bu günün mənzərəsi

Bu gün müxtəlif tragikomik hadisələrlə rastlaşdım, daha doğrusu hər gün rastlaşıram. Nə isə keçək mətləbə. Səhər açılır, uğurlu, gözəl bir günün keçəcəyi ümidi ilə yola çıxıram, səfərim Səməd Vurğun bağı istiqamətindədir. Əhmədli qəsəbəsindən yola düşürəm, amma necə
Əsas məsələ də budur. Mənim ən sevimli,həm də sevimsiz marşrutum olan 346 nömrəli marşrut gəlir, sonuncu dayanacağa yaxın oladuğundan əvvəlcə hər şey adi görünür, hər kəs əyləşib, hətta boş yerlər də var. Marşrut saxlayır minmək istəyirsən ki, sürücülükdən bixəbər sürücü yarı minmiş yarı minməmiş marşrutu az qala iki təkər qaldırır və ən azından təkərlərin qarası üstümü it gününə qoyur. Bir az qanı qaralmış vəziyyətdə marşruta minirəm və özümü digər hadisələrə hazırlayıram. Yavaş yavaş basabas başlayır, nə başlayır.
Marşrut təcrübəsi olanlar özlərinə arxada yer tutublar. Mənimsə sifətim qapının şüşəsindəki bütün mikrobları, tozları mənimsəyir. Tez-tez pəncərənin üzərində rusca yazılan “ Zapasnıy vıxod” (əlavə çıxış) ifadəsinə baxaraq özümə təsəlli verə verə qeyri-adilikləri izləməyə davam edirəm. Ən faciəli ifadələrdən bir neçəsi: Sıxılmış qadın dözə bilməyərək: Əşi nə olub eee? Elə bil çarmıxa çəkiblər kişini, İsa peyğəmbər falan deyilsən ki? Az keçmir ki, qadın“Utanmırsan? Sənin atan yaşdayam” kimi cavab atəşləri ilə susdurulur.

Digər hadisə :“Filankəs düşərsən” iflankəs də özünü yeyib tökür ki, yalandan andlar içir ki, guya yox, dəhşət birazdan başlayır marşrut axırıncı stansiyaya çatanda yalnız qabaq qapını açır ki, birdən arxadan kimsə əkilər və 20 qəpiklik ziyana düşər. Filankəs də yenidən and-aman eləyir ki, mənim pulumu veriblər, məşhər ayağından birtəhər çıxır. Diqqətimi bir neçə məqam da cəlb etdi, ən maraqlısı sürücünün eynəyiydi (el arasında açki), bir neçə üzəri sevgi dastanları ilə dolu olan reklam kağızları da vardı.
Bu şəkili bu gün çəkmişəm ən diqqəti çəkən məqam isə sürücünün eynəyi və onun yanındakı dovşan quyruğudur:sürücünün eynəyi və onun yanındakı dovşan quyruğu


Şükür eləyib marşrutdan təzəcə düşmüşdüm ki, öyüncəy bir müğənnini gördüm, yanında özündən təxminən iki dəfə balaca bir mühafizəçi də var idi, gözdə eynək, əldə bir diplomat çantası, qollarının arasına elə bil qarpız qoyublar özünəməxsus yerişi və s. Düşündüm ki, bu cırtdan bunun nəyinə lazımdır axı, sonra belə qənaətə gəldim ki, yəqin deyir qoy vuran elə bilsin mühavizəçi mənəm bu cırtdanı vursun. Mühafizəçi son vaxtlar yaman dəb düşüb. Adətən dövlət əhəmiyyətli adamların mühvizəçisi olur. Yoxsa hər dılğır-dulğur müğənninin yox. Onların bu mühavizəçi fəlsəfəsi fərqlənmək ideyalarından irəli gəlir. Hər kəs fərqlənmək istəyir marşrut sürücüsü eynəyiylə, dılğır müğənni mühavizəçisiylə, gənclərin böyük əksəriyyəti telefonu ilə və s. Fərqlənməsək heyvandan fərqimiz olmaz axı )))))))
 

13 şərh

Leyla
=))
Hələ şükür edək ki,böyük avtobuslar çoxalıb.əgər əvvəlki kimi olsaydı indi daha pis halda idiz. Bu günə də şükür edin.
bloqçu
Daha çox da bu sözü eşidirsən: Mehribanlaşın, mehribanlaşın!


Dəhşətdir, dəhşət!
2ral
Ən vacib məsələ olan mahnılar qeyd olunmayıb.Yəqin ki bu barədə ayrı post yazılacaq.
Nailə_Rzayeva
Mahnılar doğrudan da ayrı acılı məsələdir. Avtobusun ab-havası bəs deyilmiş kimi, o mahnılar insanı daha da aqressiv vəziyyətə gətirir. Bəzən qeyri-iradi qışqırmaq istəyirsən. Artıq mənzil başına gedib çatanda səndə olan əvvəlki əhval-ruhiyyədən geriyə heç nə qalmır…
Dior
Nooldu sana nooldu?
İşdün əraqla viski,deyişildün reski :)
Ferbara

346 mənim də sevimli marşrutumdu. ))

2ral
Sürücü avtobusu yenə pis sürür,gah birdən tormoz verir,gah birdən sağa dönür. Avtobusa çox minənlər yəqin ki başa düşür. Deməli sərnişinlərdən biri dözməyib deyir ki,
-A bala,kartof daşımırsan.
Bir qədər keçmiş şofer yenə də pis sürəndə ikinci dəfə də deyir ki, kartof daşımırsan,ehtiyatlı ol. Üçüncü dəfədə artıq sürücü dözməyir və cavab verir:
-Deyəsən meşoklardan birinin ağzı açıq qalıb!Gülür
Ferbara

Fərqlənmək yaxşı şeydi. Amma baxır harda, necə. Əsas odur ki, başqalarının təəccübünü, heyranlığını qazanmaq xatirinə etməyəsən bunu.

Dior
Elə bil avtobus xiyar bankəsidi.Camaatı güc bəla ilə sıxışdırırlar ki,avtobusa yerləşsinlər.
samaxiboy
şəkilin yeri var, yəqin marşrut sürücüsü eynəyiylə öyünürmüş, həm də görünür eynəyiylə dovşan da tutmaq istəyirmiş))))
Piratka
Heç yadımnan çıxmaz bir dəfə 83 nömrəli marşrutda kişi oturub qabaqda, qadın da ayaqüstə dayanıb, dəhşət basabas.
Qadının sumkası kişini narahat edir qırğın   qiyamət göyə qalxır.Kişi qadını susdurmaqçün deyirki «voobşe nə deyirsən eeeeeeee düş aşağı söbət eliyek»   LOL))))))))))))))))))))))))))))))))
Avtobus gülməktən qırıldı da
Piratka
sərnişinlərin  «mehribanlaşın»  sözünə ən yaxşı cavablarından biri də «mehribanlaşa mehribanlaşa qohum olduq da»
2ral
İsti havada mikroavtobusda noutbuk işlətməyin həzzini siz də yaşayın.