Facebook aforizmləri

Ortaq dostunu göstər, deyim sən kimsən…

Komment gələn yerdən layk əsirgəməzlər.

Parolumu vermişdim sənə bir zaman, paroldan qiymətli de nə verəydim?

Açaram inboxu, tökərəm… sandığı…

Təmiz inbox yoxdu, hələ kirlənməmiş inbox var... 

Feysdən qovursan, vatsappdan girir…

Ona yazma, mənə yaz, bəlalı yar, ikisinə yazanların cəzası var... 

Məişətdə kor Fatı, feysdə badamgözlü...

Layk laykı yuyar, layk da şərhi…

Qara siyahı da süfrə deyil ki, hər gələnə açasan…

Səhər Əhməd

0 şərh