Afrika xalqları

Afrika öz təbii şəraitinə görə, flora və faunasına, əhalinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir. Afrika öz böyüklüyünə görə Avroasiya materikindən sonra dünyada II yeri tutur və bütün quru sahəsinin 5-də birini təşkil edir. Afrikada 3 böyük irqin nümayəndələri: Avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli vəqarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdılar. Bunlar qara saçlı, qara gözlüdürlər. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunurlar. Lakin onların saçları, gözləri, dərilərinin rəngi bir qədər açıq piqmentlidir.

Saxaradan cənubda yaşayan əhali əsasən zənci irqini təmsil edir. Buradakı zənci böyük irqi 3 regional tipə ayrılır. Xalis zənci tipinin başlıca əlamətləri: tünd qara rəngdən açıq-qəhvəyi rəngə qədərdəyişən dəri,qara göz və qara qıvrım saç, proqmatizm, qalın dodaq, enli yastı burun, zəif inkişaf etmiş III tük örtüyünün olmasıdır. Qara dərinin hüceyrələrindəki melani, ultrabənövşəyi günəş şüalarının bədənə keçməsinin qarşısını alır. Qıvrım saç da başın həddindən artıq qızmasının qarşısını alır. Zənci irqi ilə zənci irqi arasında qarışıq və keçid formaya malik olan xüsusi bir irqi tip həbəş irqidir. Bu irqin daşıyıcıları Həbəşistanda və Somalidə yaşayırlar. Bunlarda proqnatizm əlaməti yoxdur. Burunları ensiz və uzundur. Dodaqları nazik və boyları ucadır. Afrikanın cənubunda Neqril və Piqmey irqi xüsusi antropoloji tipdir. Onlar ətrafda yaşayan uzunboylu əhali qruplarından əsaslı surətdə fərqlənərək orta boy hündürlüyündədirlər. Piqmeylər zəncilərə nisbətən bir qədər açıq rənglidirlər. Onların saçları qıvrım, burunları çox enlidir. Zənci irqinə nisbətən proqnatizm əlamətləri azdır. Ağızları enli, dodaqları nazikdir. Afrikada yaşayan Koysan qruppu xalqları: buşmenlər, hottentotlar, xadzanilər, sandavelər öz irqi xüsusiyyətlərinə görə zənci irqindən fərqlənirlər. Onlar yer kürəsinin xüsusi antropoloji tipii kimi səciyyələnirlər. Onların saçları spiral formasında burulur. Dərilərinin rəngi sarımtıl olur.
Bir milyarddan çox olan müasir Afrika əhalisinin linqvistik tərkibi də olduqca rəngarəngdir. Alimlər ayrı-ayrı tarixi əyalətlərdə 100-lərlə dilin mövcud olması barədə fikirlər söyləyirlər. Yalnız Sudanda  700-800 dilin olmasını söyləyirlər. Ümumiyyətlə Afrikanın bir çox dilləri zəif tədqiq olunduğundan, onların təsnifatını vermək olmur. Bununla belə qeyd etmək lazımdır ki, materikin ümumi sakinlərinin 3-də bir hissəsi Semit-Hamit dillərində danışırlar. Buna bəzən Afroasiya dil ailəsi də deyilir. Bu dil ailəsi öz növbəsində 4 qrupa bölünür: Semit dilləri, Bərbər dilləri, Kuş və Çad dilləri.
Semit dili öz növbəsində 2 yarımqrupa ayrılr. Ərəb və Həbəş yarımqruplarına.
Ərəb dilli əhali Afrikaya YII-XI əsrlərdə gələrək soxsaylı bərbər dilli yerli əhalini də assimilyasiyaya üğratmışdır. Asprosesi son onilliklərdə daha surətlə getmişdir. Hazırda ərəb və bərbər xalqları arasında qəti sərhəd qoymaq olmur. Bərbər dilli əhali Məğribin dağlıq ərazilərində və Saxara vadilərində yaşayırlar. Həbəş dilli əhali- amxarlar, tiqrelər, tiqrailər və s. hazırda Həbəş milləti şəklində formalaşmışlar.
Kuş qruppu dilləri- Misirin cənub-şərqindən tutmuş, Şimali Keniya və Tanzaniyaya qədər, xüsusilə Həbəşistanın cənub şərqində və Somalidə yayılmışlar. Onların ümumi sayları 24 milyona yaxındır.
Çad qruppu dillərində 27 milyondan çox əhali danışır. Çoxmilyonlu Afrika əhalisinin 11,5 milyonu Hind-Avropa dillərində danışırlar. Tədqiqatçılar Afrika xalqlarını öyrənərkən onları tarxi etnoqrafik əyalətlərə bölmüşlər:

1. Məğrib və Liviya
2. Misir
3. Şimal-şərqi Afrika
4. Qərbi Sudan
5. Şərqi Sudan  
6. Şərqi Tropik Afrika
7. Qərbi Tropik Afrika
8. Cənubi Afrika
9. Madaqaskar

Tarixi etnoqrafik əyalətlərə  müəyyən ərazidə məskunlaşan, bir-biri ilə əlaqədə olan, lakin ictimai-iqtisadi inkişafın səviyyəsinə görə və iqtisadiyyatı, dili və irqi mənsubiyyətinə ilə fərqlənən xalqlar daxildirlər.
Ümumiyyətlə dünya xalqlarını təsnif edərkən onların baş indeksinə tədqiqatçılar çox fikir verirlər. Bu başın eninin onun uzunluğuna faizdə nisbətidir. Əgər baş indeksi 76-dan kiçikdirsə- onda bunlar dolixotsefaldır. Yəni nisbətən uzun başlı. Əgər 81-ə bərabər və ya çoxdursa onda bunlar broxitsefall baş quruluşludurlar. Yəni dairəvi, girdə başlıdırlar. Əgər baş indeksi 76 ilə 81 arasındadırsa onda bunlar mezosefaldır. Yəni orta həcmli baş indeksinə malikdirlər. Yəni nisbətən kiçik ölçülü baş indeksi.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

loading...

0 şərh