Təpəgözlük sindromu

...Son 200 ilin tarixini varaqlasaq, az qala hər günümüzə bir faciə, bir matəm, bir işğal, bir parçalanma… düşür. Boş günümüz yoxdu...

İl boyu faciələrimizi və bu faciələrin gətirdiyi ovqatdan bir o qədər də fərqli əhval-ruhiyyə aşılamayan bayramlarımızı sıralayırıq...

Sanki 200 ildir üzərimizdə şok terapeyası ilə bağlı eksperiment aparılır: Ağla, gül, əylən, sonra yenə də ağla… Amma düşünmə, nədən ağlar günə qaldığının fərqinə varma… İmanının yerini xurafatla, sevginin yerini istəklə, fədakarlığın, intellektin və cəsarətin yerini populizm və ritorika ilə doldursunlar və sən taleyinə hökm edən çərxi-fələk görüntülü yel dəyirmanlarının əxlaqsız təkəbbürünə boyun əy, müti ol, başın ayaqlarınla qol-boyun olanadək əyil...

...Bizi parçalayıblar, yurd yerlərimizi yağmalayıblar, etnik təmizləməyə, soyqırımına məruz qoyublar. Soyu-kökü bilinməyən murdar bir toplum tarixi torpaqlarımızda dövlət qurub və yenidən yağmaladığı ərazilərimizdə meydan sulayır. 35 milyonumuz fars şovinizminin əsarətində can verir. Dərbəndin, Borçalının adını heç dilimizə də gətirə bilmirik. Daha doğrusu dilimizin ucundaca əski yurd yerlərimizin adına edam hökmü kəsirik... 

Nədən? Olduqca bəsit bir sual. Amma cavabını tapmağa, özümüzlə üz-üzə qalmağa qorxuruq. Tariximizi müxtəlif kontekstlərdən araşdırmaq, başımıza gələn müsibətlərin gerçək səbəblərini ortaya çıxarmaq, dünənin ağır yükünü həmişəlik üzərimizdən atmaq üçün həqiqətin gözünə dik baxmaqdan çəkinirik.

Gah gülən, gah da ağlayan sadomozoxist bir varlıq kimi saat əqrəblərində itirilən zamana göz dağı verir, fəqət son nəticədə yalnız və yalnız özümüzə zülm etdiyimizin fərqinə belə varmırıq.

Təpəgözlər...

Necə oldu ki, «süfrəmizin artığı ilə böyüyən» bir ovuc erməni bir millət kimi varlığımıza qənim kəsilə bildi?
Ənənəvi cavablar:

Böyük güclər ermənilərə dəstək verdilər...

Tarixin gedişatı əleyhimizə işlədi...

Ermənilər tarixin ayrı-ayrı dönəmlərində yaranmış əlverişli vəziyyətdən öz xeyirlərinə istifadə etməyi bacardılar...

...Bunları az qala hər gün eşidirik, uşaqdan böyüyədək hər kəs tarixi məğlubiyyətlərimizə haqq qazandırmaq üçün şüara çevirdiyimiz bəhanə-cavabları nöqtə-vergülünə kimi əzbərləyib.

Bəs özümüz?

...Heçmi günahımız, səhvimiz yoxdu? Görəsən bir millət kimi başıqapazlı və mağmın edilməyimizin təməlində hansı naqisliklər, hansı natamamlıqlar dayanır?

Səbəbi harada axtaraq? Mentalitetdə, qondarma dəyərlər sistemində..., imansızlıqda..., ruhumuza hakim kəsilmiş asilikdə? Harada?

Şübhəsiz ki, başımıza gələnlərdə və gətirilənlərdə yuxarıda sadaladığım və bir çox hallarda həqiqətdən yayınmaq üçün istifadə etdiyimiz amillər də rol oynayıb. Tarixin ayrı-ayrı dönəmlərində qəbul edilən yanlış qərarlar, toplumun daha asan idarə olunması üçün tətbiq olunan bəsit texnologiyalar, yüksək dəyərlərə meydan oxuyan məişət xarakterli ənənələrin məqsədyönlü şəkildə önə çəkilməsi, intellekt və dünyagörüşü nəzərə alınmadan «ağsaqqal-qarasaqqal», «böyük-kiçik» və bu kimi fərdlərin söz və fikir azadlığına süni məhdudiyyətlər qoyan qondarma tabuların xüsusi mühəfizəkarlıqla qorunması bir millət kimi formalaşmağımıza və hədəflərimizə doğru irəliləməyimizə maneə yaradan problemlərin əhəmiyyətli hisəsini təşkil edir. 

Ola bilsin ki, olkəyə 1-2 gunluyə gələn hər hansı bir xarici olkə vətəndaşı... nəyisə gormur. Gorsə nə olacaq ki?
Dialoqa hazır olmamağımız, problemlərimizi ən kiçicik incəliklərinə qədər müzakirəyə çıxarıb çözmək əvəzinə ən yaxşı halda üzərindən sükutla keçməyimiz göz önündə olan gerçəkləri görməyimizə imkan vermir. Biz görmək istədiyimizi görür, eşitmək istədiyimizi eşidir, duymaq istədiyimizi duyuruq.

...Biz sıradan çıxmış yollara yamaq vurur, eybəcərliklərin qarşısına hasar çəkirik. Başqaları görməsin deyə… Ola bilsin ki, ölkəyə 1-2 günlüyə gələn hər hansı bir xarici ölkə vətəndaşı… nəyisə görmür. Görsə nə olacaq ki?

Kimi aldadırıq və nə üçün? Hər hansı bir problemin qarşısından hasar çəkilməsi o problemin həllini bəlkə də onillərlə uzadır. Zaman keçdikcə unutduğumuz problemlər, eybəcərliklər hasarlar arxasında böyüyür və nə zamansa növbəti məğlubiyyətimizin əsasını qoyan təpəgözlərə çevrilirlər...

Müəllif: Elçin Mirzəbəyli
Mənbə: baymedia.az

loading...

2 şərh

istorik_c
Hprmətli Apollon. Yerləşdirdiyiniz yazı maraqlıdır. Amma problemin səbəblərini bir sıra alimlərimiz bilir. Xüsusən tarixçilər. Amma nədənsə danışmırlar və heç yerdə açıb-ağartmırlar. Əksinə çox müşahidə etmişəm həqiqəti danışanları məhv edib sıradan çıxarırlar. Mən də bu səbəblərin bəzilərini bilirəm və öyrəndikcə dəhşətə gəlirəm. Bizim natamamlığımız, işimizi yarımçıq görməyimizin səbəbi həqiqətlə birtərəfli tanış olmağımızdır. Mənə elə gəlir ki, bizim xalqı düzəltmək çox müşkül məsələdir. Buna əsrlər lazım olacaq.
azadmamedov90
məncə şərhə heç ehtiyac da yoxdux. hər şey qarşısı bulud ilə alınmış gün kimi ortadadır. insanlar DƏCCAL mövhumatını bəyəm bilmir ki? 21ci əsrdir artıq insanlar kimin dünyaya hökm etdiyini bilmir ki?
ZEİTGEİST- tabe olmaq,fanat olmaq gərək deyil,sadəcə olaraq baxıb bilmək lazımdır.