Sıra mədəniyyəti

Yəqin ki, hər birimiz bankomatlarda, marketlərdə, avtobuslara minərkən və s. hallarda insanların heç bir sıraya məhəl qoymadan bir-birlərinin önünə keçməsinin və nəticədə, yaranan qarma-qarışıqlığın dəfələrlə şahidi olmuşuq. Həmin vaxt sual yarnır ki, axı bu insanlar niyə belə edirlər? Məgər belə aqressiv olmaqdansa, daha mədəniyyəli tərzdə davranıb, növbədə dayanmağı məqbul hesab edə bilmərikmi? Əlbəttə ki, edə bilərik, çünki bu, məhz bizlərin əlindədir.

Ancaq təəssüf ki... Təəssüf ki, bizlər metro stansiyalarının girişlərində quraşdırılmış post-terminallara gediş haqqı yükləmək üçün, demək olar ki, bir-birimizə aman vermirik. Hətta pik saatlarında elə hallar olur ki, ayaqlar altında qalıb tapdalananlar, çantaları cırılanlar, pərən-pərən düşüb bir-birini itirənlər də tapılır. Təəssüf ki, belə məqamlarda insanlar nə qocalara, nə uşaqlara, nə əliuşqalı qadınlara, nə də hamilə xanımlara yol və sıra vermək istəmirlər.
sıra mədəniyyətsizliyi
«Maykl», çağıraraq, hönkürməyə başladı... 
Belə bir məqamda xatirimdə qalan bir hadisəni oxucularla bölüşdürmək istərdim. Avtobus dayanacağında marşrutumu gözləyərkən, mənimlə yanaşı iki xarici vətəndaş da dayanmışdı. Ancaq onlarla bərabər dayanacaqda kifayət qədər insan var idi. Gözlədiyimiz marşrut dayanacağa çatan kimi, ətrafdakılar dolu avtobusa necə hücum çəkdilərsə, xarici qonaqlardan biri həmin marşruta minə bilmədi. Binəva əcnəbi turist qadın yerdə qalan kişini «Maykl! Maykl!» deyə çaqığıraraq, ağlamağa başladı. Açığı, mən bu görüntüdən yaman utandım. Başqalarında olmayan mədəniyyətsizliyə görə...

Axırda sürücü avtobusu saxladı və əcnəbi turist dərhal avtobusdan çölə atılaraq, qadının boynuna sarıldı və onunla birlikdə hönkürməyə başladı. Və təəssüf ki, bəziləri bu görüntüyə baxıb güldülər. Mən onlara baxıb utandım və düşündüm ki, axı nəyə görə bizim cəmiyyətdə bu qədər mədəniyyətsizlər toplumu mövcuddur? 

Yoxsa gec olar...
Məgər onların ailələri də bu qədər etinasızdırlar? Yəqin ki, bu, belədir. Məhz etinasız ailələrin «tərbiyələri» fonunda bu kimi utancverici hadisələr yaşanır. Amma bunun qarşısın almaq üçün yəqin ki, bir iş görməyin zamanı çatıb. Axı Azərbaycan gündən-günə inkişaf edir, ölkəyə gələn əcnəbilərin sayı artır. Axı ölkəmiz və paytaxtımız beynəlxalq toplantıların mərkəzinə, turizm məkanına çevrilir. Axı bu mövcuduqları nəzərdə saxlamaq vacibdir. Sabah bu kimi hallar çoxalarsa, belə mədəniyyətsiz insanların üzündən xalqımızın nüfuzuna zərər dəyə bilməzmi?
Məncə, belə olan halda, hər birimiz bir vətəndaş olaraq, öz iradlarımızı bildirməli, bu kimi mədəniyyətsizlərə tərbiyə dərsi keçməliyik. Yoxsa gec olar...

Mənbə: «Səs» qəzeti
© Rəfiqə 

2 şərh

Bahar_Huseynova
Bu mövzuya toxunduğunuz üçun çox sağ  olun,mən başqa ölkədə yaşayıram və çox təəssüf ki,bizimkilərin çoxu buradada elə davranır.Bir neçə dəfə məndə çox utanmışam,başqa millət bizimkilərin etdiklərinə güləndə.
Don_Elnur
Azərbaycanlılatın heç zaman düzələcəyinə inanmadığım xasiyyətlərindən biri