Atalar sözləri (C.Məmmədquluzadədən)

Fikirləşirəm ki, Azərbaycan tarixi boyu neçə böyük şəxsiyyətlər gəlib keçmişdir… Heyif ki artıq uzun müddətdir ədəbiyyatımız belə kəsərli sözlü şəxsiyyət görmür daha… Maraqlı olacağını düşünürəm 
  1. Atı atın yanına bağlasan- xan görüb deyər, Birini bağışla mənə.
  2. Ata malı olan yerdə özün qazandığın haramdır.
  3. Adamın ölümü bikarların bayramıdır.
  4. Ata və arvada etibar etmə — hər ikisini qat tövləyə və qapısını bağla.
  5. Ac toyuq yuxusunda plov görər.
  6. Açıq kağız ac qalmaz – küçələrimizin tozuna Allah bərəkət versin.
  7. Aclıqdan kimsə ölməz – qələt eləyir, çörək vermə.
  8. Axşamın işini sabah qoy, sabahın işini axşama.
  9. Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.

10. Anlayana da qul ol, anlamayana da.

11. Adam yata-yata alim olur.

12. Olacağa çarə yoxdur, qoy hər nə olacaq olsun.

13. Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.

14. Ölüdən şeytan da əl çəkər, arvdlar əl çəksə.

15. Uşağın şüurlusu dərsdən qaçar.

16. Plovun yağlısını yeyən yaxşı fatihə verər.

17. At at ilə boğuşar, hökümətin iti rast gələr.

18. Eşşəyə gücü çatmır, müsəlmanı tapdayır.

19. İşləmək adamı puça çıxardar.

20. İşsizlik dövlətlilik açarıdır.

21. İkiarvadlı ev bərəkətli olar.

22. Başladığın işi yarıda qoy.

13 şərh

pascal
Maraqlı idi, sağ olun.
asel
maraqlı deyil. o cür sözləri bu günə niyə qoyursuz axı…
Don_Elnur
subyektiv fikrinizdir — burda Celil Memmedquluzadenin meqsedi sozleri pis gune qoymag deyil hemin dovre uygunlasdirmagdi
ayxansevda
Cəlili çox sevirəm. ha ha «plovun yağlısını yeyən yaxşı fatihə verər» super
azadmamedov90
_)) o da problemli dahilerden olubeee..deyesen
ayxansevda
necə ki problemli dahi ? 
WinRar
Bu sözləri harada qeyd edib Cəlil Məmmədquluzadə? Kitabın adını qeyd edə bilərsiniz?
pascal
Səhv etmirəmsə C. Məmmədquluzadənin bu fikirlərinin bəziləri «Molla Nəsrəddin» jurnalında, bəziləri, ədibin «Xatiratım» əsərində yazılanlardır.
tarixci1919
Çox maraqlıdı, C.Məmmədquluzadənin bunları dediyinə, doğrusu, inanmağım gəlmədi. Bir də, axı arvadlardan nə istəyirsiz?
seyidova
bezileri maraqlı idi bezilerı yox.tewekkür
heyatin-ellerinde
Mən özüm bu dramaturqu çox sevirəm.Bacardıqca bütün əsərlərini oxuyuram hələki buna rast gəlməmişəm.Bəlkə oxumadıqlarımdandı....yazı maraqlıdı,sadəcə bilmək istərdim ki bunu həqiqətən Cəlil yazıb?.....çox sağolun melumata görə
istorik_c
Nə qədər komik olsa da bu sözlərdə böyük həqiqət var.
Don_Elnur
C.Memmedquluzadenin sechilmis eserlerinden bezilerini sechib yazmisam` eslinde cox idi ))