Qınayıram!

Qanunu oyuncağa çevirən məmurları qınayıram!

Adi günlərində də toya gedirmiş kimi bəzənən tələbələri qınayıram!

Keyfiyyətsiz internətə görə bütün provayderləri qınayıram!

Ətrafa depressiya saçan,neqativ auralı adamları qınayıram!

“5 dəqiqəyə ordayam” deyib,amma yarım saata gəlib çıxmayan “punktual” azərbaycanlıları qınayıram!

Yalandan “bakirə olmayan qıza normal baxıram” deyib,amma evlənmək üçün “təmiz ev qızı” axtaran oğlanları qınayıram!

Yalnız ərə getmək üçün yaşayan qızları qınayıram!

Yolda gedə-gedə musiqi qoyub kənardakılara dinlətdirənləri qınayıram!

Qızları yalnız cinsi obyekt kimi görən yanıq oğlanları qınayıram!

Salam verən kimi “alassan məni?” sualını verən qızları qınayıram!

Ehtiras sözünü tərbiyəsiz söz və söyüş hesab edənləri qınayıram!

İl boyu vitrinlərə yalandan “Endirim” yazan mağaza sahiblərini qınayıram!

Hüquqlarını tələb etməyənləri qınayıram!

Dodağını büzüşdürüb qabağa gətirərək şəkil çəkdirən qızları qınayıram!

Bu topiki oxuyub bəyənən,normal reytinqi olub amma səs verməyən kayzençiləri qınayıram! :)

P.S.Bu yazı Facebook-da azərbaycanlı üzvlər arsında geniş yayılan “Ümumxalq Qınaq Kampaniyası” əsasında bəhrələnib yazılmışdır.Sizin də qınaq obyektiniz varsa,buyurun şərhdə yazın :)

 

69 şərh

Zahid_GDMLI
Salam əvəzinə «slm», təşəkkür yerinə «twk» yazanları qınayıram.
Cavid
Bugün Azərbaycan radiosunun «Söz bizdə» proqramına qulaq asmayanları qınayıram))
telebe
Axundov kitabxanasına qız tutmağa gedən tələbələri qınayıram.,
Lakers
iri avtobuslarda lap arxadan «astanofkada saxla» deyənləri
Cavid
Divarlara X+Y=LOVE yazanları qınayıram ©

İt hürər karvar keçər məsəlindəki iti qınayıram
©

Cücəni payızda sayan ataları qınayıram :)
Nike

Şəhərin mərkəzində səviyyəsizcəsinə qızlara söz atan kim varsa hamısını qinayıram)

ORIGINAL
Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaranları qınayıram!
Qadın alt paltarı satan kişiləri qınayıram :))
Kompüter və İnternetin yalnız əyləncə üçün olduğunu hesab edənləriqınayıram!

Ətrafımızda qınanılası çox şey var,bəlkə də bu qınayıram topikinin 2-ci hissəsini yazdım :)
Rene
Superrrrrr!!! Osobenno da alt paltarı satan «kişilər» söhbəti ;)))
Cavid
Xüsusən sözünün yerinə "Osobenno" yazanları qınayıram) Rene qinanacaq çoxşey var odurki ehtiyyatlı olun))
Rene
Ay dehshetsiniz e… Men daha semimi cixsin deye ele yazdim, yoxsa dilimi sevirem.
Bashqalari rusca bir soz ishledende onu qebahet bilib, ozu de rusca «uje, davay» deyenleri qinayiram :)))
Türkəl
Kayzendə başqa saytlardan copy-paste edənləri qınayıram!
Karizma
Herbi xidmete getmemis,silah gormemis,eziyyet gormemis amma bu deqiqe bakida xod geden X5,RangeRover suren, kasib kusubun ustune xox eliyen, varli atasina guvenen oglanlari qinayiram.
Dr_Həkim
Siqaret çəkən qızları qınayıram
BaKiNeC
Hamısını oxudum və doğurdanda bütün bu deyilənlər hələdə qüvvədə qalmaqdadır.`Kiminsə acığına,prinsipə gedib borc xərclə hansısa bahalı şadlıq sarayında toy edən və hələ əlavə olaraq da özündən şadlıq evinə yenidən pul ödəyən və PALATKA Toyunu bəyənməyənləri Qınayıram!!!Yazılanlardan ən çox xoşuma gələni Karizmanin şərhi oldu.Cox düzgün vurğulayıb bu yazısını.Postda olmayan, düşmənlə üzbəüz hər an ölümlə göz-gözə olmaq nədi bilməyənlər, Vətən sevgisi və s bilməyənləri qınayıram. 
Yucin
Qınayıram deyib, qınayıram deməklə kifayətlənənləri qınayıram.
Yucin
Qaysı olmuyanda bağa gəlmiyən dostları qınayıram.
Yucin
Balam, balam deyən «мать героиня»-ları qınayıram.
Gülnar
Bu qınağa səmimi qəlbdən qoşuluram)
Yucin
«Red Bull»dan «kayf» tutan Azərbaycan gəncini qınayıram.
Yucin
Mr. Sexo Beat mahnısına Mister Səxavət deyənləri qınamıram.
Türkəl
Sən hələ ehtiyat et ki, Səxavət adlı adamlara Mr. Sexo Beat deməsinlər…
ORIGINAL
Əziz kayzençilər xahiş olunur bu linkə baxın...Bu məqalənin Copy-paste etmək bir yana,hələ üstəlik kobud şəkildə müəllif hüquqları pozulub.Həm xəbəri əlavə edən mənin,həm də ümumilikdə kayzen.az saytının!
www.big.az/index.php?sid=23451
Nurane Shahbazova
Supppperdi,ellerizine sagliq..Tesekkurler
Cavid
ORIGINAL, şəxsi mesajda yazdığım kimi məsələ ilə əlaqədar bütün lazımı tədbirlər görüləcək, təəssüf ki, insanlar hələdə bucür vicdansız hərəkətlər etməkdən çəkinmirlər. Bucür insanları qınayıram.,
şərh silinmişdir
şərh silinmişdir
Nailə_Qasarayeva

