səbir və dözmək anlayışları

Səbirsizlər oxumaya da bilər. Həyatda hər şeyin öz yeri olduğu kimi səbirli olmağın da öz yeri var. Səbirli olmağı çox vaxt başqa anlayışlarla qarışıq salırlar. Bəzən səbirli olmaqla dözmək anlayışlarını qarışdırırlar, düzdür səbirin özündə bir dözümlülük var, amma bu dözmək anlamına gəlməməlidir. Səbirli olmaq da bir neçə cür olur. Bunların hamısını aşağıda izah etmişəm.

Deyilənə görə dünyanın ən səbirli xalqı ingilislərdir, belə bir deyim də var ki, filankəsdə ingilis səbiri var. Bunlar hamısı öz yerində keçək əsas məsələyə:

Deyim ki, küçədə, yolda, marşrutda, metroda və s. yerlərdə gördüyüm insanların çoxu səbirsizdirlər, amma dözümlüdürlər, dözürlər. Marşrutda sürücünün qulaq asdığı hansısa bozbaş mahnıya qoyun kimi başını aşağı salaraq qulaq asırsansa, bu, o demək deyil ki, sən səbirlisən, sadəcə sən dözürsən. Buna etiraz edə bilmirsənsə deməli qoyunsan. Bax buna dözmək deyirlər. Xəstə olub həkimə getməmək də dözmək deməkdir, 90%-dan çoxu pulunun olub olmamasına baxmayraq həkimə öləndə gedir. Bunlar səbirli olmaq deyil, bunları səbirli olmaq sayırsansa demək sən də qoyunsan. Səbirli olmaq həm uzaqgörən olmaqdı, həm ağıllı olmaqdı, həm dərindən düşünmək anlamına gəlir bunları uzatmaq olar, amma dözmək səbirli olmaq deyil. Svetaforda bir-iki dəqiqə gözləyə bilməyənlər səbirsizdirlər, ya da fərqlənmək istəyirlər. Bankomatda növbəsini gözləyə bilməyənlər də səbirsizdirlər, kassadan rayona billet alarkən gözləyə bilməyənlər də səbirsizdirlər, ən əsas məsələlərdən biri isə eskalatorda insanları itələyə-itələyə qaçıb qatara tələsənləri heç başa düşmək olmur, bunlar səbirsiz olmaqla yanaşı həm də ağıldan biraz kəmdirlər, ona görə ki, başa düşmürlər ki, ikimizdə səndə məndə eyni qatarı gözləyəcəyik, hətta qatara minərkən də səbirləri çatmır, qatardan düşənlərdən tez qatara minmək istəyirlər. Çox maraqlıdır ki, bəzən elə səbirlilərimiz çıxır ki, adam mat müəttəl qalır, qız tutmaq təcrübəsi olanlar bu fəsilədəndirlər. Onlar elə səbirlə, təmkinlə, düşünülmüş şəkildə elə qız bişirirlər ki, ingilisin o birinin bu birinin səbiri bunlarınkının yanında yalandı. Belələrinin səbiri ya qız tutmağa yarayır, ya da toaletdə yarım saat vaxt itirməyə. Səbirsizlər siyahısına dərsdə 5 dəqiqə gözləyə bilməyənləri, serialın başlamasına qalmış bir-iki dəqiqəni gözləyə bilməyənləri, 20 qəpiyin qədrini bilərək həm də bilməyərək yol kənarlarında qoyulan kontur yükləmə yerlərində kontur yüklətdirərkən “ gəlmədi? Neçə yüz gəldi? Hələ qutarmır?” deyənləri, xüsusilə də dilənçiləri də (ona görə xüsusilə ki, başqa millətlərdə də dilənçilər var, başlarını aşağı salıb gözləyirlər ki, kimsə pul versin, daha vay-şüvən qoparıb, əl açıb adamın üstünə şığımırlar) aid etmək olar, amma yuxarıda göstərilənlər vaxt keçirmək üçün nəzərdə tutulan nərd oyununu səbir və təmkinlə həm də böyük məharətlə oynayırlar, hətta öz aləmlərində marsa da çıxırlar. Səbirsizliklərini yox etmək üçün çoxları çarəni siqaretdə görsələr də intihar edənlər daha sürətlə artmaqdadırlar. Səbirlilərimiz azdır, amma dözənlərimiz çoxdur. Səbirsizliyi sübut edən bir neçə deyimlərimiz də var: “artıq səbir kasam dolub eee…” kimi heçnəyə yaramayan, səbirsiz olmağa yönəlmiş, təslimçiliyi təbliğ edən deyim buna bir missal ola bilər. Səbirləri bir kasaya sığmayanların yer kürəsinə necə sığması sirrixudadadır. Səbirim tükəndi deyənlər də var. Görünür səbirləri elə tük kimidir, nə yazıq ki, səbirləri tros olanlarımız barmaqla sayılacaq qədər azdır.

