Like dilə gəlib :)

Salam.Mənim adım "bəyəndim" düyməsidi.Facebook-da paylaşımları bunu görənin xoşuna gəlməyi münasibəti bildirilməkçün yaranmışam.Azərbaycanlı üzvlər arasında elə əsasən  ingilis versiyası olan like kimi adlanıram.
Mənim bu cür dilə gəlməyimin səbəbi,məndən düzgün istifadə olunmamığımdı,məndən yalnız öz məqsədlərinə görə istifadə edirlər.Məsəlçün:
Olmaz ki, səhifələrdə "dolma sevən neçə nəfər varsa like etsin" yerinə,elə dolmanın reseptini yazıb öyrədici məqalədən like gözləyəsiz?
Olmaz ki,səhifələrdə şit,mənasız yazı yerinə,nəticə çıxarılası yazı paylaşıb like gözləyəsiz?
Eh mən çox danışa bilərdim.Hələ müsabiqələrdə öz məqsədlərinə görə məndən hətta dilənçilik səviyyəsində istifadə edilməsindən ətraflı danışmadım.Bu cür vəziyyətləri görüb özümün yaradılmasından utanıram:(Bilirəm ki,bu yazını yazan belə bunu like xatirinə yazıb.Amma bir gün bunlara da son qoyulacağına çox ümidliyəm,Mark əmiyə demişəm ki,bəyənmədim (unlike) düyməsi də yaratsın.Yəqin ki,səsmi eşidib tezliklə yaradar.Bəlkə,onda hər şey qaydasına düşər =((

Müəllif:Azer Realist

Bu mətn internet aləmində ilk dəfə yayımlanır.
Mətndən istifadə edərkən müəllifin adını qeyd etmək mütləqdir,əks halda halallıq verilmir.

 

29 şərh

2ral
Mark əmiyə rüşvət verməsən düzələn deyil. Bizimkilər onu da qudurdub.
Silen_ce
Yüz faiz. Mark əmi sutkanın 24 saatını Facebook-da keçirən fəal istifadəçilərimizi tanımamış olmaz.
Silen_ce
Mən də elə bildim may ayında İsraildə doğulan Like adlı qızcığaz danışmağa başlayıb :))))
Zahid_GDMLI
super yazidi,
like adi da varmış?! :) dəhşət, Misirdədə bir uşağın adın facebook qoyublar,belə getsə comment'də qoyan tapılacaq bu sosiallaşan dünyada :/
Silen_ce
mən Loool adının qoyulacağı günü gözləyirəm))))
Rene
Raziyam. Amma beyenmemek duymesi gerek ki, dislike olsun, unlike bir sheyi beyendikden sonra fikrini deyishmekdir :)
music_and_love
super meqale idi=) bunu face manyaklari oxumalidir...
Karizma
Facebookda ,odnoklassnikde ,twitterde, mail ru-da reqistraciya olub bu saytlardan ancaq eks cinsin numayendeleri ile tanis olmaq ucun istifade eliyen yegane millet bizik.Coxlarimiz hec bunlardan duzgun istifade ede bilmirik.Siz de baslamisiz like duymesinden.Her sey kokunden deyismelidir.
Türkəl
Millətimizi helə alçatmayın, hamıda helə eliyəni var, təsadüfi deyil ki elə rusların özündə belə saytlar «сайты для съема» adı ilə tanınır.
Karizma
Neise xanim olsun butun MDB olkeleri.Amma bizde daha coxdur.Demeyim  odur ki hle kicik xirdaliqlardan evvel bunlar deyismelidir…
Türkəl
Xanım kimdi ala? Get birinci öz xırdalıqlaruvu dəyiş!
Karizma
bir de ki xanim deye muraciet elediyime gore uzr isteyirem.
Türkəl
cəmi yarım dəqiqə gecikdiniz, sizə kobud cavab verməli oldum ((
mən də üzr istəyirəm.
Karizma
olur da qedes texniki sehvdir.net problem
Ferbara
Artıq Like düyməsini yeni 3 düymə əvəz edəcək. Mətnlərdə-Oxudum, mahnılarda-Dinlədim, videolarda-baxdım düyməsi olacaqdır. :)
bloqçu
Bir də ki kimsə statusda hansısa faciəvi bir hadisəni, xəbəri paylaşır. Camaat da onu «like» edir. Yəqin ki bunu bəyənən həmin adamın bu hadisəni paylaşmasını bəyənir, amma mən belə statusdakı «like»-ları görəndə birtəhər oluram. Elə bil ki bunu bəyənənlər baş vermiş bu hadisəni bəyənirlər. Axı nəyini «like» edirsiniz?!
tenqo
Feysbuk hələ inkişafda olan çağadır :) Çox şeyi dəyişməlidirlər. Heç sayt hələ tam tərcümə olunmayıb rus dilinə, bəzi yazıların yarısı ingiliscə, yarısı rusca çıxır. Hansısa şirkətin səhifəsinə girib müəyyən iradlarını bildirmək istəyirsən, amma onun səhifəsində yazmaq üçün ilk öncə layk etməlisən :) Mən bunun nəyini layk edim? Ondansa «enjoy» düyməsi olardı. Yuxarıda Ferbara qeyd etdiyi kimi müxtəlif təyinatlı düymələr yaransa, yaxşı olardı.
Ferbara

