgər yeməkdə qənaət etmək istəyirsinizsə, «Makdonalds»a, «Burger King»ə və ya «Avtoqril» ə baş çəkə bilərsiniz. - Qatarlara bilet alan zaman uşaqlarınızın yaşını qeyd edin. Əgər tələbəsinizsə bunu da deyin. İtalyan dəmir yolu nəqliyyatında güzəşt sistemi çox maraqlıdır və bunu bilərək siz kifayət qədər yaxşı qənaət etmiş olarsınız. Lakin, vaqona girməzdən əvvəl perrondakı xüsusi avtomatda bileti komposterləməyi unutmayın. - Əgər taksidən istifadə etmək istəyirsinizsə, taksilərin dayandığı dayanacağı tapmaq lazımdır. Məhz burada taksi tapmaq mümkündür, çünki küçədə əlinizi yelləməklə taksi tutmaq mümkün olmayacaq. Heyni zamanda taksini telefonla da (oteldə) sifariş etmək olar, amma əgər italyan dilini bilirsinizsə. - Otelin nömrəsindəki barda olan içkilər nömrənin qiymətinə aid edilmir. Bar-soyuducudan içdiyiniz və ya yediyiniz hər şey sonradan hesaba daxil ediləcək və oteli tərk edərkən sizə təqdim olunacaq. Eyni şey telefon danışıqlarına da aiddir. Nəinki şəhərlərarası və ölkələr arası danışıqlar, hətta şəhər daxili danışıqlar da ödənişlidir. - Nəqliyyatda gediş haqqı salonun daxilindəki avtomatlarda komposterləşdirilən talonlarda ödənilir (əgər bu tramvay və ya avtobusdursa, metroda isə - turniketdə). Tramvay və avtobuslardakı talonlar satılmır və onları dükanlarda və ya keçidlərin kassalarında almaq mümkün deyil.

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Piza qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edcək. İntibahın beşiyi olan Florensiya şəhəri heç də Romadan geri qalımır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milanda isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya həmçinin gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər.

Həmçinin bax:

 
loading...

0 şərh