Haşiyə: Yuxarıda yazdığım serial mövzusu çox yaralı mövzulardandır. Əyalətlərdə adamlar tanı yıram ki, serialda acığı gələnləri( adətən pis bir rolu oynayanları) pirlərə, şıxlara tapşırırlar, hətt qurban kəsənlər də olur. Bu mövzu çox aktuladır, gərək bu barədə bir post yazam.

14 şərh

2ral
Züraidəni pirə tapşırıram!Gülümsəyir
Nailə_Rzayeva
Səbir mənim fikrimcə olanlarla barışmaq, öz emosiyalarını idarə edə bilmək, müxtəlif xarakterli insanlarla  münasibət qura bilməyi bacarmaqdır ki, bir çoxlarımızda əlbət ki, bu o qədər də qabarıq deyil. Amma bu o demək deyil ki, səbir edib heç nə etməməlisən, əgər belədirsə o zaman səbrlilik sənin həyatında ağır bir yük olar. Yox əgər əksinə, sən səbir edərək ümidini itirmədən çətinliklərin öhdəsindən gəlirsənsə,  həyatın bütün zərbələrinə qarşı mübarizə aparırsansa onda bu səbir sənin həyat boyu ən yaxşı dostun olur.  Səbrin tükəndiyi yerdə isə artıq dözüm başlayır. Səbir və dözüm ayrılmazdır. Səbir olmasa heç zaman heç bir haqsızlığa, hətta yuxarıda məqalədə deyildiyi kimi marşrutdakı ən adi bozbaş mahnıya da dözə bilməzsən.
Dior
Mən səbirsiz olduğuma görə tez bura yazmaq istərdim.
Svetafor yox,işıqfor
Bir də toalet yox,tualet.
ramzes

Mövzuya rəy bildirmək əvəzinə səhvlər axtarırsız, bilmirəm bununla nə demək istəyirsiz, amma onu bilirəm ki, hal hazırda ümumi dildə «svetafor» işlədilir, sizin məntiqlə yanaşsaq onda toalet də ingilis sözsüdür, həm də ingiliscə «toilet» kimi yazılır, onu bizim dilə tərcümə edənin ağlı kəmdir,gərək onda danışmayaq, türk dilində olmayan minlərlə söz var.Nailə xanım mövzuda dözmək və səbir anlayışları fiziki proses kimi izah olunmub, burda əsas məntiqi tuta bilmirsənsə, marşrutdakı dözmək prosesini səbirə qatırsansa deməli, satiradan xəbərin yoxdur