tenqo, mən belə başa düşdüm ki, siz facebooku rus dilində istifadə edirsiniz. :)

tenqo
Bəli. Nəyə görə bunu xüsusi olaraq qeyd etdiniz? :)
Ferbara
Heç sayt hələ tam tərcümə olunmayıb rus dilinə, bəzi yazıların yarısı ingiliscə, yarısı rusca çıxır. Cümlənizdən başa düşdüm. Azərbaycan tərcüməsindən istifadə etmirsinizsə, səbəb 50-52% tərcümə olunmasıdır yəqin ki.
tenqo
Yox, heç vaxt etməyəcm bizim dilə olan tərcümədən, tam mükəmməl tərcümə olunsa da belə. Heç xəbərim yoxdu azərbaycan dilində necə görsənir o sayt, baxmamışam :) Mən istifadə etdiyim interfeys dili, menyu dili, sistem dili və s. ancaq rus dilindədir. Əvvəldən belə öyrəşmişəm və istifadə üçün daha rahatdır bu dil mənə. Facebook-umun dili rus dili olsa da, oradakı yazılarım doğma dilimdə olur :)
Ferbara
Heç vaxt etməyəcəm niyə? :) Öz seçiminizdi. Mən əvvəldən azərbaycan dilində istifadə etmişəm.
tenqo
Özümü lap qınaq obyekti kimi hiss etdim :) Məncə, əsas o deyil ki, oxuduğum və gördüyüm hansı dildədir. Əsas odur ki, yazdığım dildə düzgün yazıram və öz dilmizdə yazanda da «bu wekilde» yazmıram :) Əgər bilsəm ki, azərbaycan dilində istifadə etməmin hər hansı müsbət nəticəsi, yaxud hər hansı statistikaya müsbət təsiri olacaqsa, onda bununçün dəyişərəm.
Ferbara
Yox, qınamıram. Sadəcə «heç vaxt istifadə etməyəcəm» sözünüz mənə xoş gəlmədi. Əslində fb-də bunun əhəmiyyəti yoxdur. Çünki facebook vaxt soran ünsiyyət maşınıdır. Sizə «onu niyə azərbaycanca istifadə etmirsiniz» deməyim yersizdir, facebook dəyməz buna. :)
ORIGINAL
MaşAllah,budağa baxe,bir az da qarşılıqlı dialoq olsa düzbucaqlı formada olan yazı yeri kvadrata dönür))
tenqo
Əslində feysbuk və digər sosial şəbəkələr, forumlar və s. heç də pis şeylər deyillər. Sadəcə baxır kim hansı təyinatla və nə cür istifadə edir onlardan. Zaman çox qiymətli bir şeydir, onun qədrini bilmək və səmərəli istifadə etmək insan üçün ən vacib şərtdir. Səmərəli bölgü aparıb hər şeydən azca istifadə etmək gözəldir. Ünsiyyət gözəl şeydir, həm virtual, həm real. Sadəcə çalışmaq lazımdır ki, aludəçisi olmayasan və səni səmərəli fəaliyyətdən uzaqlaşdırmasın.
Ferbara
Tamamilə razıyam.
7566676
Chix Shehere duxun chatir dinen ki men bu gune kimi REDBULL ichmemishem… arxasin ozun dushun..
Tunzale93
artiq facebook-da like xesteliyi yaranib.dunen bir sehife yazdi ki,size bir sualim olacaq 20 like gelsin deyecem.20 like gelmedi sehifede admin kusdu.userlerle admin arasinda qirgin dushdu,8 user ban oldu)))