Azərbaycan ziyalısı

Azərbaycan ziyalısı dünyanın bütün naqis keyfiyyətlərini öz çinədanına toplayan nadir məxluqdur. Onun deqredasiyasının sərhədi yoxdur.
Məsələn, Azərbaycan müəllimi. Bir dekan tanıyıram. Uşaqlara diplom işini yazdırır, qayıbları pulla pozdurur və s. Bu yaxınlarda onun başqa bir fəaliyyət sahəsi ilə tanış olmuşam. Bu məxluq universiteti qurtaran uşaqlardan pul yığıb onları Bakıdakı hərbi hissələrə saldırır. Uşaqlar hətta zarafatla deyirlər ki, Filankəs müəllim adama evlənmək üçün qız da tapır.

Azərbaycan ziyalısı şofer milləti kimi xüsusi bir millətdir. Azərbaycan xalqı dünyanın bütün xalqlarına bəznəyə bilər. Amma Azərbaycan ziyalısı istisnadır. O, dünyanın heç bir xalqının ziyalısına bənzəmir.
O, bir çox hallarda savadlsızdır. Öz ixtisası ilə bağlı adi şeyləri də bilmir. Yüksək miqyasda korrupsiyaya bulaşıb. Özündən rütbəcə böyük adamın qabağında həvəslə quyruq bulamağa, əmrə müntəzir qul kimi dayanmağa hazırdır. Amma özündən kiçiyin üzərində hökmranlıq etmək, ən yaxşı halda isə onu öz məsləhətləri ilə bezdirmək, həyat kredosu ilə zidd olan “yüksək materiya”dan danışmaq onun üçün adi şeylərdir.

Müxalifət cəbhəsinin uğursuzluqları üçün əsas günahkarlar da bu partiyalarda olan nərd atan  ziyalılardır. Eləsi var ki, kamil ziyalıdır, indiyənə kimi dörd partiyada nərd atıb.
Onlar müxalifətdə, ya da iqtidarda təmsil olunmalarından asılı olmayaraq,  mahiyyətcə birdirlər. 2003-cü il prezident seçkilərindən sonra bu günlərdə 60 yaşı tamam olan Afaq Məsud müsavatçıları Azadlıq meydanında asmağı təklif etmişdi. Amma bu Ramiz Rövşənin Afaq xanım haqqında xoş sözlərlə dolu məqalə yazmağına qətiyyən mane olmur. ADP-çi Musa Yaqub Anarın yanında elə həvəslə oturur ki, elə bil anası Musa Yaqubu bunun üçün doğub.

Zəlimxan Yaqub-Azərbaycan ziyalısıİqtidardakı ziyalılar da maraqlı personajlardır. Onların simasını Heydər Əliyev yaxşı açırdı. Bir dəfə bu ziyalılar guya Qarabağ danışıqlarının gizlinlərini açmaq üçün Heydər Əliyevlə görüşmüşdülər. Heydər Əliyev onları elə məhv elədi ki, Cıdır düzü də yadlarından çıxdı. Axırda ziyalılar maraqlı təklif irəli sürdülər. Onların təklifi Fikrət Sadığa prezident təqaüdü verilməsindən ibarət idi. Heydər Əliyev bircə saata onları öz mahiyyətinə qaytardı. Ziyalılara başa saldı ki, onlar ancaq prezidentdən təqaüdlə bağlı xahiş edə bilərlər.

Elçin Əfəndiyevin simasını da Heydər Əliyev açdı. O, özünü ciddi ziyalı, ürəyi xalqla döyünən vətənpərvər kimi aparırdı. Amma  Heydər Əliyev onu AzTV  ekranları qarşısında yaman günə saldı. Üzünü ona tutub dedi: «Surət Hüseynov gələndə siz hamınız onun qabağında uzandınız?  Onu niyə baş nazir qoymuşdunuz? Əlbəttə, normal adam olsaydı, Heydər Əliyevə cavab verərdi ki, cənab prezident, baş naziri təyin etmək Sizin səlahiyyətinizdədir, bizim bu məsələdə nə günahımız? Amma Elçin Əfəndiyevdə belə cəsarət hardandır? O, başını Heydər Əliyevin qarşısında aşağı salmaqla öz xarakterini bir daha göstərdi.

Keçən dəfə yazmışdıq ki, Azərbaycanda ancaq təmsil yaza bilənlər qalmalıdır. Bu baxımdan Elçin Əfəndiyev istisna deyil. Onu yaradıcılığı təmsil janrındadır. Arabir “Ölüm hökmü” əsərini guya dissident əsər kimi qabağa verir. Amma 1992-ci ildə 1937-38 ci illər haqqında əsər yazmaq  igidliyini ancaq Elçin Əfəndiyev kimi Azərbaycan ziyalısı göstərə bilər.

P.S. Bir də onu xatırladaq ki, Zəlimxan Yaqub rus dilini bilməsə də, Elmar Hüseynovu məhkəməyə vermişdi. Bu, Elmarın sağlığındakı sonuncu  məhkəmə işi oldu.

Mənbə: Bizim Yol qəzeti

3 şərh

ayxansevda
indi müəllimin hörməti qalmayıb nə özü hörmət edir özünə nə də camaat
Türkəl
Nə dəxlisi var? Elçin Heydərə helə cavab versəydi, Heydər onun nəslini qırardı. Hələ bir deyin ki Elmarı da Zəlixan öldürüb…
bankir
Bir vaxtlar mizantrop belə yazılar yazırdı.
Elçin Əfəndiyev mədəni adam kimi hərəkət edib artıq cavab verməyib.Guya cavab versəydi nəsə olacaqdı?
Ramiz Rövşən yaxşı şairdir,heç olmasa danışmayın onun haqqında:-)