Qınayıram!-2

  • Salam əvəzinə «slm», təşəkkür yerinə «twk» yazanları qınayıram! Zahid GDMLI©
  • Axundov kitabxanasına qız tutmağa gedən tələbələri qınayıram! telebe©
  • Divarlara X+Y=LOVE yazanları qınayıram Cavid©
  • İt hürər karvar keçər məsəlindəki iti qınayıram Cavid©
  • Şəhərin mərkəzində səviyyəsizcəsinə qızlara söz atan kim varsa hamısını qinayıram!) Nike©
  • Kayzendə başqa saytlardan copy-paste edənləri qınayıram! Türkəl©
  • Hərbi xidmətə gedməmiş,silah görməmiş,əziyyət görməmiş amma bu dəqiqə Bakıda «xod» gedən,X5,RangeRover sürən,kasıbın üstünə xox eliyən,varlı atasına güvənən oğlanları qınayıram! Karizma©
  • Siqaret çəkən qızları qınayıram! Dr Həkim©
  • Kiminsə acığına,prinsipə gedib borc xərclə hansısa bahalı şadlıq sarayında toy edən və hələ əlavə olaraq da özündən şadlıq evinə yenidən pul ödəyən və «PALATKA» Toyunu bəyənməyənləri qınayıram!!! BaKiNeC©
  • qiniyiram!
  • Qınayıram deyib, qınayıram deməklə kifayətlənənləri qınayıram! Yucin©
  • Qaysı olmuyanda bağa gəlmiyən dostları qınayıram! Yucin©
  • «Red Bull»dan «kayf» tutan Azərbaycan gəncini qınayıram! Yucin©
  • Kitab oxuyanları lağa qoyan şəxsləri qinayıram! Nailə Qasarayeva©
  • Reytinq xətrinə hər nə gəldi yazanları qınayıram! Nailə Qasarayeva©
  • Gününü qeybət eləməklə keçirənləri qınayıram! Nailə Qasarayeva©
  • Dilimizdə düzgün danışmayanları çiçək əvəzinə «цiцək», görə əvəzinə «cörə» deyənləri qınayıram! ayxansevda©
  • Ağlaya ağlaya qabağa gedənləri qınayıram! Bakılı©
  • Yuxuya gedəndən sonra mənə girişən ağcaqanadları qınayıram!) Someone©
  • İtlə yolda gedən qıza söz ataraq, «gözəl qız,məni o itin yerinə gəzdirərsən?» sualını verir.Qız isə «Adam ol,yanımda gəzdirərəm» cavabını verir.
  • Qızla tanış olmağına görə bu dərəcədə şərəf və ləyaqətini alçaldan oğlanları qınayıram! Lamiyə©
  • Heç bir rüzum olmadığı halda,qızın çantasını daşıyan oğlanları qınayıram! ORİGİNAL ©
  • Öz anasından,bacısından,atasından,dilindən,qaldığı və olduğu yerdən utanan,dostlarını geyiminə və maddi imkanına görə seçənləri qınayıram! ORİGİNAL ©
  • Orijinal mahnıların üzərinə əyləncə saytlarının «səsli» loqolarını qoyanları qınayıram! (xaricdə mahnının keyfiyyətini artırmaq haqda düşünürlər,bizdə isə...) ORİGİNAL ©
  • Kişi kimi danışan maviləri qınayıram! ORİGİNAL ©
  • Nəqliyyat vasitəsindən (metro,marşurt və s.) düşməmiş özünü içəri «soxmağa» çalışanları qınayıram! ORİGİNAL ©
  • Özü camaata baxıb sonra camaatı ona baxdığına görə qınayan qızları qınayıram! ORİGİNAL ©
  • Qapalı yerdə (metro,ofis,marşurt və s.) gün eynəyi taxmağı azmış kimi,üstəlik altdan-altdan oğlanları süzən qızları qınayıram! ORİGİNAL ©
  • «Meşə çaqqalsız olmaz» məsəlindəki çaqqala görə bütün meşəni çaqqal yerinə qoyanları qınayıram! ORİGİNAL ©
  • Siqaret çəkməklə,spirtli içki qəbul etməklə özlərinin «kişiləndiyini» hesab edən oğlanları qınayıram! ORİGİNAL ©
  • Sevgilisi ilə bir yerdə olmağına baxmayaraq,gözü onda-bunda qalan şəxsləri qınayıram! ORİGİNAL ©
  • «Boloniya sistemi» adıyla əslində «tələbələrin loxlanması sistemi» siyasətini keçirən təhsilimizi qınayıram! (hərə bu sistemi fərqli tərzdə edir,amma sondakı nəticə eynidir) ORİGİNAL ©
  • Kayzendə yerləşdirilən topikin ona maraqlı gəlib-gəlməməsindən asılı olmayaraq həmişə eyni üzvlərə səs verən yaxud səs verməyənləri, topikə "çox sağolun", «təşəkkür edirəm», «nə yaxşı yazmısan» tipli şərhlər yazıb amma səs verməyənləri, son zamanlarda «gözyummaqla» məşğul olub saytın keyfiyyətini aşağı salan saytın rəhbərliyini qınayıram! ORİGİNAL ©
  • Özlüyündə «Qınayıram! topiki varıydıdaaaa,bu „Qınayıram-2“-ni niyə yazmısaneee» deyə düşünənləri və topiki bəyənib səs verməyənləri qınayıram!)) (onsuzda bu topiklə «Qınayıram!» topikinə son qoyuram,kimin nə qınanılası obyekti olsa bura ürəyni boşaldar) ORİGİNAL ©


