onsuz da qoyun olacaqsan

Sizlərə eşitdiyim bir qiymətli kəlamı təqdim edirəm. Bir dəfə dərsdəydim. Qızlardan biri özünü çox pis aparırdı (yəni özünü buraxmışdı). Bu mənzərəni görən  müdrik müəllim dözə bilmədi və dedi:
- “ Ay quzu tələsmə, onsuz da böyüyüb qoyun olacaqsan”.
Təbii olaraq qız bu sözlərin mənasını düşünə bilmədi, amma ona quzu deyə müraciət edildiyi üçün çox sevindi.

Həmçinin bax: Son zəng düşüklükləri

Oxşar məqalələr

22 şərh

fidan
:))Yəqin quzu böyüyəndə belə olacaq:
papatürk
Görəsən qız dərsdə nə edirdi ki? Müəllim durduğu yerdə elə söz deməz.
ramzes
Qız dərsdə nə etmirdi ki? Oğlanlarla mırtlaşır, dərsə qulaq asmır, gülməkdən özünü saxlaya bilmir, bir sözlə bu siyahının sonuna çatmaq qəliz məsələdi.
IDEAL
Belə müəllimə müdrik demək olar? Qız hər halda azyaşlı olduğu üçün onun özünü aparması müəllimdən
yəni tərbbiyə aldığı nümunədən və onun bilavasitə yaratdığı şəraitdən asılıdı.
Əslində bu yaşda qız üçün keçmək olar. Bəs müəllim üçün necə?
ramzes

Qızın 18 yaşı varsa, deməli onun üçün keçmək olmaz, artıq o da müəllim kimi müstəqil insandı. O ki qaldı onun tərbiyəsinin müəllimdən asılı olması məsələsinə, müəllim dərs demək üçün gəlir hər gün ən azından 100 uşağa dərs verir, onların hər birinə bir dərsdə tərbiyə verməli olsaydı dərs harda qalardı?

IDEAL

Qarşımızda ki insan kim olur olsun. Bizim ağzımızdan çıxan söz bizim sözümüzdü və qarşımızdakı insana aiddir və ya aid deyil bu mübahisəli məsələ olduğu halda o söz birinci bizim özümüzə aiddir deyə düşünürəm. Yəni müəllim nə olursa, olsun müəllimdi. Deyək ki, tələbələrin biri belədi heç olmasa o birilərinə hörmət qoyub sözlərinə diqqət edə bilərdi. Şəxsi fikrimdi razılaşmaya bilərsiz  ancaq mənə başqalarının yanında qarşındakı insana  belə söz deyən bir müəllimin müdrik olması çox şübhəli görünür.

ramzes
Müəllim ingilis deyil ki, səbri dolub daşmaya. Mənə görə müdrikdir, bəyəm qızı tərifləməliydi? Hər halda sizin də fikirinizə hörmətlə yanaşıram.
IDEAL
Elə müdrikliyində əsas şərti səbrdi.Əgər bir insanın dili ağlını qabaqlayırsa ona müdrik demək olmaz.
Müəllim qızı təklikdə də tənbeh edə bilərdi. Və ya
Digər loyal metodlardan istifadə edərək cəzalandıra bilərdi. Ancaq şəxsi fikrimdi məncə belə
sözlər müəllim adına yaraşmır.
Bir məsəl yadıma düşdü. «Centlmen o insan deyil ki, centlmen kimi görünür o insandı ki, insan onun
yanında özünü centlmen hiss edir»

