Ziddiyyətli ata sözləri

Dama-dama göl olar.hansına inanaq?
Quyuya su tökməklə quyu dolmaz.

Yaxşı insan sözünün üstünə gələr.
İti an, çomağı hazırla.

Bu günün işini sabaha qoyma.
Tələsən təndirə düşər.

Danışmaq gümüşdüsə, susmaq qızıldır.
Susmaq razılıq əlamətidir.

Düzlük ən böyük biclikdi.
Əyri otur düz danış.
Düz düzdə qalar.

Öyrənmənin yaşı yoxdur.
Qırxında öyrənən, gorunda çalar.

Ağıl ağıldan üstündür.
Ağlın yolu birdir.

Anasına bax qızını al, kənarına bax bezini al.
Beş barmağın beşi də bir deyil.

Niyyətin hara, mənzilin ora.
Şər deməsən xeyir gəlməz.

Artıq tamah baş yarar.
Çox pul cib deşməz.

Aza qane olmayan toxa çatmaz.
Aza qane olan toxa çatmaz.

 Pis günün ömrü az olar.
 Dərd gələndə batmanla gələr.

Pul vermə, can ver.
Cana gəlincə, mala gəlsin.

Palaza bürün, el ilə sürün.
El üçün ağlayan göz kor olar.

Taylı tayın tapar.
Armudun yaxşısın ayılar yeyər

Qız yükü, duz yükü.
Qız qalar, qızıla dönər.

Ağıllı fikirləşincə dəli vurdu keçdi.
Yüz ölç, bir biç.

Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı gözəl olanın özü də gözəl olar.

Araşdırdı: Axundova Təhminə
 

27 şərh

velili_hemide
:D  Öyrənmənin yaşı yoxdur.
 Qırxında öyrənən, gorunda çalar. :)))  BUMERANQ, sağ olun bu maraqlı topik üçün 
Ferbara
Ağıl ağıldan üstündü.
Ağılın yolu birdir.

Bunlar sinonimdi. :)
Amma qalanları doğurdan admı çaşdıran atalar sözləridi. :) 
_BUMERANQ_
Ağıl ağıldan üstündür- məna o çıxır ki, başqalarının fikrini də almaq lazımdı.
Ağlın yolu birdi- burda məna nisbətən fərqlidi. yəni kim olur olsun «filan məsələ»yə eyni münasibəti göstərəcək, çünki ağlın yolu birdi. 
Ferbara
Ağılın yolu birdir məncə ağıla önəm vermək mənasında deyilir. ona görə ziddiyyət görmədim aralarında. :)
_BUMERANQ_
Mən yuxarıda izahını yazdığım kimi qəbul etmişəm həmişə, sənin yanaşman da doğrudu, amma.
imtogrul
ümumiyyətlə təkcə Quranda yazılanlar bir-biri ilə ziddiyyət təşkil etmədən mükəmməl formada yazılıb. Qalan nə varsa, o cümlədən atalar sözləri mükəmməl deyil. Amma buna görə irad tutulmamalıdı məncə. Yuxarıda bir-biri ilə ziddiyyət təşkil edən atalar sözdəri öz yerində və məqamında olduqca mükəmməl ola bilər. Misal üçün: lazımı anda tələsmək, lazımı anda isə səbrli olmaq, tələsməmək insan üçün ən yaxşı verilən qərar ola bilər.
_BUMERANQ_
Mükəmməllik olmayan yerdə irad da, tənqid də çox normaldı.
imtogrul
mükəmməl olmayan şeylərə edilən irad və tənqidlərin də mükəmməlliyinə təminat vermək olmaz))
Ramil
Atalar sözləri həmişə bizlərə lazımdır və eyni zamanda vacibdir. Topikə görə sağ olun.
_BUMERANQ_
Qüvvədən düşən atalar sözləri də var amma.
Məsələn: Palaza bürün, el ilə sürün. 
Ramil
Niyə qüvvədən düşüb ki?
imtogrul
bunu niyə qüvvədən düşmüş hesab edirsiz?)))  Yəni, elin adətinə hörmət etmək lazımdı, adət-ənənəyə riayət etmək lazımdı )
_BUMERANQ_
İndi adət- ənənəyə riayət etməyən daha çoxdu, və el onlar hesab olunur. Niyə onlarla sürünməliyəm ki? :)
imtogrul
siz də el olaraq adət ənənəyə riayət etməyən çoxluğu yox, adət-ənənyə riayət edən azlıqları qəbul edib onlarla «sürünün» ))
_BUMERANQ_
Mənim sürünmək fikrim yoxdu. Yaşamağa çalışıram və bu atalar sözünü heç sevmirəm.
imtogrul
sürünmək sözünü ona görə dırnaq işarəsində yazdım ki, məcazi qəbul edəsiz. Mənsə bu ifadəni daha çox insanları birliyə çağıran bir şüar kimi qəbul edirəm və düşünürəm ki, kifayət qədər lazımlı ifadədi… Və əlbəttə ki, hər kəsin məsələyə fərqli bir yanaşma tərzi var))
Ferbara
Məncə də birlik mənasını veri. :)
Eyni zamanda bu ata sözü "özündən hoqqa çıxarma, cammat necə, sən də elə." fikri kimi çıxır. Yəni yeniliklərə qarşı səslənir bir tərəfdən. :) 
Ramil
Əlbəttə, bir də ki atalar sözləri heç də birmənalı olmur.
_BUMERANQ_
Kimə hansı mənası sərf edir, o tərəfindən tutur.
Ramil
Atalar sözləri əsrlərlə, qərinələrlə «xəlbirdən» keçmiş və sınanılmış ifadələrdir. Yəni onlara laqeyid qalmaq düzgün deyil. 
BaRLeLiTa
Bunu araşdırmaq yaxşı fikir olub haa :) Hər biri ayrı ayrılıqda çox maraqlıdı.
mirxalid
Bəzən belə də olur
 
tarixci1919
Maraqlı topikdi,arada ziddiyyətlər doğrudan da var, amma hərəsinin öz deyilmə vaxtı olur, yəni bəzən hadisədən də aslı olur. 1 də mən həmişə «gec olsun güc olmasın» ifadəsini «gec olsun, güc olsun» eşidirəm, çoxları belə düşünür.
 
_BUMERANQ_
Mənim ən çox çaşdığım atalar sözü də budu. Bilmirəm dəqiq olanı hansıdı: «Gec olsun, güc olsun» yoxsa, «Gec olsun, güc olmasın» 
SAVALAN888
topikə görə təşəkkürlər. qoy mən də 1-ni deyim.
kişinin sözü 1 olar.
atalar 3-den deyibş 
Ferbara
Atalar 3-cü dəfəyə qədər alınar deyib. Mənası budu. Ayrı şeylərdi.
azadmamedov90
zennimce her bir fikir ferqli yerler ucundur, hec biri bas qarisdirmir. dunyanin derdini cekince deli olum menim derdimi ceksinler.