Kitab oxuyanları lağa qoyan şəxsləri qinayıram.
Sosial şəbəkələrdə qızları saytda görən kimi, tanışlıq təklif edən oğlanları qınayıram.
Reytinq xətrinə hər nə gəldi yazanları qınayıram.
Uşaqları və ya heyvanları  incidənləri qınayıram.
Maşın sürən qızları pisləyənləri qınayıram.
Gününü qeybət eləməklə keçirənləri qınayıram.
Şagirdlər arasında fərq qoyan müəllimləri qınayıram.
Zibili yerə atanları qınayıram,qınayıram, qınayıram.

Rene
Mən də… Ən çox da zibili yerə atanları...  Üstəlik də zibili əlimdə saxlayıb yerə atmayanda mənə «anormal» kimi baxanları qınayıram :x
Yucin
Hərdən özümü qınadığım üçün özümü qınayıram.
Magicboy
Kayzendə reklam yerləşdirməyən şirkət sahiblərini qınayıram…
Yucin
Nokia telefonlarının dil menyusunda dilimizi Azəri dili kimi göstərənləri qınayıram.
şərh silinmişdir
ayxansevda
ORIGINAL teqdə nədənsə ( yəqin nəzərinizdən qaçıb) tənqid əvəzinə qənqid yazmısınız. sizi qınayıram :) dilimizdə düzgün danışmayanları çiçək əvəzinə цiцək, görə əvəzinə cörə deyənləri qınayıram, (Röyanın «Sənə görə» mahnısında), Röya özü düz tələffüz edir, sonda bilmirəm kimdi, digər müğənni cörə deyir, bütün mahnının dadı — duzu itir
ORIGINAL
ayxansevda,düzəltdim artıq.Sözün düzü görmüşdüm amma fikrimdən çıxmışdı düzəltmək.Diqqətnizə görə çox sağolun))Amma mən də sizi ümumidə səhvi dediyinizə görə qınayıram )))
Bakinets
Yayda isti pivə verilən yerləri qınayıram
Zeyneb_Ehmedova

yaya vaxtları bəzi qızların geyimlərini bilməyənləri qınayıram və yol gedəndə bərk danışanları

seyran

öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranları qınayıram.

Yucin
Dəniz qırağını zibilliyənləri qınamıram söyürəm.
katana
Men de her seye diqqetle fikir veren,  sizleri, qinayiram .Insan her seye bu qeder fikir vermez, heyatda her sey siz dediyiniz kimi ideal ola bilmez.
Zahid_GDMLI
Biz hər şeyin ideal olduğunu demirik sadəcə öz fikirlərimizi və qınadıqlarımızı yazırıq)
katana
Siz fikirlerinizi yazmaqda serbest oldugunuz kimi, men de serbestem.
Zahid_GDMLI
Mən sizə heçnə demədim amma siz məni açıq-aşkar qınadınız)
Yucin
Axır vaxtlar kim kimi harda tutdu orda qınayır.
Türkəl
Qınama ki səni də qınamasınlar.
İncil, Lukanın kitabı 6:37.