P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir.

Həmçinin bax:
Qınayıram!

102 şərh

2ral
Başqalarının çox copy-paste etdiyini deyib özü copy-paste edənləri qınayıram!
P.S. Plyusladım.
ORIGINAL
Mən də qınadım)
P.S.təşəkkür
cahandar
Qürursuz,həyasız,qizları qadınları.oğlana ilk zəng edən qızları,oğlana tanışlıq təklif edən «xanım»ları QINAYIRAM!!!
Lamiyə
ORİGİNAL,təşəkkürlər yazımı əlavə etdiynizə görə:)Ümumilikdə də xoşuma gəldi
Cavid
Əla alınıb məncə, şəkilin də yeri var) ORİGİNAL-a təşəkkürlər. Ümumiyyətlə «Qınayıramı» kayzen-də artıq sevimli yazıya çevrilib.
ORIGINAL
Cavid təşəkkürlər)Çox sağolun əməyə qiymət verdiyinizə görə…
Yucin
Üzeyirlə duet oxuyan Röyanı qınayıram!
Zeyneb_Ehmedova
Qıdağa ciddi səbəb olmadan gözü götürməməzlikdən başqalarını qınayanları qınayıram!!!
Zeyneb_Ehmedova
Qınağa ciddi səbəb olmadan gözü götürməməzlikdən  başqalarını qınayanları qınayıram!!!
ayxansevda

deyəsən bu gedişlə «Qınayıram-3» də olacaq. Bilmək olmaz bəlkə, sezon 1, sezon 2 və s uzanacaq.


özü ilə bacarmayan, əsəblərinə hakim olmayan, başqalarının işinə burnunu soxan insanları qınayıram

ORIGINAL
ayxansevda,diqqətlə oxusaz orda onsuzda bu topiklə «Qınayıram!» topikinə son qoyuram yazmışam.Yəni ki,olmayacaq))Kimin nə qınanılası obyekti olsa bura yazsın.
ayxansevda
heç inanmıram bu deyəsən epopeyaya çevriləcək, çünki qınaq obyekti bitib tükənən deyil. İndi siz orda qeyd etmisiniz ki, sondu, lakin "Çoxsaylı oxucuların xahişi ilə" yenə yazmalı olacaqsız. baxarsınız. Qeyd edim ki, Qınayıram -2 yə görə sizi qınamıram, əksinə bəyəndim, orijinal alınıb. təbriklər
ORIGINAL
"Çoxsaylı oxucuların xahişi ilə" ))Bəlkə də ola bilər...Təşəkkürlər sözlərnizə görə.
ayxansevda

ətrafdakıların ona yazığı gəlsin deyə   özünü qurban kimi aparan, daim şikayətlənən, özünün uğursuzluğunda digərlərini günahlandıran insanları qınayıram.

