Təsadüflər yoxsa yazılmamış qanunlar?

* Yerə düşən hər şey ən çətin küncə diyirlənər.
* Mürəbbəli çörək nə zaman yerə düşsə, mürəbbəli üzü üstə düşər.
* Bir şey təmir edərkən əlin tamamilə yağa bulananda burnun qaşınar.
* İnsanların səni seyr etmə ehti…malı düşdüyün gülünc vəziyyət ilə düz mütənasibdir.
* Səhv nömrə yığanda yığılan nömrə heç vaxt məşğul olmur.
* Duşa girib islandığında telefona zəng gələr.
* Bir əşyanın işləmədiyini isbat etdiyin zaman, həmin əşya işləməyə başlayar.
* Ayağınıza tam oturan bir ayaqqabı gətirildikdə mağazadakı ayaqqabıların ən eybəcəridir.
* Hər hansı bəyəndiyiniz bir şeyin istehsalı dərhal dayanar.
* Telefona zəng gözlədiyin müddət ərzində zəng gəlməyəcək, ancaq gedib, başqa bir işlə məşğul olduğun anda zəng gəlib səni işindən ayıracaq.
* Siz imtahanlara istədiyiniz qədər hazırlaşın, sonda hər zaman öyrənmədiyiniz bir yerdən sual çıxacaq!
* Dəqiqələrlə gözlədiyin avtobus sən tam siqaret yandırdığında gəlir.
* Siqaret tüstüsü hər zaman siqaret çəkməyən adama doğru gedir.

11 şərh

_Leman_
xexexe dogurdan da beledir :D
Don_Elnur
2ci yazılan deyəsən Murphy qanununun özülünü təşkil edir səhv etmirəmsə 
name
Bunların hamısına " Murphy " qanunu demək olar
istorik_c
Təsadüfi heç bir hadisə həyatda baş vermir. Zərurətlərin kəsişməsinə təsadüf deyilir.
pascal
Olan şeylərdi hamısı. :))
Tələsərsən ki, taksiyə oturub, istədiyin yerə gedəsən, bir dənə taksi tapılmaz. Amma rahat yolla getmək istəyərsən yüz dənə taksi gəlib keçər yanından. 
Cibindən xırda pulu çıxarmaq istəyərsən, gedər elə yerdə ilişib qalar ki, güclə dartıb çıxardarsan, amma şalvarı, ya da cibli bir paltarı səliqəylə bir yerə qoyanda istəyərsən ki, içindəki xırdalar tökülməsin, elə tökülər ki, düşüb qaldığın yerə belə əlin çatmaz. )) 
Maraqlı, xoş ovqatlı topikdir. Təşəkkür. :) 
Someone

Çox saq olun. Mən də isə ən çox rast gəldiyim hal pulum olmayanda həmişə yaxşı şeylər cıxır rastıma, elə ki, məhs alış-veriş üçün cıxıram yaxşı bir şey ya çətin tapıram ya da heç tapmıram :)  

azadmamedov90
Ən pisi isə, Qışqımaq istəyirsənsə YUXUDA səsin çıxmır Təyyib ərgoğan kimi ))
Gülnar
Hər hansı bəyəndiyiniz bir şeyin istehsalı dərhal dayanar :)
kurdamir
Bir neçəsiylə razılaşıram.Maraqlı topikdir
kurdamir
Və də Ən yaxşı Dərs günü Xəstə olub Məktəbə gedə bilmərsən.