Yaponiya

Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri Xonsyu, Xokkaydo, Kyusyu və Sikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin mayı 130 mln-a yaxındır. Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə I yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikan, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır.
Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlamışdır. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş vermişdir. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər. Belə hesab edirlər ki, aynların əcdadları bu gəlmələrlə şimaldan gəlmiş avstroloid antropoloji tipinə malik olan paleoasiyalarla birləşmə əsaında təşəkkül tapmışlar. E.ə. II minillikdə Kyusyu, Sikoku və Xonsyu adalarına cənub-şərqi Asiyadan II miqrasiya dalğası olmuşdur. E.ə. I minilliyin əvvəllərində yapon adalarının ən qədim etnik qatını aynlar təşkil edirlər. Xokkaydoda onlarla yanaşı az miqdarda paleoasiyalılar da yaşayırlar. IY əsrdə mərkəzi və cənubi Yaponiyada ilk yamato çarlığı təşəkkül tapmışdır. VI-YII əsrlərdə formalaşmaqda olan yapon xalqının tərkibinə Koreya və Çindən gəlmiş çoxlu miqrantlar daxil olmuşdur. YIII əsrdə avstroneziya tayfaları tamam assimilyasiya olunduqdan sonra yaponların formalaşması prosesi artıq başa çatmış oldu. Ryukyu adasının sakinləri-1 mln.- hazırda yaponların xüsusi etnoqrafik qrupu kimi bəzi xüsusiyyətlərini bu günə qədər də saxlamışlar. Yaponiyada 3 mln-a yaxın olan keçmiş dini kastanın qalıqları kimi – burakuminlər də yaşayırlar. Onlar ayrıseçkiliyə məruz qalır və yalnız öz icmaları daxlində evlənmək hüququna malikdirlər. Onlar ölkənin cənub-qərbində onlar üçün xüsusi ayrılmış məntəqələrdə məskunlaşmışlar.

Hazırda aynlar əsasən Xokkaydo adalarında yaşayırlar. Daima yaponlar tərəfindən ölkənin mərkəzi rayonlarından sıxışdırılan aynlar Xokkaydo, Kuril, Kamçatka yarımadası, Saxalin adalarına yayılmışlar. Kuril və Saxalin yarımadasının nəzarəti altına düşdükdən sonra aynlar assimilyasiya məruz qalmışlar. Onlar öz dillərini, mədəniyyətlərini itirsələr də antropoloji əlamətlərini saxlayırlar. İlk baxımda onlar yaponlardan kəskin surətdə fərqlənirlər. Yapon dili təcrid dillər sırasına daxildir. Öz fonetik və leksik xüsusiyyətlərinə görə yapon dili polineziya dillərinə bənzəyir. 3 dialektləri var. Y-YI əsrlərdə yaponlar Çin heroqlifləri əsasında yazı nümunələri yaranmışdır. IX əsrdə isə onlar əlifba tərtib etmişdilər.

Yaponiya

Yaponiya güclü sənaye və aqrar ölkəsidir. Kənd təsərrüfanın əsas sahələrindən biri əkinçilikdir. Yapon adalarında ən qədim dövrlərdən biri çəltik təsərrüfatının aparıcı sahəsi olmuşdur. Belə güman edirlər ki, çəltiyin becərilmə üsusunu yaponlar çinlilərdən mənimsəmişlər. Onlar habelə dənli bitkilər: buğd, arpa, kartof, paxla və s. vecərirlər. Kənd əhalisinin 40%-dən çoxu ipəkçiliklə məşğul olur. Eranın ilk əsrlərindən Yaponiyaya ipək qurdu gətirilmiş və nəticədə ölkə iqtisadiyyatında əsas yer tutmuşdur. Yaponiyada maldarlıq zəif inkişaf etmişdir. Yalnız ölkənin şimalında Xokkaydo adalarında maldarlıq yayılmışdır. Yaponlar demək olar ki, süd içmirlər. Ölkənin coğrafi mövqeyi baxımından burada dəniz nəqliyyatı yüksək inkişaf etmişdir. Yaponiyada yaşayış evlərinə gəldikdə isə çox mərtəbəli daş evlərlə yanaşı kəndlərdə çoxlu miqdarda ağac dirəklər üzərində tikilmiş evlərə rast gəlinir. Düyü yaponların əsas qida növüdür. Ətdən az istifadə olunur. İçkilərdən ən çox çay və düyü arağı-SAKE- geniş yayılmışdır. Şorba xarakterli durru xörəkləri bir başa piyalədən içir, başqa xörək növlərini isə xasi adlanan 2 ağac çubuq vasitəsilə yeyirlər.

Yapon xalq mili geyimlərinin əsasını, bu günə qədər məişətdə öz əhəmiyyətini itirməyən uzunətəkli, yaxası açıqxalatlar – kimano təşkil edir. Onu kişilər həm də qadınlar, uşaqlar geyirlər. Kimanonun enli qolları var. Yaponlar bellərinə obi adlanan qurşaq bağlayırlar. Varlı adamların kimanosu ipək parçalardan olurdu. İş vaxtı enli ətəkli həsir şlyapalar qoyurlar. Geta adlanan ayaqqabılarının altlığı, hündürlüyü 10 sm. olan ağacdan hazırlanır. Onu ayağa geyərkən, ayaq barmaqları altlığın ön, uc hissəsində quraşdırılan ilgəyə keçirilir. Yaponlar arasında bu günə qədər də tatiurovkaya böyük əhəmiyyət verirlər. Qadınlar kişilərə nisbətən geyimlərə dair mili ənənəni daha çox saxlayırlar.

Qeyd etdiyimiz kimi Yaponiyada 20 min aynlar yaşayırlar. Hazırda onların əksəriyyəti yaponlaşmışlar. Buna baxmayaraq bəzi etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. Onların ailə münasibətlərində gözə çarpan cəhət qızların ailə qurma məsələsinin tam sərbəst olmasıdır. Müəyyən yaş həddinə çatmış qızlar ilk dəfə ona nəzər salmış oğlana elçi göndərir. Əgər müsbət cavab alarsa oğlan öz ata evini tərk eqızın evinə köçür. Ərə getdikdən sonra qızlar öz nəsli familiyalarını saxlayırlar. Aynlar öz uşaqlarına doğulan kimi ad vermirlər. Bu iş 1-10yaş aralarında , böyüməkdə olan uşağın xarakter xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məsələn: çirkin, ədalət,Natiq, pəltək və s. kimi adlar. Aynların mənəvi mədəniyyətlərində ayıya pərəstiş ayinləri geniş yayılmışdır.
Yaponiyada yayılmış din- sintoizm, buddizm, xristianlıqdır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Həmçinin bax:

4 şərh

Aysel218
Aynlar haqqinda bilmirdim....cox tesekkur edirem lazimli melumat ucun
məryam
Maraqlıdır. Teşekkürler.
xeyale_87
aynlar haqda yeni oyrendim tesekkurler