Hər nə gəldi...

                                                                                      Dialoq nədir?

— Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Bir məni başa sal görüm dialoq nə deməkdi?

— Dialoq o deməkdi ki, o deyir- bu deyir, o deyir- bu deyir… və  axırda «o» deyir.

 

  Təbriklər

Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10- 15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibətilə təbrik edirəm.

İş məhkəməlik olacaq

 Son zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir iqtidarda elə adamlar var ki, müxalifətə " işləyir ". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara " işləyir ".
Bu yaxınlarda isə qəzetdə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir.
Elə o gündən bütün məmurlar bir- birinə dəyib həmən adamı axtarırlar...

 

Aforizmlər

  Bazar insan həyatıdır, həyat isə insan bazarı.

                                                                                * * *

 Qeyri müsəlmanlar dünyaya lüt gəlir, geyimli gedir. Bizimkilər isə lüt gəlir, lüt ömür sürür, lüt də gedir.

 

Elanlar  

 Millət vəkiliyəm. Seçildiyim gündən yalniz öz mənafeyimi güddüyümdən seçicilər arasında etibarımı itirmişəm

                                                                                 * * *

 Qarabağ müharibəsində fürsətdən istifadə edərək qonşularımın evini yarıb Bakıya qaçan gündən vicdanımı itirmişəm.

 

4 şərh

pascal
Sarkazm...
Allah sənə rəhmət eləsin, Baba Pünhan.
JAVIER_ZANETTI
Salam. Heyatin-ellerinde cox sagolun.
Qədrivi ey Baba millət o zaman dərk edecek ki,
Qalacaq vicudi-canun o zaman məzar içində 
Allah sənə rəhmət elesin, ey Baba Pünhan.  
heyatin-ellerinde
Siz də sağolun. Ən sevdiyim şairdi, buna görə də paylaşmaqdan zövq alıram :)