Azərbaycanlılar necə evlənir?

Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur. Kim bunlara başa salır ki, başqa yerdə qız yoxdur? Guya xalasıqızlarından başqa hamı əxlaqsızdır. Qətiyyən belə deyil. Əksinə, müşahidələr göstərir ki, yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. “Oğulun acizi qohum yerdən qız alar”. Bu əsəri Salam Qədirzadənin adını unutduğum əsərindən oxumuşam. Məncə  bu Salam Qədirzadənin ən yaxşı cümləsidir. Aciz oğlan və yüngüləxlaqlı qız. Əla tandemdir. Söz yox ki, yaxıln qohum nigalarını ancaq bu tendemdən ibarət deyil. Digər formanıisə bu cür təsvir etmək olar: Oğlan ona görə xalasıqızı ilə evlənir ki, qız onun gözünün qabağında böyüyün. Guya başqa qızlar barda böyüyüblər? Azərbaycanlının işlərində məntiq axtarmazlar.

Bunun fəlsəfi açıqlaması elə də  çətin deyil. Klan-nəsil nigahları ibtidai icma quruluşunda geniş yayılmışdı. O zaman insanlar sosiallaşa, cəmiyyətə adaptasiya  ola bilmirdilər. Var-dövlət başqalarına çatmasın deyə uşaqlarını da öz qohumlarına ərə verirdilər. Azərbaycanda bu qədər qohum nigahının  yayılmasının  səbəbi də insanların hələ də ibtidai icma quruluşunun təfəkküründən çıxa bilməməsidir. Bu xalq irəliyə doğru bir addım da atmayıb.
Yeri gəlməsə də bir şey yazaq. Azəri sevgililər heç vaxt öpüşmürlər. Onlara elə gəlir ki, sevdiyin adamı öpmək olmaz. Guya bununla qız oğlanın gözündən düşər.

Rusiyaya  gedib, orda min oyundan çıxanlar öz  kəndlərinə qayıdıb  “təmiz qız” axtarırlar. İslam təfəkkürü Azərbaycan təfəkkürünün yanında ciddi şeydir. İslamda zinakar ancaq başqa bir zina edənlə evlənə bilər. Rusiyadan gələnlərin əksəriyyəti də QİÇS daşıyıcısıdır. Çünki Rusiyada seksual xidmət çox bahalıdır, bizimkilər ucuzlarından istifadə edirlər. Evlənəndən sonra qadınlarını burda qoyub təkrar nataşaların yanına gedirlər. Ya da qadınlarını ora aparırlar. Rus dilini bilməyən kənd qızı isə bütün günü evdə oturub ərini gözləyir. Saçlarının qara rəngini dəyişib sarıya çevririlər ki, skinxedləri azdıra bilsinlər.

QHT sektoru seksual maarifləndirmə üçün kifayət qədər iri məbləğdə qrantlar alıb. Amma  ortada heç bir nəticə yoxdur. Azərbaycanda, xüsusilə Cənub bölgəsində azyaşlıların nigaha cəlb olunması kütləvi  şəkildədir. Azyaşlılarla qanuni nigah bağlamırlar, qanun bunu qadağan edir. Azyaşlıları  gərdəyə mollalar salır. Qafqaz Müsəlmanları İdarəsinin Mollaları. Cinayət Məcəlləsinin 152-ci maddəsi  “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” adlanır və üç ilədək  azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Bu cür faktlar dəfələrlə aşkarlanıb. Amma hələ bu işi görən gənclər və mollalar haqqında heç bir tədbir görülməyib. Hacı Allahşükür Paşazadə isə Qarabağa cihad etməkdən danışır.

Qulağıma Əlikram Bayramovun “Əmiqızı” mahnısının sədaları gəlir. Yazını bitirək. Onsuz da xeyri yoxdur.

Mənbə: Bizim Yol qəzeti

21 şərh

BaKiNeC
cox gozel qeyd edilib her wey
ferid1001
qeşeng söhbətdi.Hələ Yaponiya bayrağı söhbəti vobşem zordu)))ona aid roman yazmaq olar.Biz həqiqətən dəhşət millətik…
Habil
Bu  milleti  az  pisleyin  vicdaniniz  olsun....Biz  pis  millet  deyilik. Barbar  deyilik. Pisimizde  bizimdir  yaxshimiz  da… Men  sebebinden  kimliyinden  asili olmayaraq  bu  milleti  pisleyen her  her  kese  qarshiyam ve  onlarin  vicdansiz  olduglarina  eminem...Problemleri  catishmayan  cehetleri  yazmag olar  amma  bashga  terzde, dushmen  movgeyinde  yox…
Arzt

Məncə çox sərt yazılıb.Mövcud problemlər var və çox təəssüf ki, bu günlərdə də rast gəlinir.Qəbul edilməz nəticələrdi amma bu heç də ümumən danışmağa dəlalət etmir.

bahar
Bu həqiqətən də aktual problemdi.Yeni qanun qəbul olundu: hər iki cinsin nümayəndəsi 18 yaşında nikaha daxil ola biləcək.
Gülnar
Əla yazıdı..çox bəyəndim..Mənim uşaqlıq rəfiqəm bu yaxınlarda xalası oğluna ərə gedəcək..Xəbəri eşidəndə uşaqlıqda keçirdiyimiz günlər yadıma düşdü..Bir dəfə xalası oğlu şortik geydiyinə görə üstünə qışqırmışdı)) Sonra digər qardaşı olan rəfiqələrimin oyunun ortasında qardaşları tərəfindən evə göndərilməsi yadıma düşdü..Onlar xalası qızlarını alırlar çünki, uşaqlıqdan tanıyırlar qızı, sonra bacı öz bacısı ilə quda olmaq istəyir ki, başı sakit olsun, qızı yad yerdə istismar olunmasın və s. Xalası qızını almaq, hələ uşaq olanda belə qızların bərkdən gülüb əylənməsinə pis baxmaq, oynadığı yerdə evə qovmaq, daha nələr nələr..Sonra da deyirlər niyə aqressivsən hər şeyə qarşı.
rdgr
18 yaşdan tez və sırf tanıdığımdı deye qohumla evlenilmesine qarsiyam.

