Metro çıxışları | Mədəniyyətin beşiyi kimi

Yazmaq və sizlərə çatdırmaq istədiyim Bakıdakı metro sisteminin iş qrafiki yaxud Cəfər Cabbarlı stansiyasına 28 May stansiyasından keçid olduğunu çatdlrmaq deyil, vurğulamaq istədiyim metro çıxışlarında olan yüksək "səviyyə"dəndir. Demək istədiyim insanları təhqir deyil sadəcə tənqid etmək və yaxşılığa doğru dəyişiklikləri görmək istəməmdir yaxud da konstitusiyada hələ də qüvvəyə minə bilməyən qanunlar və onları icra etməyə can atan insanlardır.

Metro çıxışlarında bir vacibata çevrilən "dönər-xana"lar, birazca kənarda yerləşən "musiqi-xana" və uca səslə ətrafı feyziyab edən əla musiqilər. Qulaqları "can-canadır" eşitən təzəcə rayondan gəlmiş gənc görəsən nə düşünür, bəlkə elə həmin an öz yaşadığı rayona qayitmaq istiyir, yaxud da üzərində taksi yazılan avtomobildən gələn "o mənim olmalıdır" deyib dirəşən "səviyyəli" ifalar insanda görəsən nə təəssurat yaradır.


Fəsillərdən asılı olaraq metronun tam çıxış hissəsində qurulan "shopping center" -ləri  hələki vurğulamıram. Ən yaxşı halda isə birazca uzqda yerləşən "ailəvi restoranlardır". Mertonun çıxışlarından birinin birbaşa parka çıxması insanların işini asanlaşdırır. Parkın yaxşıca təmir olunub, bəzən konsertlər də olur amma bu sıxlıq bəzilərinə çox pis təsir edir, axı onlar romantik dəqiqələrdən məhrum olurlar. Onlara sakit və insanların mümkün qədər az olduğu yer lazımdır, əsas odur şərait olsun, oturmağa və az qala coşub-daşan romantik hisslər yaşamağa.

Metodan biraz uzaqlaşaq, budur önümüzə bir bina çıxır, və binanın divarlarında boş qalmış yerlərə yazılan "ibrətamiz" sözlər və saytlar, və həmçinin sevgi etirafları. Yox mertodan çox uzaqlaşdıq biraz əvvələ qayıdaq. Çıxışın tam sağında əyləşən bluetooth-lu gənclər, onlar daim axtarışdadırlar, şikarını gözləyən "aslanlara" bənziyirlər. Xeyir siz yanlış düşünürsüz bu elədə asan iş deyil, bluetooth üçün xüsusi adların seçilməsi vacibdir, nömrə yazmaq isə ideal sayılır. Yaxşı olar ki, çox dərinliyinə getməyim.


Görəsən niyə bizdə başqa ölkələrdən yaxş?ı və insanlar üçün əhəmiyyətli şeylər götürülmür, görəsən nə vaxt bizim metrolarda da insanlar xaricdəki kimi kitab, qəzet yaxud jurnallar oxuyacaq, görəsən nə vaxt gənclərimiz telefonla oynamqadan əl çəkəcək, görəsən nə vaxt insanlar daha faydalı işlərlə məşğul olacaq, görəsən nə zaman bizdə yaşadığımız cəmiyyətdən razı qalacağıq.., sadaladıqca bitməyən ümüdlər və zamanın sonsuzluğuna arxalanan arzular boylanır. Bunu təklikdə edə bilmərik, gəlin hamımız birlikdə çalışaq və nəsə edək, uğurlu olacağımıza əminəm, məhz həndəsi silsilədəki kimi.

Həmçinin bax: Metroda eynək mədəniyyəti, Like dilə gəlib, Hamburqda bir saat

11 şərh

ayxansevda
maraqlı və yaralı mövzudur. hələ qorx ki, kitab oxuyanları lağa qoymasınlar o telefon düşkünü cavanları isə umumiyyətlə başa düşə bilmirəm
ayxansevda
postun adında səhv var yoxsa düz yazılıb? mero yoxsa metro çıxışları?
Samir012

Çox sağ ol, hər iki şərhə görə)

Xrizoberil
mövzü maraqlıdır, amma gəlin «vur deyəndə öldürməyək...», ən azından xeyli dəyişikliklər var.hər şey bir anda qurulmur, deyişilmir. Ümid edirəm ki, çox qısa zaman kəsiyindən sonra müsbətə doğru dəyişiklərin şahidi olacayıq.
P.S. qeyd etmək istəyirəm ki, ölkənin gözəlləşməsi, mədəni səviyyəmizin yüksəlməsi üçün insanlarımız heç cəhd də etmirlər (bura hər kəs daxil deyil,amma daxil olan kütlə bir xeylidir). Belə ki, daha evvələr zibil atmaq üçün qab tapa bilmədiyimiz halda indi qablar hər addım başı qoyulsa da insanlarda zibili qaba atmaq mədəniyyəti heç inkişaf etməyib.çox təəssüflər… yenə də biz ümid edək)))
Karizma
Bilirsiz necedir yeri gelse Istanbulda metro bizden sonra acilib.Amma gedin onlarin metrodaki hereketlerine baxin bizimkine baxin.Ona gore de esas merifet qanacaq insanin ozunde olmalidir.Men duzdu metroya demek olar ki minmirem.Amma indi yaxsi basa dusurem ki ele yaxsi eliyib minmirem ordaki dusuk insanlari gormurem
Zahid_GDMLI
belə qiymət artımı olsa metro gediş haqqında, əksınə ən səviyyəli brandlar satılacaq metro çıxışlarında :)
rdgr
yaxsi qafiyəli şərh olub)))

o can cana mahnisin men de bir esitseydim)))
Shabnam_Ilham
Maraqlı məqalədir… Metroda olan mənfi xüsusiyyətlər tam mənasıla ifadə edilə bilib. Təşəkkürlər :)
Aysel218
haqlisiniz...men ozum cox vaxt metroda kitab oxuyuram...basimi qaldiranda goruremki camaat ele baxirki mene ele bil xeste usag var :)
SABINA ZZ
Eladi cox beyendim,bele topiklere varam.bu insanlari tenqid etmeli ki,ozlerine gelsinler.Mirze Elekber Sabirden bir de gelmeyecek dunyamiza,amma onun yoluyla gencler getse,bele seyleri cox ifsa etmek olar
Niyaz
ƏƏƏ bir bir :D)) Bunu yazmağı unutmusuz))