ramzes
Ən azından müəllimin cəsarəti özü az şey deyil. Müəllim bilir ki, eşşək bir dəfə batdığı yerdən ikinci dəfə keçməz ,amma qız müəllimin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq özünə o sözləri dedirtdi. Məncə qızın günahıdır, müəllimin deyil.
IDEAL
O müəllimin əsəblərini yaxşı başa düşürəm ən azından dərs demişəm. İnsanın səbrinı sınağa çəkirlər elə bil.
Lakin bu müəllimin sözlərinə bəhanə ola bilməz əgər olursa müdrik hərəkət əvəzinə səhv hərəkət deyə bilərik.
Bu müəllimin hərəkəti mənim kriteriyalarıma cavab vermədiyi üçün
sizinlə razılaşmağım imkansızdı.Çünki  o loyal cəza metodlarından istifadə edə bilərdi. Deməyin ki hamısından istifadə
etdi qaldı bircə bu ifadə.
Hər halda sizində fikrinizə hörmətlə yanaşıram çünki fikirlər müxtəlifdi. 
Nailə_Rzayeva
Müəllimin o ifadələri işlətməsi ilə təəssüf ki, mən də razı deyiləm. Hər halda o pedaqoqdur, öyrədəndir və öyrənənə necə yanaşılmalı olduğunu yaxşı bilməlidir. O cür ifadələr ən son, hətta deyə bilərəm ki, istifadə olunması lazım olmayan metoddur. Mənim fikrimcə o qızı dərsdən azad edə, hətta bir neçə günlərlə uzaqlaşdıra bilərdi, bununla da onu cəzalandırmış olardı. Hər halda bu mənim fikrimdir :)
bankir
Amma əgər müəllim onu uzaqlaşdırsaydı,biz bu maraqlı hadisəni oxumazdıq.
IDEAL
Bəli razıyam bir çox metodlar var. Həm hekayədə müəllim bu ifadə ilə heç nə əldə edə bilməyib. Yəni edə də bilməz.
Belə ifadələr nəinki o tələbəni ağıllandırar hatda başqalarınında tərbiyəsini pozar.
Dior
Müəllim ya müdrik olsun,ya da adi bir müəllim,hər halda həqiqətən qız özünü pis aparmışdısa,bu hər hansı normal bir insanın əsəblərinə toxunardı.Müəllimin verdiyi cavab isə lap əla olub.
burla xatun
Təbii ki müəllim düz etməyib sərt cavab verməkdə.Amma ağıllı müəllim hər uşağa da onu deməz. Yəqin qız özünü o qədər pis aparıb ki müəllim məcbur olub. Müəllimin günahı yoxdur.
ayxansevda
burda qız da düz eləməyib 70%, müəllim öz səviyyəsini qorumayıb. müəllimin günahı budu 30%. o necə müəllimdi ki, tələbə onun qarşısında bu hoqqalardan çıxır. bu baxımdan müdrik müəllimi görmürəm burda. müdrik adam özü də hörmət edir, özünə də hörmət etdirir.
aran
Müəllimlik peşəsi ən çətin peşələrdən biridir. Hər bir dərsi maraqlı etmək üçün gərgin çalışmaq lazımdır. Müəllimin vəzifə borcu Azərbaycan üçün vətəndaş yetişdirməkdir, «qoyun» yetişdirmək deyil. Açıqlanmadı o müəllim ö işinin öhdəsindən necə gəlirdi. Şagirdlər müllimin zəif yerini hamıdan tez tutr. Təkcə həmin qız, yaxud hamı öz «işində» idi. Hər bir müəllim həm öz tələbəsinə, həm də öz müəliminə qarşı daim hörmətlə yanaşmalıdır. Qabaqcadan proqnoz vermək çox çətindir gələcəkdə həmin giz hansı peşənin sahibi olacaq, yaxud necə ana olacaq, hansı azəri övladlarını tərbiyə edəcək. Gələcəkdə həmin qız da öz növbəsində düşünə bilər ki, həmin müəllim öz işinin öhdəsindən gələ bilmədi, bizə nə elmdən, nə də mənəviyyatdan heçnə verə bilmədi?
2ral
Şəxsən mənim fikrimə görə həmin qız heç bir peşənin yiyəsi olmayacaq. Bir savadsız oğlana ərə gedəcək,bozbaş bişirməklə gününü keçirəcək, özü kimi uşaqlardan neçəsini doğacaq.
Bu yazı Facebookda da birmənalı qarşılanmayıb.Çoxları başa düşmür Dilqəmin nə demək istədiyini.
aran
Müəəlim şagirdlərinə yenu heç nə verə bilmədikdə və uşaqların nüfuzunu qazana bilmədikdə həmişə sinifdə səs-küy baş verir. Belə olan halda kim isə daha aktiv olmalıdır və vəziyyətdən maksimum istifadə edir və özünü digər şagirdlərin gözündə qəhrəman kimi göstərir. İlk növbədə zəiflik həmin müəllimdədir. Artıq əlindən heç nə gələ bilməyən müəllim öz dxilindəki qəzəb və emosiyanı o sözü deməklə boşaldır. Amma, elə də ola ki, şagirdlərin çoxu bir müəllimin fənnini zəif bilər, müəllim peşəsinin ustası olanda, şagirdlərin hörmət və nüfuzu qazananda müəllim 45 dəqiqəni ələ ala bilir vəziyyət tamam başqa olur. Qızın gələcəkdə nələrə nail olması bir ümiddir. Məktəb illərində dələduz, pis oxuyan, heç nə ilə fərqlənməyən o qədər şagirdlər olub ki, sonradan nələrə nail olduğunu hamımız eşitmişik. Müəllimin, ondan çox şey gözləyən öz qızına, öz bacısı, qardaşı, qnşusu, qohumu… qızına belə söz deməsi yaxşı hal deyi. Müəllim də bu cəmiyyətdən çıxıb, göydən düşməyib. Bu cəmiyyətdə yaxşı da, pis də hamısı bizimdir. Sərhəddən kənardan baxanlar bizi bir gözlə görürlər.
seyran
mence burda yaş faktoru da önəmlidir.istər qızın,istər müəllimin.deyirlər ki,«günah öləndədir».məncə qız o sözü özünə dedirtməməli idi.
memmed30

HEYATDA INSAN OZ EMELLERILE OZUNE QIYMET QOYUR VE HORMET QAZANIR.TEBII BU HEM MEKTEBDE,HEM HEYATDA,HEM DE CEMIYYETDE DE OZUNU GOSTERIR.OZUNE HORMET QAZANMAQ INSANIN OZ ELINDEDI,GEREK HEREKETLERINE NEZARET ETMEYI BACARASAN,YOXSA HEMISHE QOYUN QEDER DE QIYMETIN OLMAYACAQ...


 

ağıllı
deyirəm o müəllim yatsa da yuxuda görməzdi ki, dediyi bir kəlmə söz qlobal bir məsələyə səbəb olacaqdır.:)