Amma ki Azərbaycanlılar necə evlənir ?bu düzgün ir başlıqdeyil, biz özümüz Azərbaycanlıyıq və də bir seyi hamiya şamil etmək olmaz.

Əslində o qohum alanları da qınamaq olmaz ,men universitet oxumamisam amma refiqemin dediklerinden bele çıxır ki zemane çox pisdi,başqa bir saytda hekim bölmesi var,bəzi qızların ora yazdıqlarını gğrende insanın eli qalır ağzında.universitet nedi mektebde oxuyan qızlar da elə.heç kimə güvən yoxdu.

qaldı xaricdən gəlib təmiz qız axtaranlara bu fikrinizlə də razıyam

Medikamentoz
Ən yaxşısı uzaq evliliklərdir,xəstəliklər itir və daha sağlam nəsil yetişir.
asel
xalaqızı xalağolu evliliyi en axmaq evlilikdi.umumiyyətlə qohum evliliyi.nifret edirem. yaddan al, yada da qız ver
Medikamentoz
Tanıdıq birisi olsa daha yaxşıdır.
asel
yad ne qeder de pis olsa qohumdan yaxşıdır.
_BUMERANQ_
Siz bu mövzuya "Əqraba edəni əqrəb etməz." prizması ilə yanaşırsınız, deyəsən.

Məncə də yad daha məqsədəuyğundur. Əsas olan iki nəfərin xoşbəxt olmasıdı, amma unutmayaq ki, evlilik təkcə iki gəncin ailə qurması deyil. Bu zaman ailələr də «evlənir»lər. Qısacası bu addımı atarkən ətraflı düşünmək lazımdır. 
asel
bezen bu aileler ele bilir ki, qızların aldım gerek valideynlerini de idarə edəm. biz ne desek qız valideyni etmelidir. 
Medikamentoz
Mən şəxsən qərar vermişəm yəhudi bir ailənin qızını alacam :)
asel
yəhudilər nece olur ki?
asel
indi yazacam, sözümüz ters düsecek. en yaxşısı, yazmayım. size uğurlar
Medikamentoz
Artıq kompromis variant tapmışıq,ən yaxşısı elə budur,sadəcə qarşılıqlı şəkildə fikirlərə hörmətlə yanaşmaq.
Alluring
Klan-nəsil nigahları ibtidai icma quruluşunda geniş yayılmışdı. O zaman insanlar sosiallaşa, cəmiyyətə adaptasiya ola bilmirdilər. Var-dövlət başqalarına çatmasın deyə uşaqlarını da öz qohumlarına ərə verirdilər. Azərbaycanda bu qədər qohum nigahının yayılmasının səbəbi də insanların hələ də ibtidai icma quruluşunun təfəkküründən çıxa bilməməsidir. Bu xalq irəliyə doğru bir addım da atmayıb.
  
tam raziyam..  
asel
yüngüləxlaqlı qızlar adətən xalasıoğullarına ərə gedir. - qınamayın ki, qınananlardan olmayasınız. 
istorik_c
Haqlı iradlardır.Amma sizlərə elə gəlmirki bu cür tənqidlərdən artıq qulaqlarımız ağrımağa başlayıb. Heç anlamıram bu tip yazıların nə xeyri var. Bu cür problemlərdən optimal çıxış yolu tapmaq əvəzinə hamı tənqidə cumur-nə bilim xalauşaqları çox evlənir, mollalar günahkardır filan bəsməkan.Heç kim anlamaq istəmir ki, bu bizim millətin xüsusiyyətidir onu ancaq təbliğat yolu ilə aradan götürmək olar. Sovet dövründə  məktəblərdə  Ailə adlı dərs keçirilirdi.Lakin indi belə dərs tədris olunmur.Gənc qızların seksual dünyagörüşü və ailə haqqında düşüncəsi demək olar yoxdur.İndiyə qədər hansı din xadimini görmüsüz ki valideynləri azyaşlı uşaqlarını evlənməyə məcbur etmişdir.Müəllif isə heç bir sübut gətirmədən haqdan dəm vurur. Dünyanın ən inkişaf etmiş ölkəsi Yaponiya bəyəm öz adət-ənənəsindən əl çəkmişdirmi?Qətiyyən!Onda belə çıxır Yaponiya da ibtidai icma quruluşu təfəkküründən hələ çıxmayıb.Unutmayaq ki özümüzü başqa millətlərə oxşadaraq bu vəziyyətə düşmüşük. Bunu mən yox XIX əsrdə Qafqaza səyahətə gəlmiş fransız yazıçısı Aleksandr Düma Azərbaycanda müşahidə etmişdir.