Samir012
Təcavüzkar Coşqunu qınayıram))
Bakılı
Bu günün işini sabağa saxlayanları qınayıram.
Cavid
Çox qınadıq gəlin birazda bəyənək
cahandar
Bəyəniləsi heçnə tapmamaqımızı qınayıram :))
Cavid
Bəyənmək qəbahət deyil) Siz də öz bəyəndiklərinizi bölüşün
bahar
mən bu yazını çox bəyəndim.
Arzt

Təhsilimizin bünövrəsini baltalayan məktəb rəhbərlərini qınayıram.

cahandar
Korrupsiya ilə mübarizəni boş hesab edənləri dırnaqarası baxanları qınayıram.
Nailə_Qasarayeva

Teşəkkür edirəm, maraqlı alınıb, səs də verdim.Amma,gəlin çox qınamıyaq. 

Old_Baku_
Metroda özü «bluetooth»-laşdığı üçün digərlərini də «bluetooth»-laşdığını zənn edib,onun bunun telefonuna diqqətlə baxanları qınayıram. :)
bahar
Mən «onun yarısı»nda və«toy olsun»da "ƏR"(ARVAD) axtaranları qınayıram.
tenqo
Mən onlardan çox həmin verilişi yaradanları və ona oturub həvəslə baxanları qınayıram.
cahandar

«Qınamaq asandır,qınaq obyektinə çevrilməkdən qorunmaq lazımdır.»-Cahandar Həsənli.


Qınanc obyekti olan,digərlərində Qınaq axtaran şəxsləri qınayıram.(Burda qınayanlara ünvanlanmayıb,bu bir məsləhətdir!)

kayzen
Yerli-yersiz bütün topiklərə + verənləri qınayıram. Bir də tərtibatı gözəl olmayan məqalələrə dalbadal səs verib baş səhifəyə çıxarsalar,onları nəyi var qınaacamBağırır
tenqo
Mən də sənin bu aqressiv mövqeyini qınayıram. Hər kəsin hərəkəti azaddır, kim kimə və nəyə görə + verir özü bilər )))))
Cavid

«Kl3a'v<ya4.tu77r/an»ı t)əm;iz/lə!yi:r@di'm :) " —  mikrobloqda bu statusa görə +20 reytinq alan Zahidi yaxşı mənada qınayıram)))

ORIGINAL
Kayzenin mikrobloq tarixində görünməmiş hadisədi))
Zahid_GDMLI
sağ ol, amma artıq +32-di :P :)
Zahid_GDMLI
Bir saatdir kinonu aça bilməyən interneti qınayıram=)
Cavid

Biri 1 manata çörək alan qardaşımı qınayıram )

Zahid_GDMLI
Rüşvət verənləri qınayıram. (hələ bu rüşvət heç bir işə yaramayibsa onda dehşətli dərəcedə qınayıram :D)
Cavid
Rüşvətlə hörməti (şirinliyi) səhv salanları qınayıram) P.S. Xeyri olacaq darixma)
2ral

Rüşvət alan məmurların kayzeni oxumadığını güman edənləri qınıyıram:)
Yazmazdan əvvəl fikirləşin ki,bunu bəzi-bəzi adamlar oxuya bilər.

Rene
Super!  Mənsə bu sadalananlardan ən çox sevgilisi ilə bir yerdə olmağına baxmayaraq,gözü onda-bunda qalan şəxsləri  və «Boloniya sistemi» adıyla əslində «tələbələrin loxlanması sistemi» siyasətini keçirən təhsilimizi QINAYIRAM! Həə, bir də it hürər karvar keçər məsəlindəki iti qınayıram :)
Dior
Yaxşı deyirən «ok»yazanları qınayıram.
ayxansevda

