xoşbəxt azərbaycanlı

Xoşbəxt  olmaq:(istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)

Adam xoşbəxt də olar bədbəxt də, ilk baxışda bu bütün dünyada olduğu kimi özünü göstərsə də, əslində buralardakı xoşbəxtliklər və bədbəxtliklər tamamilə fərqlənir, bu xoşbəxt və bədbəxt hislərin dünyada analoqu yoxdur. Buralarda adamlar özlərini bədbəxt hiss edəndə adətən təsəlli versiyası ortaya çıxır. Əvvəlcə ucundan qulağından bir neçə kəlmə xoşbəxtlik haqqında. Əgər marşrutda sən yer tutmusansa, sən özünü xoşbəxt hiss edirsən, keçmişdə bu özünü at ( at olmayanda ulaq və ya uzunqulaq) çapmaqda, göstərirdi.Əyər at bərk gedirsə sevinirdilər ( eramızdan bir neçə min il əvvəl ata sitayiş də yaranmışdı, at nalı buna misal ola bilər), indi də eyni şeydir, tıxac (propka) yoxdursa, deməli dünyanın xoşbəxtisən. Buralarda xoşbəxtlik ani olur, amma tez-tez olur. Adamlar adi şeylərdən xoşbəxtlik hissi keçirirlər. Bəzən adamlar bədbəxtliklərdən sığortalanırlar, marşrutda və ya şəxsi maşında üzərlik, kiminsə şəkili, saman çöpü, dovşan quyruğu və s. kimi əşyalar varsa deməli xoşbəxtlik daima səninlədi. Rayonda işıq sönmübsə, deməli seriala, yağ kimiyə, çal çağıra və s. kimi verilişlərə baxmaq varsa, bu o deməkdir ki, yarım saatlığa xoşbəxtsən. Blokun ağzında marşrutdan düşmək istəyirsən və deyirsənsə ki, “sən allah burda saxla düşüm” o da saxlayırsa, xoşbəxtlik hissi keçirirsən, sevinirsən və deyirsən ki, “allah balanı sağ eləsin” (bir növ haqqını ödəyirsən). Əgər toyda səni evə başqası ( arvadını da qeyri başqası) gətirirsə, təbii ki vurmusan, aşırsan, deməli cənnətdəsən.


Bu gün səhər tezdən 8:00 radələriydi, yağırdı, bir oğlan marşruta gözündə eynək daxil oldu, təbiidir ki, eynək gözdən çıxmadı, oğlan bomba oğlan kimi görsəndi. Deməli o, xoşbəxtdir. Yox əyər birdən eynək sınsaydı, deməli o bədbəxt olacaqdı. Buralarda hər şey tez unudulduğundan xoşbəxtlik və bədbəxtlik kimi hisslər də tez unudulur. Oğlan yenidən eynək alır, gün çıxır, yaz gəlir, göbələk kimi qız bitir və oğlan tutur və qoltuğunun altı şişir. Buralarda evlənəndə adəti üzrə evləndiyin gün xoşbəxt olursan, sonra ya xoşbəxtliyini başqa yerdə tapırsan ( hidden), ya da ömrü boyu bədbəxt olursan. Yuxarıda da qeyd olunduğu kimi bədbəxtlikləri aradan götürmək üçün versiyalar var. Bədbəxtlik ani baş verirsə, türkəçarə yolu ilə adam özünə ilkin tibbi yardım göstərə bilər. Buna misal olaraq, o dəqiqə tüpürmək, bir neçə sözü təkrarlmaq ( ay da, ay da, ay sənin, ay sənin...) və başqa yolları göstərmək olar.

Bu yaxınlarda bulvar deyilən bir yerə yaxın avtobusdan düşdüm, digər avtobusu gözləyirdim, dondurmanın təzə çıxan vaxtları ola xoşbəxt olmaq istəyən gənc ola. Bir neçə gedə dayanıb söhbət edirdilər, hərdən əllərini bir birinə də vururdular, təxminən 30 metr aralıda oturacaqda ( skameyka kimi də adlanır) 2 qız dondurma yeyirdi. Birdən gedənin biri arxadan şığıyaraq oturacağın bu başından o başına tullandı. Qızlar diksindi (bismillah...), cavab tragikomik oldu “ qorxma daş yağıyla qorxuluğunu götürəcəm”. Gülə-gülə dostlarının yanına qayıdan gənc mükafatı tələb etdi “ tez eliyün da, davay atışun” digər beş nəfər mükafatı verməsəydilər kişiliydən olmazdı. Onlar da 20 qəpikdən atışdılar və qəhramana bir manatlıq içərişəhər dondurması aldılar. Dondurmanı yeyən gənc özünü güclü, son dərəcə xoşbəxt hiss etdi, amma bu xoşbəxtliyin də dondurmanın qurtarmasına kimi ömürü var. Təkrar edirəm, buralarda xoşbəxtlik ani olur, amma hər dəqiqə baş verə bilər. Bəlkə keçək bədbəxtliyə? Gələn yazını ürəyi yaralılara ithaf edəcəm...

 

5 şərh

Əliyev
Sənin kimi bədbəxt olmaqdansa yağ kimiyə baxıb xoşbəxt olmaq yaxşıdır.
ramzes

Görün xoşbəxtləriniz nə gündədir, belə şərhlərlə bədbəxt olduqlarını sübut edirlər. Ay bədbəxt mənim sənin kimisiylə mübahisə etmək fikrim yoxdur, həm də bilirəm ki, mübahisə etsəm də düzələn deyilsiz, get çal çal-çağıra, yağ kimiyə bax xoşbəxt ol...

bloqçu
Həyat elə şeydir ki, hər kəs bundan bir pay götürür. Kimsə nədəsə sevinc tapırsa bu onun haqqıdır, ola bilsin ki, gündə saat hesabı ilə yanan işıaqda o insanlar o verlişlərə baxaraq sevinirlərsə qoy sevinsinlər. İnsanın bəxti xoş olmalıdır. Qalan sevincli hallar, xoş hallar da xoşbəxtliyin yaşatdığı abu-havadan asılıdır. Ya da əksinə bədbəxliyin əsdirdiyi havadır ki, insan öz həyatında, xoş bir gün keçirmir. Bəs bu zaman niyə hansısa verlişlərə baxaraq sevinirsə, mən bunu qınayım ki? Hər-halda xoşbəxtlik anlayışı hər birimizin başa düşüb xırdaladığımız kimi bir anlayış deyil. Xoşbəxtlik dərin bir məfhumdur. Bir nüans çox doğrudur ki, ən xırda şey belə insanı xoşbəxt edə bilər.
ilham
bulvarda qız oturan əlli skamyeka var.Hər skameykadan bir manat qazanılır.Bu 50 skameykadan 50 manat edir. Günə 50 manat ayda 1500 manat edir.Firmada,nazirlikdə işləyənlər heç bu qədər maaş almır.
Nailə_Rzayeva
Elə o xoşbəxlik dondurması həmin " qəhrəmanın" boğazında qalsın…