seriallar haqqında

Serial mövzusu çox yaralı mövzulardandır. Bir neçə ildir ki, bizim də televiziya efirinə yol tapan seriallar çox şeyləri dəyişdi. Əsasən Cənubi Amerika və Latın Amerikası serilaları yayımlansa da, türkdilli seriallar da peyda oldu. Bizə ən əsas təsir göstərən mədəniyyət isə, Hadi və Lukas mədəniyyəti oldu. Düzdü bu seriallarda bəzi müsbət məqamlar olsa da, hər kəs bu məqamlara öz mədəniyyəti səviyyəsində yanaşdı.

Səid Hadeyə şillə vurur:


Dilimiz də seriallardan az bəhrələnmədi. Insanlar ilk dəfə klon anlayışı ilə tanış oldular. Gənclər və yaşlı nəsil arasında bu, çox müzakirəli bir mövzuya çevrildi. Orta məktəblərdə dərsin əsas mövzusu oldu. Adamlar seriallardan təsirləndilər. Adamlar aktyorlara çox ciddi şəkildə bağlandılar. Xoşu gəlməyən aktyorun ünvanına nalayiq söyüşlərdən tutmuş, qarğışlara, pirlərə şıxlara tapşırmaya kimi məsələ ciddiləşdi. Bu tragikomik hadisələrin kulminasiya nöqtəsi toylarda tamadaların gənclərə sevgilərinin Lukas və Hadi sevgisi kimi əbədi olmasını arzulamalarında, uşaqların özlərini serial qəhramanlarına bənzətmələrində, xəbərlər proqramlarında seriallarda olan hadisələrdən xəbər verilməsində və s özünü göstərdi.

Son dövrün ən qalmaqallı serialı isə Yaprak Dökümü serialı oldu, gülməli olsa da bu serialdan sonra evet və hayır deyənlərin sayı sürətlə artmağa başladı. Bir müddət hamının telefonunda Yaprak Dökümündəki musiqi dəbdə oldu:

Fikret, Şövket, Aliye, Polad, Çakır, Abdulhey kimi tanınan aktyorlar az qala milli qəhraman səviyyəsində adamların yaddaşında əbədiləşdi. 99% adam Kurtlar vadisi serialından tanıdığı aktyorlar qədər milli qəhraman tanımır.

 

Gülməli də olsa insanlar bu serialın dünyanın bütün sirlərini açdığını söylədilər. İndiki kimi yadımdadı, dərsdə birinci dərsi uşaqlar adətən bu serial haqda danışırdılar, öz proqnozlarını verirdilər. Mərc gələnlər də olurdu. Adətən həftənin altıncı və bazar günləri efirə çıxan bu serialı gözləməyə səbirləri çatmırdı, mobil telefonlarda hər gün Poladın videoları canlanırdı. Hal hazırda efirə buraxılmayan bu serialı internet klublarda həvəslə izləyirlər. Gənclər bir-birini hörmət əlaməti olaraq Polad və ya Çakır adlandırırdılar.

Polad və Çakırın şəkillərinə hər yerdə rast gəlinir, bu siyahıya satış rekordunu vuran köynəkləri, kalendarları, papaqların üzərindəki şəkilləri və ən əsası qızların xatirə dəftəri bəzəyən şəkilləri əlavə etmək olar. Zəngimsellərinə Polad və Çakırın səs yazısını qoyan gənclər bir növ cəsarət tapırlar, zəngimsell kodları hər beş dəqiqədən bir televiziya efirində göstərilir və bir parça ifa da səsləndirilirdi. Metroların çıxışında disk satılan yerlərdə Poladla İskəndərin titrəyişli səsləri və dalbadal açılan atəş səsləri bu gündə gəncləri ruhlandırır. Bu bir dəfə olsa dərd yarıdır, bəla orasındadır kı, dəfələrlə metroya girəndə də, çıxanda da bunu eşitmək məcburiyyətindəsən.

Bu yazılanlar bu gün də var, dünyanın sonuna kimi də olacaq. Aktyorlar bir neçə əsr ürəklərdə yaşayıb sonra dəyişsə də, yuxarıdakı faciələr dünyanın sonuna kimi bizimlədi.

Həmçinin bax:
Serial xəstəliyi
Serialların həyatda rolu

7 şərh

2ral
«Don Xuan və onun gözəl xanımı» yaddan çıxıbGülümsəyir
Kl0on serialından sonra qızlar arasında bijuteriya,hicab,başı bağlamaq dəbə mindi. Kurtlar Vadisindən sonra isə qara pencək-şalvar,mafiya söhbətləri,"şeref-racon panyatkaları" oğlanlar arasında dəbə mindi.Azərbaycan dilində «Теория лжи» (ingiliscə Lie to Me) kimi seriallar dublyaj olunacaq günü gözləyirəm.Bu gedişlə deyəsən görməyəcəm.
Dior
Aşk-ı memnuya baxandan sonra da xəyanət bəzilərinin fikrində normallaşdı :)
bloqçu
Serialdan sonra xəyanət necə normallaşa bilə axı?
Nə kino, nə serial olur-olsun, insanın öz ağlı, öz düşüncəsi olmalıdır. İnsan güclü olmalıdır ki, heç nəyin təsiri altına düşməsin. Ola bilər ki, insan hansısa filmdən, serialdan bir nəticə çıxara və ya bir dərs götürə (bu təbiidir), amma, mənfi şeyləri normal qəbul edəcəksə, film ona bu yöndə təsir edəcəksə demək ki o şəxsin özünün düşüncəsi, fikri, belə demək düzgün olarsa tam formalaşmayıb.
papatürk
Serialların ziyandan çox xeyri var.Amma Kurtlar Vadisi haqda olan fikirlərlə razılaşmıram.Bu serial həqiqətən bir çox gizlinlərin üstünü açıb.
HTML
Yuxarıdakı videoda Memati Şerefine sokayım deyir. Mən adi bir söz yazanda hamı minuslayır,amma o boyda kinoda ağzına gələni danışırıb gənclərə nümunə olmaq istiyirlər.
Nailə_Rzayeva
Doğrudan da seriallar yaman yaralı mövzudur. Mən seriallara elə də aludə olmdığım üçün mənfi və müsbət təsirləri barədə heç nə deməyəcəm. Sadəcə məni daha çox düşündürən tərəf hal-hazırda türk seriallarına baxaraq gənclərimizin get-gedə türkləşməsidir.Çox üzr istəyirəm, bəlkə də məni qınaya bilərsiniz, amma mən çox zaman deyilən " Türk dili də bizim dilimizdir, biz bir millətik" fikirləri ilə razılaşmıram. Biz azərbaycanlıyıq və dilimiz də azərbaycan dilidir.. Amma indi yeni-yeni dil açmış uşaqdan başlayaraq məktəbi bitirən yeniyetmələrimizə qədər hamı türkcə ifadələr işlədir, buna da səbəb türk seriallarıdır. Bu seriallara vaxt sərf edincə bir az kitablar oxusaq, maariflənsək daha yaxşı olardı. Qızlar bir yerə toplaşan kimi seriallarda kimin kiməsə xəyanətindən, sevgisindən, nifrətindən, oğlanlar isə filmdə baş verən mafiyalardan, kabadayılardan danışırlar.

2ral
Facebookda elmi bir qrup tapa bilmədim. Amma Kurtlar Vadisinə həsr olunmuş səhifənin 2287 fanı var. (http://www.facebook.com/kurtlarvadisiazerbaycan)