İran

İran İslam Respublikası Ön Asiyanın ən böyük dövlətlərindən biridir. Onun ərazisi 1 milyon 648 min km2-dir. Əhalinin sayı təxminən 70 milyondur. Ölkənin 3-də bir hissəsi səhra və yarımsəhra xarakterili relyef quruluşundan ibarətdir. İran- Arilər ölkəsi mənasını verən ən qədim ariana sözündən əmələ gəlmişdir. III-VII əsrlərdə sasanilər dövlətinin əsas hissəsi belə adlanırdı. İranlılar isə öz ölkələrini istər qədim, istərsə də orta əsrlər dövründə İran adlandırırdılar. Avropa və Amerikada onu Pars əyalətinin adı ilə Persiya tanıyırlar. 1935-ci ildə İran bütün dünya dövlətlərinə rəsmi olaraq bir müraciətlə xahiş etdi ki, onu bundan sonra İran adı ilə tanısınlar. İran da çoxmillətli dövlətlər sırasına daxildir. İran ərazisində ilk dövlət birləşməsi olan Elam e.ə. III minilliyin əvvəllərində təşəkkül tapmışdır. III minilliyin ortalarında buraya hind-iran dilli tayfaların axını başlamışdır. I minilliyin əvvəllərində burada midiyalılar və farslar məskunlaşmışlar. E.ə. YII əsrdə midiyalılar başqa qonşu etnosları özlərinə tabe edərək güclü bir dövlət yaratmışdılar.

E.ə. 550-ci ildə İranda fars dilli Əhəmənilər sülaləsi hakimiyyət başına gəlmişdir. E.ə. 330-cu ildə bu dövlət Makedoniyalı İskəndərin təzyiqinə tab gətirməyib süqut etdi. E.ə.III əsrdə bu ərazidə Parfiya dövləti , eramızın 224-cü ilində isə sasanilərin dövləti meydana gəldi. YII əsrdə ərəb işğalları ilə ölkə əhalisi müsəlmanlaşmağa başladı. XI əsrdə İrana Səlcuq yürüşlərinin başlaması ilə əlaqədar olaraq burada türk dilli əhalinin miqdarı sürətlə artmağa başladı. Türklər burada böyük Səlcuq dövlətini yaratdılar. XIII əsrin I rübündə monqol işğallarına məruz qaldı. Ölkə Monqol asılılığından azad olduqdan sonra Qaraqoyunlu və Ağqoyunlu türk sülaləri tərəfindən idarə olunan imperatorluqların tərkibində oldu. XYI əsrin əvvəllərində İranda türk dilli Səfəvi sülaləsinin hakimiyyəti başlanır. Səfəvilər şiə mənsəbini dövlət dini elan edirlər. XYIII əsrin axırlarında türk sülaləsi Qacarların hakimiyyəti başlanır. 1925-ci ildən 1979-cu ilə qədər Pəhləvilərin hakimiyyəti başlanır. 1979-cu ildən etibarən xalq hərəkatının təzyiqi altında şahlıq idarə üsuluna son qoyuldu. Və İran islam Respublikası elan olundu.

İranda məscid

İranda müxtəlif dil ailələrinə mənsub olan 40-dan artıq xalq yaşayır. Xalq sayılan farslar ölkə əhalisinin yarıdan azını təşkil etsə də, rəsmi statistik məlumatlar ölkədə mili azlıqları gizlətməyə çalışaraq onları farsların qəbilə qrupları kimi təqdim edirlər. Hazırda iran əhalisinin sayı 68,17 milyona yaxındır. Qeyri rəsmi məlumatlara əsasən 30 milyona yaxın azərbaycanlı yaşayır.
İran iqtisadiyyatı aqrar sənaye xarakteri daşıyır. İranda son vaxtlara qədər kənd təsərrüfatı alətləri olduqca sadə, primitiv vəziyyətdə idi. Əsas əkinçilik alətiomac adlanan ucu dəmir gavahınlı kotanlar idi. Başlıca olaraq buğda, ARPA, çəltik habelə texniki bitkilərdən pambıq, tütün, bundan başqa üzüm, palma, sitrus bitkiləri becərilir. Başlıca yaşayış evləri çiy kərpicdən və palçıq möhrədən tikilən yastı dam örtüklü evlərdir. 1979-cu ildən yəni İran İslam Respublikası elan olunduqdan sonra qadınlara başı açıq və bürüncəksiz gəzmək qadağan edilmişdir. Qida məhsullarından ən çox düyüdən istifadə edirlər. Ailə münasibətləri patriarxal şəriət qaydalarına əsaslanır.

Şiəlik iranda əsasən VII-VIII əsrlərdə yayılmışdır. Bu cərəyan ilk dövrlərdə rəsmi dövlət dini olan sünnülüyə qarşı çevrilmişdir.
Azərbaycanlılardan başqa İranda xeyli miqdarda türk dilli etnoqrafik qruplar yaşayırlar. Bunlardan türkmənləri və qaşqayları , şahsevənləri misal göstərmək olar. İranda yaşayan fars dilli xalqlardan biri də kürdlərdir. 5,3 milyon nəfər. Onların əksəriyyəti sünnü, az hissəsi isə şiədir. Qeyd edək ki, İranda lurlar, bəxtiyarlar, bəluclar, gilanlar da yaşayırlar. Əhalisi müsəlmandır, şiələr: 94 %. Dövlət dili fars dilidir. Paytaxtı Tehran şəhəridir. İran yaylasında yerləşir, mənası düzənlik deməkdir.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Həmçinin bax:

İran orta əsrlərdə

0 şərh