tayson və marşrut sürücüləri

Özünü bənzətmək:(istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)
Marşrut sürücülərinin əziz xatirəsinə ithaf olunur. Bu postdakı Koroğlu rolunda vəhşi marşrut sürücüləri çıxış edir.Bu yaxınlarda Lotos ticarət mərkəzinin yaxınlığında marşruta mindim. İlk növbədə diqqətimi çəkən məqam Maykl Taysonun şəkili oldu. Marşrutun ən görməli yerinə vurulmuş bu şəkilin niyə marşrutda olması məni bu haqda daha dərindən düşünməyə vadar etdi.

 

Tayson ürəklərdə yaşayırFürsəti əldən verməyib dərhal şəkili çəkdim. Marşrut sürücüsü Koroğluya daha çox bənzəyirdi, bəs görəsən niyə Koroğlu yox Tayson? Başa düşülməyəsi heç nə yoxdur, inteqrasiya dövrünü yaşayan adamlar, Koroğlunu Taysonla əvəzləmək istəyirlər, amma Tayson ola bilmirlər. Taysonun eşmə bığları yoxdur, amma Koroğluların var. Tayson anqırmır, amma koroğlular nərə çəkirlər. Nərə çəkmə prosesi 20 qəpikdən ötrü tez-tez baş verir. Tayson baran deyil, amma Koroğlu qoçdur. Tayson dietayla yeyir ki, çəkisi artar, amma Koroğlu buğlarına yağ çəkib bir qazan yeməlidir. Tayson at çapmır, amma Koroğlular qırlı marşrutla şahə qalxırlar. Tayson 20 qəpikdən ötrü qışqırıb, bağırıb şüvənlik etmir, vuruşmur, amma Koroğlular 10 qəpiyini də kimdəsə qoymaz. Tayson soyuq silaha əl atmır, amma Koroğlular söhbəti xəncərlə həll edir.

Oxşar məqalələr

3 şərh

mr13
Tayson Qulaq dişləyir amma Koroğlu baş kəsir.
Westsider
Taysonun nakleykası var, Koroğlunun yox. Ona görə də Taysonu yapışdırmaq olar, Koroğlunu yox. :)
girl_moon
Taysonun tək şəklini yapışdırmaq asandır, Koroğlunun yanında gərək dəlilərinin də şəkli ola:)