camaat daha qınamağa bir şey tapmır deyesen


yazmaq xətrinə yazırlar daha

Zahid_GDMLI
fb'da «fake» profillə «in a relationship»də olanları qınayıram :)
ATTILA
Bu dünyada yalnız insanın insana sitayişini məqbul bilən, hərhansı bir insanı, xadimi, rəbəri daha yüksəyə qaldırıb onu ali, uca edən və beləliklə insanlar arasında fərq yaradan, insanlar arasında berabərliyə mane alan, hər hansı bir insana, xadimə, rəhbərə görə insanlar arasında ədavət yaradan, insanları ayrı-ayrı qruplaşdıran, onları bir-birinə qarşı qoyan, onları bir-birinə qırdıran dinsizi də sevmirəm, dindarı da!
girl_moon
Burdan bəzi məqsədlərlə  Həcc ziyarətinə  «Hacı» adı almağa gedən, şeytanı daşladım deyən, amma içindəki şeytanla bacarmayıb, ona bir dəfə də olsun daş atmayan insanları qınayıram.
Karizma
Isgalda olan rayoinalrimizin adlarini bilmeyenleri qinayiram.Himnimizi bilmeyenleri qinayiram.Qalanlari ise bos seydir.Qinasan da olar qinamasan da
Someone
Yalandan bəhanələr gətirib Oruc tutmayan insanları təəssüflə Qınayıram
Samir012
Alizee-ni gözəı olduğu üçün haqsız olaraq qınayıram))
Zahid_GDMLI
Denizden gelerken «plafqi»ni maşının güzgüsüne asıb qurutmaq isteyen camaati qinayiram :)
rdgr
qadınları özlərindən aşağı görən kişiləri qınayıram

onun bunun nə deyəsəyini düşünüb ALLAHIN buyurduğunu düşünməyənəri qınayıram
rdgr
qadınları özlərindən aşağı görən kişiləri qınayıram

onun bunun nə deyəsəyini düşünüb ALLAHIN buyurduğunu düşünməyənəri qınayıram

ele özümü də bir çox şeyə görə qınayıram

öz sehvlerini qebul etmeyenleri qınayıram
umud600
Maşın nömrəsinə boş yere artıq pul verən insanları qınayıram)
Rayon nomrelerini Bakida sıxışdıran qayıları qınayıram
Dənizə palratla girən insanları qınayıram
ayxansevda
Danışıq mədəniyyəti olmayanları qınayıram «panatkasız» insanları yersiz kobud əsəblərinə hakim olmayan insanları qınayıram Allahsız insanları qınayıram
Aga
bu yazini qinayanlari qinayiram
Samir012
Rəfiqəsi özündən gözəl olan qızları qınıyıram)
Gülnar
Qalereyadakı şəkillərə qoyulan adları qınayıram…
Zahid_GDMLI
Skype'da 7/24 online olan qizi(Echo / Sound Test Service) qınayıram :)
Rene
Beline banka qoydurduqdan sonra o bankanın izləri getməmiş kürəyiaçıq geyinənləri qınayıram.)))
Yazan olmuşdu bunu? ))
Silen_ce
Buradakı maddələrdən birini oxuyub niyə qınaq obyektinə çevrildiyimi anladım :)
Rene
Şərhlərimizi silmək və ya redaktə etmək düyməsi olmadığına görə kayzen.az-ın adminlərini qınayıram. Bu nədi, nəyisə yalnış yerə yazanda nə silmək olur, nə də dəyişmək… İnsanlara şans verin )))
Silen_ce
Razıyam. Məqalələri də silmək olmur.
cahandar
bu fikrinizlə razı olsam da iradım var,çalışın səhv etməyəsiniz axı öncə baxış fürsəti qoyulub mən istər şərh istər məqalə yazanda öncə baxış funksiyasından faydalanıram.
Rene
Cahandar, men de sizi qinayiram, ona gore ki, sehv etmeyin insana xas bir xususiyyet oldugunu unudursunuz. Bundan bawqa, sizi bilmirem, men iwden yaziram, kommenti incelemeye hemiwe vaxtim olmur. :)
cahandar
Mən heç vaxt heç nəyi unutmuram.Səhv etmək insana xas xüsusiyyət ola bilər ancaq bunun üçün fürsət olmadıqda.tutaq ki işdən yazırsınız və incələməyə vaxtınız yoxdur,onda belə deyək səhv etmisiniz və kayzendə şərhləri redaktə etmək olur,vaxtınız olacaqdı səhvinizi redaktə etməyə?Olmayacaqdı.Və sizin daha sonra vaxt tapıb redaktə etdiyiniz səhvinizi hər kəs oxuyacaqdı.Əgər izin versəniz sizə məsləhətim olardı.Həmişə arxı tullandıqdan sonra hop deyin tullanmamış ne sevinmək lazımdı nə də hop demək.Yazıb qurtaran kimi öncəbaxış 1 dəqiqədən artıq vaxt aparmır.Bəyəm şərh yazanda məqalə yazırıq?Topiklərdə isə şükür Allaha redaktə də var qaralama da.ok.
cahandar

