Zibil qablarını və divarları zibilləməyin!

Son dövrlər minlərlə, on minlərlə wap saytlar yaranaraq çoxlu istifadəçisiylə gecə-gündüz gənclərin xidmətindədir. Əslində bu mürəkkəb dizaynlı saytlarda nə desən tapmaq olar. Gənclər də bu saytlardan məharətlə yararlanırlar, amma necə? Məsələnin əmması da burdadı. Bu saytlardakı chatda 24 saatın hər birində bir sözlə gündüz-gecə online 30 dan artıq istifadəçi olur. Belə ki onlar da Tarkanın sözlərindən ilham alaraq ruhlanırlar və deyirlər “uzun incə bir saytda yazışıram gündüz-gecə, yetişmək üçün sevgiyə, bilmiyirəm nə gündəyəm çatlaşıram gündüz gecə...” axırı bu saytların onlara bir faydası olur uzun incə bir yolla yetişirlər sevgiyə. Bununla iş bitsəydi dərd yarıydı, sonra bu kövrək qəlbli sevgililər üz tuturlar insanların az olduğu zibilxanalara. Başlayırlar bu zibilxanalarda sayta təşəkkür məktubu yazmağa. Zibilin ətrini duya-duya zibil qablarını və divarları it gününə qoyurlar.
Yenə səliqəli şəkildə saytları reklam etsələr, deyərsən zibil qabıdır da səliqəli naxışlarla bəzənib, nəticədə zibil qabını axırda cehiz apara da bilərlər, axı belə etmirlər. Mixi yazıları ilk dəfə oxuyub araşdıran Qrotefend də gəlsə bu yazılardan baş açmaz, bu yazıların mənası yalnız sirrixudadadır, sayt altında da sevgi etirafları, nəbilim nömrələr, sevgi dastanları nələr nələr, hətta bəziləri özünü göstərmək və fərqlənmək üçün adını daş divarlara yazaraq ardından da fars dilinidə “yek” bizim loru dildəsə bir dənə( bomba oğlan) mənasını verən sözü yazaraq öz aləmlərinə qapılırlar. Fikirləşirlər ki,qızlar adımı zibil qutusunun yanında rəngli karandaşla yazılmış şəkildə görəcək və məni bomba oğlan biləcəklər.
Sözün düzü mən aşağıdakı şəkilləri çəkəndə ətrafda bir neçə yenicə qız tutmuş oğlan və yenicə bişmiş qız da var idi. Mənim bu şəkilləri çəkməyimi onlar da gördülər. Elə sevinə sevinə baxırdılar ki, elə bildilər bunların bütün vaxtlarını sərf etdiyi saytlar populyarlaşıb, yəqin fikirləşdilər ki, mən hardasa aparıb bu saytları reklam edəcəm. Görünür toyuq kimi yuxuda darı görüb, röyada balıq sevdasına düşüb balıqlı plov arzuları da var imiş. Nə desən ola bilər bu sirli-sehirli yazıları yazan adam nə desən fikirləşər və edər.

Şərhsiz (no comment):
wap saytların reklamı
Hətta Ronaldo da bu reklamı görüb özünü itirdi Zibilxanadakı məşhurlar
Bu yazını kim oxusa halaldı
yeni tanış olma metodları
Həmçinin bax:Azərbaycanlılar

12 şərh

təpəgöz
Nə mensiz.com saytı,nə də biznes.wen.ru işləyir.
bloqçu
Deyirlər ki, bura bir zibil biz də ataq! Həqiqətən də səviyyəsizlikdir!
Dior
Hərdən yerə zibil atanların qarşısını almaq üçün,divarlarda yaxşı xeyir-dualar da yazılır.
Suleym
hmm cox maraqli yanashmadir.
Silen_ce
bəh bəh bəh nə gözəl, tərtəmiz BAKIMIZ var…
Əliyev
kinayə?
Silen_ce
Təbii ki. Yəqin ki üfunət qoxusu verən zibilliklərin yanindan siz də az keçməmisiniz.
Ramil
Həqiqətən də biabırçılıqdır. 
kurdamir
Mənə elə gəlir bu şəkillər hələ «adam içinə çixardılacaq» şəkillərdir…
pascal
Əla məqalədir.
azadmamedov90
Hələ metro stansiyaları, avtobus dayanacqları, arxa küçələr, elə sizin kayzen`də də reklamlar var- hamısı reklamdır, ama mənasızların içində mənalıları da çoxdur. Bəlkədə elə o çatlardan birində tanış olub evlənəcəklər))