Kitayski sənöl:)

Öz oğluna "it oğlu it" deyən ata "Sənöl saa halaldı" :)
Toyda yazdırdığı pulun əvəzini çıxmaq üçün dayanmadan yeyən insan "Sənöl saa halaldı" :)
Dayanacaqda qəşəng qız görüb yalandan 95 burdan keçir?deyib "atnaşenya" yaratmaq istiyən erkəy "Sənöl saa halaldı" :)
RedBull içib qutarıb sonra da boş butlkasını əlində saatlarca gəzdirib arada da yalandan ağzına tutub guya içirmiş kimi göstərib rısofkalanan oğlan  "Sənöl saa halaldı" :)
Trenajorda 5 dəqiqə məşq eliyib,güzgünün qabağına qaçıb, "necə də Sexy bədənim var" deyən qaqaş "Sənöl saa halaldı" :)sən ölAğlına gələn nömrəyə zəng edərək" Əsgərəm" deyib yazığ səsi çıxardıb qəpik dilənən oğlan "Sənöl saa halaldı" :) [kitayski sənöl))]
Klubda Can-canadır mahnısıyla brekdans göstərib ritmi tutan igid "Sənöl saa halaldı" :)
Gözəl qızın yanındakı çirkin uşağı öpüb bağrına basaraq qıza "divijenya" eliyən erkəy "Sənöl saa halaldı" :)
Tarqovıya gəlib "Ayəə elə bil cənnətdi burasııı" deyən QJ "Sənöl saa halaldı" :)
Dənizkarı parkda dənizi seyr eliyən qıza yaxınlaşıb -"Salam,xanım mənə saatı və ayın tarixini dəqiq deyindəəə xahiş elyirəm".Qız -"niyə belə dəqiq istəyirsənki? Oğlan- "heç sizlə tanış olduğum günün saatını yadımda saxlamalıyam daaa" deyən oğlan "Sənöl saa halaldı":)
Gələn il də geyinmək üçün 1 razmer böyük şalvar alıb ayağını qatdalıyıb geyinən qaqaş "Sənöl saa halaldı" :)
Universitetə hicablılar girə bilməz qadağasını qoyan insafsız "Sənöl saa halaldı" !!! :)
Facebook-da statusuna "Bodrumda istirahət etmək başqa şeydi" yazıb əslində isə Buzovnada ağcaqanad öldürən oğlan "Sənöl saa halaldı" :)
"Toylar kralına" +18 yazan ANS "Sənöl saa halaldı" :)
Ölünü arxasınca danışmazlar məsəlinə sadiq qalaraq tarix dərsini oxumayanlar "Sənöl sizə halaldı" :)
Balaca uşağına söyüş öyrədib ictimai yerdə uşağı tərəfindən təhqir olunan ata "Sənöl saa halaldı" :)
Kayzendə Facebook-un "bəyəndim" buttonu ilə bəyəndim edib amma səs verməyən istifadəçi "Sənöl saa halaldı" :)
Bu yazını oxuyub,azca da olsa düşünüb gülümsədikdən sonra bəyənərək səs vermək qərarına gələnlər sən öl saa dırnaqsız halaldı :)

P.S. Bu yazı Facebook-da olan "Kitayski sənöl"kampaniyası əsasında bəhrələnib yazılmışdır.
Siz də kiməsə irad tutursunuzsa ona lağ edərcəsinə öz "ürək sözlərinizi" şərhə yazaraq sonda da dırnaq arası "Sənöl saa halaldı" deməklə ürəyivizi boşalda bilərsiz :)

Bu mətn ümumlikdə internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

24 şərh

Türkəl
Ölkədə yüksək işsizlik səviyyəsi, aşağı əmək haqqı, inflyasiya, korrupsiya və bürokratiyanı gözü-görməzliyə qoyub Ermənistanın vəziyyətini lağ edənlər, sizə «HALALDIR»
© «HALAL» — official brand, Made in China.
Cavid
Həmişə olduğu kimi ORGİNAL və gözəl alınıb, Sənə Halaldı)
ORIGINAL
Təşəkkürlər Cavid)
Cavid
İ-nin biri yaddan çıxıb, sən öl mənə halaldı)
ayxansevda

maraqlı yazıdı amma ORİGİNAL üslubu dəyişin eynilik yorur birdə Ölünün dalınca danışmazlar məsələsi yazmısınız məncə məsəli olmalıdır.


belə şərhə görə ümidvaram ki, inciməzsiniz çünki bildiyimə görə inkişafı sevən adamsınız ona görə sözlərimi irad yox yazılarınızı izləyən bir nikin məsləhəti kimi qəbul edin çünki qinayıram, qınayıram 2, bəyənirəm və bir sıra Gülməli yazılar silsiləsi ardınca bu artıq yeni bir üslubda yazsanız daha maraqlı olar. Bu mənim subyektiv fikrimdi öznüz baxın necə bilirsiniz elə edin. İmza: dost məsləhəti