Məsləhətim budur ki topikini oxumanızı məsləhət edərdim

Rene

İş də orasındadır ki, şərhi yazdıqda ola bilsin ki vaxtım çox məhdud olsun. Amma sonra fürsət tapanda və yaxud yenidən göz gəzdirəndə səhvimi görüb redaktə etmək istəyim. Bilmirəm fikrimi tam izah edə bildimmi?.. Bu belə..
Maraqlıdır şərhimə mənfi verən iki nəfər kimdir?.. (məntiqlə biri cahandardır))))) və ən maraqlısı Niyə???  Əlbəttə cavab verməyə məcbur deyilsiniz, amma versəniz sevinərəm. :)

bahar
şərh göstərilməyəndə mənfi verilir
Rene
Tam olaraq anlamadım…
cahandar
Bəli minusların birini mən vermişəm və düzlüyü sevdiyim üşün yazıram.səbəbi də «Cahandar, men de sizi qinayiram, ona gore ki, sehv etmeyin insana xas bir xususiyyet oldugunu unudursunuz.» bu cümlədə elə hesab etmirsinizmi kobud müraciət etmişsiniz?Fikrimə görə nə siz məni nə də mən sizi qınamağa haqqımız yoxdur.Mənfiyə görəsə narahat olmayın sizin  reytinqinizə xələl gələcəkdirsə verməzdim.Şərhlərə verilən mənfi müsbətlərin reytinqə təsiri yoxdur.ona görə fikrinizlə razı olmadığım üçün vermişəm.İnciməyin müsbətlə mənfilər bunun üçün qoyulub.Şərhinizi də sərt ünvanladğınız üçün verdim.Ümidvaram inciməzsiniz
Rene
Yox, incimirəm, niyə inciyim ki. Düzü, mən məqalənin başlığına uyğun olsun deyə qınayıram yazdım, kobudluq olsun deyə yox… Həm sizin «iradım var» sözünüz də mənə xoş gəlmədi, açığı… Mən başımdan edib necə gəldi yazmamağa çalışıram. Amma bəzən olur da, çox vaxt olmur, amma fikrimi bildirmək istəyirəm. Ya da məsələn " Artıq uje demirəm" məqaləsində öz diqqətsizliyimə görə bloqçu əvəzinə cavid yazmışdım, və sonra bunu düzəltmək istərdim, amma təəssüf ki, şərhi redaktə etmək olmur Və ən önəmlisi, mən bu iradımı deyim, qınağımı deyim, kayzen.az saytının idarəçilərinə ünvanlamışdım, hər kəs öz əvəzinə cavab versə daha yaxşı olardı… Reytinqə gəldikdə isə, məni burda reytinq maraqlandırmır. Düzdür mənə, yazılarıma müsbət səs verildiyini görəndə əlbəttə ki, xoşuma gəlir. :) Amma belə burda reytinq iddiasında deyiləm. Burada qeydiyyatdan keçməyə də məni məhz qınayıram başlıqlı məqalə vadar etdi, yoxsa ay gəlim burda reytinq yığım deyə bir düşüncəm olmayıb.
Mən özüm də bəyənmədiyim bir yazıya, şərhə mənfi səs verirəm. Amma əgər həqiqətən də orda mənfiyə layiq olacaq bir şey yazılıbsa…
tenqo
Biri də mən idim, yazı tərzinizə görə vermişdim :) -3 görürəm orada, üçüncü şəxs də var kimsə :) Yeri gəlmişkən, bu və aşağıdak şərhinizə + verdim ))) Tək yazı tərzinə görə yox, həm də fikirlərinizə görə. Yuxarıdakı şərhinizə də ona görə — vermişəm ki, axı siz dilimizdə gözəl yazırsınız, bunu da korlamağın mənası yoxdur. Dilimizi bilməyən başqası olsa, ondan nə ummazdım, nə də mənfi verməzdim.
Rene
Ok, nəzərə alaram bundan sonra. :)
nigaran
Ürek sözlərimi deyə bilmədiyim üçün özüm özümü qınayıram.
Zahid_GDMLI
bu qızı qınayiram
rdgr
NIYEEE
)))))
Zahid_GDMLI
bayram yumurtasına oxşayır :D
rdgr
YOOOOO bayram yumurtasında reng seçimi daha azdı))))))))))
bloqçu