Nailə_Rzayeva
Ramzes,əvvəla fikrimcə sizinlə elə səmimi ünsiyyətimiz yoxdur ki, mənə sən deyə müraciət edirsiniz. İkincisi mən fikrimi bildirdim, belə aqressiyanızı başa düşmədim. Nəhayət, satira anlayışım və məntiqi tuta bilmə qabiliyyətim kifayət qədərdir, siz heç  narahat olmayın.
ramzes
Sizə daha da çoxlu məntiq arzulayıram.
Nailə_Rzayeva
Artıq tamah baş yarar, kifayət qədər olsun bəsdir, çoxu lazım deyil…
Dior
Burda nə var ki,mənim də postlarımda səhv olanda mənə səhv tuturlar.Məsələn indi mən yazdığım postlarda da ola bilər ki,gözümdən qaçan səhvlər var.Kimsə onu mənə desə yaxşı olar.
Bağışlayın,bir də belə etmərəm.
ramzes
Səhv tutmaq olar, birinci mövzuya fikrini bildir, hansısa sözün yazılışına yox, ikincisi də tutduğunuz səhvlər özləri səhvdirlər.
mizantrop

Çox yaxşıdır.
Azərbaycanlı xalqı dözümlüdür.Bunu mən yox,bir ağıllı adam deyil.O,səbir və dözümün fərqini çox yaxşı başa düşürdü.

Westsider
«Səbir» yox, «səbr».

Hə, qoyun minuslarımı, yenə səhv tutdum, amma bu söz belə yazılır))) Səbİr — asqırmaqla bağlıdır))

Yeri gəlmişkən, «svetafor» yox, «işıqfor» yox, «svetOfor».

P.S. Qoyun sözünü az işlət, zəhmət olmasa, mən avtobusdakı mahnıya qarşı danışmıram. Deməli qoyunam? Çox sağ ol.
ramzes
Konkret kimisə nəzərdə tutmuram, amma qoyun adətən başını aşağı salıb dinmir. Təklifinizə hğrmətlə yanaşıram. Bir hərf səhvi tutmaqla, görəsən nə demək istəmisiz?
Freddie

Yazınız pis deyil, real məqamlar nəzərə alınıb. Lakin səsini çıxarmaya qoyun deməyiniz işləri korlayıb. Əgər kimsə başını aşağı salıb dinmirsə, ona qoyun deməyə ixtiyarınız yoxdur, əksinə belə deməklə siz özünüzü qoyun vəziyyətinə salmış olarsınız. Hər bir insan ilk növbədə özünə hörmət etməlidir. Həmişə sözümü sözümün keçdiyi yerdə, qiymətli olan yerdə demişəm. Necə deyərlər zərgər olmayan yerdə zərdən danışmamışam. Əgər sizin dediyiniz kimi harda oldu, kimin yanında oldu səsimi ucaltsam, eşşəkdən fərqim olmaz. Dəyərim sıfıra enər. Bir düşünün, alim avtobusda gedərkən sürücüyə etiraz edir və bunun nəticəsində onun tərəfindən təhqir olunur. Axı o, kimdir ki, ali səviyyəli insanı təhqir etsin. Gərək özün buna imkan verməyəsən. Bu sözlərimi də Kayzen istifadəçilərinə hörmətən yazdım bura, olmasa heç fikir bildirməzdim sizin söhbətinizə… Bu qədər...

bloqçu
Səbr edən dərviş, muradına ərmiş!
Amma, avtobusda istəmədiyin bir mahnıya qulaq asırsansa bunun həqiqətən də səbrə dəxli yoxdur -dözürük. O ki qaldı heç nə deməyib, dinməməyə, sadəcə olaraq, hər kəsin bir zövqü var. Pis də olsa, yaxşı da olsa o da onun musiqi zövqüdür. Hər halda o həmin musiqini tək dinləmir, buna görə də deyə biləsiniz ki, biz məcburuqmu onu dinləməyə?! Amma, nə çarə?! O sükan arxasında bütün gününü keçirdir, biz isə müəyyən bir vaxt. Onun istədiyi musiqini hal-hazırda tək olraq dinləmək kimi bir imkanı olmadığından o da iş başında bunu edir.