Metroda eynək mədəniyyəti

Hal-hazırda siz səhv düşünürsünüz, metroda eynək mədəniyyəti insan mədəniyyətinin ən yüksək vəziyyətidir. Bunu hər kəs bacara bilmir, bu istedad hamıya verilmir. Gün eynəklərinin metro və digər tamamilə gündən və onun şüalarından uzaq bir aləmdə istifadə edilməsi əslində sadə bir vəziyyət deyil. Hələ bizim eramızdan əvvəl Azıx mağarasında tapılan 18 yaşlı qızın alt çənə sümüyü ilə yanaşı həmçinin günəş eynəyi də tapılıb. Yüz illər sürən axtarışlardan sonra ele həmin qızın mağarada gün eynəyindən istifadə etməsi isbat edilib. Hələ min illər bundan əvvəllər yaşamış məşhur Alman alimi ömrünün düz 60 ilini bu işə sərf edir, ondan sonra yaşamış alimlər onu belə təsvir edirdi " o sankı cəmiyyətdən ayrılmışdı, anlamaq olmurdu nə iş görürdü və daima öz işini görürdü, hətta onun həyat yoldaşı onu "eynək dalınca qaçan cəsur adlandırırdı". Artıq illər keçmişdi və onun yolun oğlu davam etməliydi, əvvəlcə oğlu bunu etmək istəmirdi və israr edirdilər. Və budur artıq oğul bu işin dalınca gedir, gənc oğlana atasının uzun illər tapa bilmıdiyi metroda günəş eynəklərindən istifadənin məqsədlərini öyrənmək vacib idi.

Budur artıq araşdırmalar öz bəhrəsini verir və səbəb tapılır. Bunun səbəblərini apardığı müşahidələr cavablandırır. Artıq 2011-ci ildir, araşdırmalar hələdə davam edir, çox böyük əmək sərf olunub artıq tapmaq lazımdır. 28 May mertosu, qatarın gəlməyinə hələ 5 dəqiqə var, və gözümüzə 2 eynəkli "müasir gənc" dəyir. vaxt itirmədən onlara yaxınlaşırıq. Birinci gənc səbəbi müasirlikdə görür "mən modern insanam və günəş eynəyi əsil burda taxılmalıdır, və sizə etiraf edim ki bu qız tutmağı sürətləndirə bilər". İkinci gənçdə razılaşır və bunu katalizator adlandırır, biz səviyyəyik və eynək də bizə xüsusi səviyyə verir. Artıq illər boyu axtarılan mövzunun cavabı tapıldı. Bəli bu bir mücüzədir. bəli, bəli. budur işdə, tapıldı.,

Nə bilim bəlkədə insanların bu qədər dar düşünməsi cəmiyyəti inkişafdan qoyan bir amildir. Avropadan danışan və özünü müasir sayaq qız və oğlan gərək bilə ki Avropada metroda insanlar qəzet və kitablar oxumaqla məşquldur, bizde isə bəzilərində bu bluetooth  anlayışı və qız tutmaq məkanıdır. Yaxud bulvarda baxışma mədəniyyətinin en pik nöqtəsi olması görəsən insanımızı hara aparır, nömrə eşittirmək və bunu dərhal yazan və zəng edən qızlar Azropanın hansı mədəniyyətindən danışırlar. Artıq gözlər açılmalıdır və dəğrunu yanlışdan, düzü əyridən, mədəniyyəti mədə niyyətdən və həqiqəti yalandan ayırmaq lazımdır. Səhvi kimdəsə axtarmayın çünki tapa bilməyəcəksiniz əgər səhvin böyük hissəsini özünüzdə görə bilməsəniz.

Həmçinin bax: Metro çıxışları, Hamburqda bir saat, Milli striptiz

 

20 şərh

Karizma
halal olsun bu yazini yazana,seviyyesizlik bas alib gedir.Hele de bunu anlamiriq.Ele bilirik ki, biz avropaliyiq,Beli biz avropaliyiq amma avropali oldugumuz qeder de asiyaliyiq.Unutmayaq.
Samir012
Çox sağ ol Karizma, yazının mən yazmışam və ümüd edirəm kimlərəsə dərs olar. Hərkəs buyurub öz təklif və rəylərini bildirə bilər.
ORIGINAL
Samir012,halaldı,xoşuma gəldi.Gələcək yazılarnızda da uğurlar
Samir012

Çox sağ olun ORİGİNAL, 346 saylı marşurut üçün yeni mövzular düşünürəm.

Zahid_GDMLI
Haha super yazıdı, xüsusen de Azıx mağarası yeri :)
ATTILA

Azix magarasinin yeri var…     bu savadsizliqdandi.


men aglim kesendenm demisem deyecem! azerbaycan xalqi Celil Memedquluzadeden, M. E. Sabirden bu terefe hele gelmeyib.gelmeyine de cooooooooooooooooooooooox var. onlarin eserlerini oxuyan biler o vaxt insanlar nece bisavad idi nece sefil idi.  men burdaki «idi» hisseciyini indiki zamanla uygunlasdirib «dir» deyirem yeni BiSAVADDIR.  eziz sherhciler elinizi vicdaniniza qoyun ve agilla deyin azer xalqi savadli xalqdi? savadlisi coxdu savadsizi?   genclerimiz var computerin ne oldugunu bilmir ee. eleleri var internetin ne oldugunu bilmir. en pisi ise bu KAYZENI bilmeyenler var. 10 gencden 4u internete porno ucun girir, 4u catda qiz tutmaq ya da webde soyundurmaq ucun girir, 1tehsil ucun girir  1 de kayzene girir.- bu olke uzre statistikadi. inanmazsaniz yoxlayin.

bahar

Atilla əlbətdəki sözlərində həqiqət var,amma onu da danmayaq ki,gənclərimizin dünyagörüşləri günü -gündən artır.