Hamının şəxsi işinə qarışanları; uşağı olmayanları harda görsə bu haqda sorğu suala çəkənləri; qazanacağı pul naminə xəstəyə müqavilə bağladığı bir firma dərmanını yazan həkimləri; vaxtı keçmiş ərzaqları satanları və buna göz yumanları; mağazada paltar geyinib əgər bəyənmirsənsə sənə ağız-burun əyən, davranışında həddini aşan satıcıları; əsgərlikdə gənclərin, qardaşların ölməsinə, intihar etməsinə gətirib çıxaran səbəbləri; çox kök olan qadınların ifrat dərəcədə, pis görünən dar şalvar və qısa köynək geyinməsini; süniliyi üstün tutanları və s, və i.a.… qınayıram, qınayıram, qınayıram!

Samir012
içimdəki insan sevgisini qınıyıram.
Ferbara
O sevgidən sui-istifadə edənləri qınayıram.
Türkəl
Kinoteatrda mənə kinoya baxmağa mane olan rusdilli eşşəkləri qınayıram!
Zahid_GDMLI
onun dil ilə əlaqəsi yoxdu eşşək eşşəkdi :)
Türkəl
Vallah mənə mane olanlar, rusdilli qızlar olur, baxdıqları filmi başa düşmürlər, baş verənlər haqqında bir-birinə sual verməyə başlayırlar, gic-gic söhbətlər: «это он всех убивает, нет это не он, это она… Aaaaaaaa мне этот актер знаешь как нравится!!!????»
tenqo
Bu saytda şərhlərə cavabın əyri-üyrü şaxələrlə budaqlanmasını qınayıram. Hansı cavabın hansı şərhə aid olduğunu müəyyənləşdirəənə kimi göz yorulur :) Gərək feysbukda «like» düyməsinin yanında bir dənə də «qınayıram» düyməsi yaradılsın :) Xoşuma gəldi bu mövzu
Nailə_Rzayeva
Heç vaxt heç bir xarici ölkədə olmamasına baxmayaraq, xalqı «Bunlar yalnız Azərbaycandadır» deyə qınayanları qınayıram…
Silen_ce
«Bura Azərbaycandır» ifadəsini işlədənləri qınayıram
tenqo

Səhv olduğunu bilib səhvini qəbul etməyənləri qınayıram. Səhvini qəbul etmək əvəzinə inadkarlıqla düz olduğunu israr edənləri lap çox qınayıram.


Şəhərdə böyüyüb kənd əhlinə yuxarıdan aşağı baxanları qınayıram.


Azərbaycanda olarkən özünü patriot kimi göstərib, xaricdə olarkən isə öz millətini pisləyənləri qınayıram.


Doğma dilini bilməyən bir çox şəxsləri qınayıram.


Diplomlu savadsızların işsizlikdən gileylənməsini qınayıram.


İbtidai sinif şagirdini repetitor yanına göndərən valideynləri qınayıram.


TOPAZ-da qumar oynayanları (el arasında kafisent yazanları) qınayıram.


Dodaqlarını silikon etdirən qadınları qınayıram.


WAP çatlarda vaxtlarını keçirən, sosial şəbəkələrsiz nəfəs ala bilməyən insanları qınayıram.


Bəzi nalayiq dilənçilərə pul verənləri qınayıram.


Qadın və uşaq yanında söyüş söyən kişiləri qınayıram.