Etiraz edənlər var?
Zahid_GDMLI

Məncə qınanaq inkişaf edək :)

Rene
Etiraz etmirəm, əksinə Peyğəmbər Əfəndimizdən (s.a.s.) sözünüzə qüvvət verirəm: «Hər hansı müsəlman digər müsəlman qardaşını bir günahı etməkdə qınayarsa özü o günahı etmədikcə ölməz». Buna görə artıq kimisə qınamağa qorxuram :((( Hələ qorxa-qorxa bu qədər qınaq obyekti tapıram, gör qorxmasam nətər olardı :))   Nolar, məni qınamayın :))
Bakılı
Ağlaya ağlaya qabağa gedənləri Qınayıram!
Someone
Yuxuya gedəndən sonra mənə girişən ağcaqanadları qınayıram)
Someone
Bulvarda telefonu qulagina diriyib 'seviyyeli' meyxanaya qulaq asanlari qinayiram
Lamiyə
İtlə yolda gedən qıza söz ataraq, «gözəl qız,məni o itin yerinə gəzdirərsən?» sualını verir.Qız isə «Adam ol,yanımda gəzdirərəm» cavabını verir.
Qızla tanış olmağına görə bu dərəcədə şərəf və ləyaqətini alçaldan oğlanları qınayıram!
Türkəl
3 gündür «Sinoplu Diogen»i çaşıb Snoop Dogg kimi oxuduğuma görə özümü və mənə eynək yazan həkimi qınayıram.
burla xatun
ikisi də həyatdan narazı adamlardır deyəsən)) Oxşayırlar
Türkəl
kot kor, gör gör, bu dərəcədə də oxşarlıq olar?
Samir012
Rayona gedib və maşının aşarını mənə verməyən dayımı şiddətlə qınayıram )
Samir012
Bluetooth -la tutulan qızları qınayıram.
Cavid
Facebook-da fake profillərə comment yazan oğlanları qınayıram
Someone
Havada uça-uça cinsi elaqeye girmeye chalisan milçekleri pis yerinden qinayiram)
Old_Baku_
Burda someone kimi şərh yazmaq istəyibdə yaza bilməyənləri,və someone kimi mədəniyyəzizləri və someone kimi səviyyəziləri qınayıram.
Someone
Birinci cumlen sonrakilari inkar edir, yaxsi olarki evvelce gedib danisiqini oyrenesen sonra gelib medeniyyetden danisasan, birde hamin oz fikri var, xosun gelmir dislike et, amma medeniyyet ve seviyyeden danismaqa sene hech kim ixtiyar vermir, menim yazdiqim biyalogiyada oz subutunu tapib! Sizi uzr istemeye devet edirem yoxsa yaxsi olmayacaq sizin uchun
Gülnar
Diqqət mərkəzində olmaq üçün hay-küy salıb özünü uşaq kimi aparan, türkcə danışaraq düşük hərəkətlər edən, özünü olduğu kimi yox süni aparan, elementar dünyagörüşü olmayıb şirin qız rolları oynayan və onların hər dediyinə gülən oğlanları qınayıram..Ümumiyyətlə qınamaq istədiyim məsələlərin bir çoxu artıq qınanıb ona görə də bu saytı özümə doğma hesab edirəm..«Qınayıram» və «Qınayıram 2» müəllifinə təşəkkürümü bildirirəm, bu terapiya kimi bir şeydi, adam qınaq obyektini yazanda çox rahatlaşır.
Rene
Mən yalana nifrət edirəm deyib, öz işinə gələndə yalan danışanları qınayıram.
Başından böyük danışıb: «mən heç vaxt filan şeyi etmərəm» deyənləri qınayıram, çünki məhz həmən hərəkəti edirlər ( öz təcrübəmdən bilirəm :))))
Qızları əlcək kimi dəyişib, evlənməyə heç vaxt sevgilisi olmamış qız axtaran qaqaşları və oğlan dəyişməkdə heç də onlardan geri qalmayıb «həyatımda heç kim olmuyub» deyən qızları qınayıram.
İş vaxtının bitməsinə baxmayaraq sırf müdriyyətin gözünə girmək üçün işdə veyillənən işçiləri qınayıram.
«Allaha inanıram deyib» ibadət etməyən, üstəlik edənlərə geridəqalmış kimi baxanları qınayıram.
Yarıçılpaq «maska»ların yanındakı kişiləri qınayıram.
Özündə səhv axtarmayanları qınayıram.
İnsanları bir səhv ilə silənləri qınayıram.

Hələlik bu qədər, yadıma düşsə yenə yazacam.
P.S. Mənim də ürəyim dolu imiş ki… :)))))))
Zahid_GDMLI

 bu reklamı yerli-yersiz verəm marketoloqları qınayıram və onları bir az marketinq oxumağa dəvət edirəm

bahar
Mən bu reklama ən çox «gamezer»-də rast gəlirəm
rustam_aLiyev

işıqforun sarı işığı yanan kimi yaşılı fitə basan ,gətiyyən yorulmuyan,və hətta siqnalla ritm tutan kalxoz sürücüləri qınıyıram...nə gədər olareee 6 ayligdilar eləbil ))

Medikamentoz
Özüm Özümü qınayıram,amma cəngəllikdə cəngəllik qanunları ilə yaşamaq təsəlli hələ ki üstün gəlir :)
asel
boşanmış qadına pis gözle baxanları qınayıram
Medikamentoz
Dulların və gəlinlərin gözlərinə belə baxmayın. (ehtiras baxımından) Hz.Əli