Mənə elə gəlir ki,1-2 dənə yerini bilməyən səviyyəsizə görə bütün xalqı və ya yarısını savadsız adlandırmağın haqsızlıqdı.

ATTILA
He duzdu mende az da olsa inkisafini gorurem.en cox savadli dusunceli gencler xaricde tehsil alanlardi. duz deyire ya yaox?  shexsen men onlara hesed apariram.  ama azebaycanin cox universitettinde tehsil «0»,    rusvet ozbasinaliq avaraliq 100%di.  men universitet oxuyub bitirdim ele sevinirem bitirdiyime. mene genc yasimda butun haqsizliqlari gordum.
Mr_EuRoViSioN
ATTILA… Belke deyeeksen ki bu uwaq ozunu terifleyir amma ki ele deyil. Hami da oldugu kimi bizim de ev de internet var. Menim qardawim sen dediyin iwlere gore girir amma ki men ele deyilem. Mailda da qeydiyyatda varam feysde de ve bawqa saytlarda amma ki cox az daxil oluram. Internetden en cox dil oyrenmek ucun istifade edirem. Menim evvel Isvec dilinden 1 soz bele anlayiwim yox idi amma ki indi yavaw yavaw oyrenirem. Serb dili eynen. Fransizcam cox cox cox pis idi lakin indi teleffus de evber de superdi sadece qalib qramatika . 
O, ki qaldi eynek meselesine, men ozum Dizaynerem ve her bir hereketime ve geyimime fikir verenem. Eynek taxmagi sevmirem (gozlerim agriyir) Taxanda da tebii ki metroda cixardiram.
Genclikdir de ne edesen? Herenin bir dunya goruwu var ve heyat terzi. Kimisi heyatin dadini qizlarla cixardir kimisi de daha cox bilmek, oyrenmek ve yawamaqla cixardir :)… Oxudugunuz ucun mersi :)
bahar

Mövzu əladı.Cəmiyyətimizin ən aktual problemlərindən biridir.


 

Samir012
Çoxlarınız haqlı olaraq bu cür cəmiyyətə və insanlara öz iradlarınızı bildirdiniz amma indi yaxşı olarki bunları neca yaxşılığa doğru dəyiçmək olar, bu barədə təkliflərinizi bildirəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
umud600
Meqaləni oxumaq maraqlı idi ve elecede şerhleri, mence bunun qarşisini almaq çox çetindir ancaq en yaxsi ve effektiv esul mence tehsil seviyyesini artirmaqdi. Bu yazını oxuyan en azından biraz ferqli duşuner ve daha da düzgün addım atar.
ATTILA

Bezileri basqa bloqlarda deyir ki gua sherhlerde azerbaycani alcaldiriq iradlarimizla guya dusman kimiyik olkeye.  XEYR! bu bele deyil. bele dusunuenlere demek isteyirem ki shexsen men azerbaycani sevdiyimcun irad tuturam. 2cisi iradlar gecekden dogur. yalandan yazmiriq ki. o insan ki yalandan olkeni alcaldirsa onun cezasini birinci ozum vererem 1 vetendas kimi.  biz iradi tuturuq milletin bezi sehvlerini deyirik ki hec olmasa burda olan genclerin 5i bunlari oxusun oxumayan 5ine desin o da qalan 5ine ve s, ve s,...


helli yollari lazimdi onu da herkesin oz agli var ozu helliniu tapar.burdaki problemleri her hansi qanunla qadagan etmek olmaz ki bununla hell olunsun. here oz aglini isletmelidi. meselcun: metroda eynek geyinmemelidi ve s..


 


 

Cavid
Məndə razılaşıram, məqsəd insanları lağa qoymaq deyil sadəcə onlara azda olsa nəsə müsbət şeylər aşılamaqdır. Damim inkişafda olmaq lazımdır prinsipi ilə. Yeri gəlmişkən ATTİLA -nın hər bir şərhi böyük bir məqaləni xatırladır) Təşəkkürlər, bu yaxşı haldır, insanimiz üşün nəsə etməyə çalışan insanları görmək adamı birazda həvəsləndidir. Samir012 sənə də təşəkkür edirik.
ATTILA
Minnetdaram qardasim. eeh ne edek shairem da shirin ureyi dolu olur..:)))   gelen defe sheirlerimden yazaram. heyat haqqinda seirleri…  ama bilmirem harda yazim. bura sesli mp3 yerlesdirmek olur?  bir sirim var bir cox dinleyenleri valeh edib. ozum yazmisam ozum de demisem. bu barede mene komek ede bilse bu saytin iscileri cox sevinerem…
Cavid
Saytda mp3 yükləmək mümkün deyil, siz yaxşı olarki onu əvvəlcə youtube ondan sonra burda yerləşdirə bilərsiniz. mp3 kayzenin foratına uyğun deyil sadəcə. Təşəkkürlər
Qını
hər cür mədəniyyət eşitmişdim amma metroda eynək mədəniyyəti eşitməmişdim, super alınıb, nəticə əldə etmək lazımdır.
error
… ve eynek medeniyyeti davam edir(METRODA)
Mehemmedcan
Yenə də davam edəcək