Ürəyim dolu imiş lap )))))

Samir012
Sevə-sevə ayrılan sevgililəri qınayıram.
şərh silinmişdir
ORIGINAL
Sadəcə görüşdüyü qızı,əlindən tutduğunu,
Əlindən tutduğu qızı,öpdüyünü,
Öpdüyü qızı,cinsi əlaqədə olduğu,
1 dəfə cinsi əlaqədə olduğu qızı,dəfələrlə cinsi əlaqədə olduğunu
Öz əhatəsində fəxrlə iddia edən oğlanları qınayıram! © Azər

P.S.Burda irəliyə doğru müxtəlif iddia yerdəyişmələri də ola bilir.Məsələn:Sadəcə görüşdüyü qızla,dəfələrlə cinsi əlaqədə olduğu iddiası və s.Burada isə sadəcə normal yüksəlişlə olan iddiaları yazdım.
Samir012
hələ qış gəlmədən qrib olduğuma görə immunitet sistemimi qınayıram
Gülnar
Səhərin gözü açılmamışdan gecə saat 2-ə qədər hər saatdan bir facebookda mənasız status yazanları (xüsusilə qızları) qınayıram..Misal üçün " Ayyyyyy bu necə hava, külək......."; «Na nay na nay..dəliliyim tutdu yenə»; "Ürəyim kumpir istiyiiiirrrrrrr";
cahandar
Ümumiyyətlə davranış,nəzakət,danışıq qabiliyyəti olmayan qızları və oğlanları qınayıram.Əsasən qızları.Xanımlar XANIM adına layiq olmalıdırlar üzlü,yüngül xasiyyət deyil!!!
Ferbara
Gülnar, kumpir nədi? :))
Gülnar
Kumpir — kartofdan hazırlanan yemək)
MIss_R
Mən isə öz ürəyimdəkiləri sevdiklərimə deyə bilmədiyim üçün özüm özümü qınayıram!

_
Mayak

Her hansi mubahisede ozunde azda olsa sehv gormeyen insanlari qinayiram...

 

P.S bilirem coxdanin yazisidir ama men indi gordum ve cox beyendim..

MaksiMuS
Azərbaycan televiziyasını, onların səviyyəsini öz səviyyələrinə endirən tele aparıcıları şiddətlə qınayıram.
Burda əl -ayağıma dolaşan bəzi usercikləri həm qınayıram, həm minuslayıram.
İmkan və vaxtım olsa bu Qınayıram seriyasının 3-cü hissəsini yazacam.Allah sağlıq versin.Əməyə hörmət .gözəl topikdi.+
velili_hemide
Reytinq xətrinə şərhləri +layanları qınayıram!  (bütün şərhləri)  
imtogrul
mən də özüm özümü qınadım. Mobil telefonlarla bağlı yazını bankir saytından götürmüsdüm. Düsündüm bu saytda bölüsmək xeyirli olar… Sən demə bu yolverilməz imiş… Özümü qınıyıram doğurdan
pascal
imtoğrul, xeyri olacaq qınaqlardan utanmaq lazım deyil. Bəlkə mən sizin dediyiniz saytı oxumuram. Amma kayzeni həmişə oxuyuram. Əgər sizin yazınız kayzendə təkrar olardısa, bax, bu, qınanılacaq hal olardı məncə. :)
Mənim də bir-iki qınamalarım var, sırf bu sayta aid.
Əvvəlki yaxşı istifadəçilərin sayta gec-gec gəlmələrini, ümumiyyətlə, həmişəlik gedənlərini...
7-8 profil yaradıb, özləri-özlərini dəstəkləyənləri...
Qınanılacaq işləri görüb, sanki «mən bunu heç vaxt etməmişəm, etmərəm də» hərəkət və sözlərlə başqalarını qınayanları...qınayıram.



imtogrul
təşəkkür edirəm) mən də sizin kimi düşündüyüm üçün o yazını burda bölüşdüm.
THEZ
Ata ana azərbaycanlı olan ailədə uşaqlarla fərqli dildə danışan və bunu mədəniyyet hesab edən valideynləri və onları buna görə qınamayan cəmiyyəti qınayıram!!!
 
azadmamedov90
heyati derk ede bilmediyimize gore ozumuzu qinayiram. pzune muselman deyib Dininden xeberi olmayanlari qinayiram. dostluq ile sevgini ayira bilmeyenleri qinayiram. zamanin yaralari sagaltdigini deyib ama sagalmayanlari qinayiram. zamanin ozunu qinayiram. oz huquqlarini qoruya bilmeyenleri  qinayiram. Dunya fani deyib dervis olanlari qinayiram. kung fu`nu ve felsefeni duzgun oyretmeyen DOVLETi qinayiram. Eqoistleri qinayiram. Facebooku qinayiram.