ORIGINAL
ayxansevda,dediyiniz o mexaniki səhvi düzəltdim artıq...
Ümumlikdə diqqətnizə görə təşəkkürlər.Dedikləriniz fikirlərlə razıyam.Dostyanə dediyiniz sözlərə görə minnətdfaram,artıq dost siyahımda da varsız)
Həmişə yenilik axtarışındayam.İNŞALLAH çalışdıqca fərqli üslublarda,fərqli yazılarda topiklər təqdim edəcəm.Təşəkkürlər…
2ral
Maşında Üzeyirlə Röyanın duetini səhər-axşam qoyan,sən öl sənə halaldır.
ayxansevda
35 yaşı olmuş övlad sahibi olan atalar hələ də odnoklasnikdə mənasız şəkilər qoyub müzakirəyə qoyan qızlarla çatlaşan gic-gic «Obsujdeniyalar» edənlər sənöl sizə halaldı yalandan subaym deyib balasına çörək pulu qazanmaq əvəzinə əylənən məzənlənən onun -bunun maşınında veyillənən kişilər siöl sizə halaldı
Old_Baku_

Orginal məqalən olduqca maraqlı alınıb.Məncə yeni bir üslubda olsaydı daha maraqlı olardı.Ayxansevda ilə təmamilə razıyam.Bunlar sadəcə dost məsləhətidi.


Bu arada küçədə tanımadığı qız gördükdə arxasınca nömrəsini eşitdirən oğlan sənöl sənə halaldı.Vağzal da 50 qəpiklik soku 80 qəpiyə satan satıcılar sənöl sizə halaldı.Atasının pulu ilə x6 da oturan əllərindən bir iş gəlməyən gənc oğlanlar sənöl sizə halaldı.Kişi sözünü anlamaaraq kişilikdən danışanlar sənöl sizə halaldı.

Gülnar
Rock musiqi janrına üstünlük verirəm deyəndə «rocka qulaq asanda saçını da yelləyirsən» sualını verənlər siz öl sizə halaldı ))
Türkəl
Mənim saçım qısadır, amma mən yellədirəm :)
Samir012

«Mən oruc tuta bilmirəm, nədənsə acalıram və susuz oluram» bu bəhanəni gətirənlər sənöl sizə «halaldı».

LABiRiNT
dersde ve yaxud her hansi bir tedbirde qizlari guldurmek,qizlara ozlerini gostermek ucun klounluq eden cavanlar,sen öl size halaldi.
Perishan
ORIGINAL, size heqiqeten halaldi...yeni dirnaqsiz...bu saytda yazilan cox maraqli movzular olsa da bu meni qeydiyyatdan kecirmeye vadar eden yazi oldu...
ORIGINAL
Təşəkkür)Xoş gəlmisiz,burdakı fəaliyyətnizdə uğurlar
Yucin
Dənizkənarı parkdakı vaxt söhbəti nəsə elə bil şəxsi təcrübənizdən irəli gələn yazıdır. :)
ORIGINAL
)))Xeyr,sadəcə olaraq bu kompnaiya çərçivəsində olan yazılar arasında buna da rast gəlmişdim və diqqətmi çəkmişdi.Bu üzdən bura əlavə etdim.Təşəkkürlər.
Karizma
ermenilerin snayperden acdigi atesden yaralanan qadin haqqinda  ve sonrada bu barede BMT ye hokumetin sikayet edeceyi haqda sujet veren kanallarimiz sen ol size halaldir.Ermeni gunde birin vurur siz ise yatmisiz fil qulaginda.Bunun axiri nolacaq?
rdgr
facebookda cürbəcür biabırçı şəkillər yerləşdirən qızlar siz ölün sizə halaldı)))))))))))))))))))
rdgr

„heç sizlə tanış olduğum günün saatını yadımda saxlamalıyam daaa“ deyən oğlan „Sənöl saa halaldı“:)
ele qız sen öl sene halaldı

Bakılı
Her defe Qarabag problemini hell etmek üçün Azerbaycana gelen minsk qurupu, senol size halaldi.
Rene
Bu yazının müəllifi, sən öl saa halaldı ;)
Düzdü qınayıram topikinə oxşayır hardasa, amma burda daha çox yumor var. Mənim xoşuma gəldi :)
bankir
Sən öl sənə halaldır daha yaxşı olardı.
bahar
Qızlara söz atan metro polisləri «sən öl sizə halaldı»