5 tip avara
Bunlara dırnaq içində dahi də demək olar. Bu adamlar hər yerdə qarşımıza çıxa bilər. Bir məqsədləri var: qarşısındakını çərlədib, öldürmək. Əslində heç nə bilmirlər. Qəzetlərdə "siz bunları bilirsinizmi" başlıqlarını əzbər öyrənirlər. Kitabların özətlərini oxuyurlar.
- Seksual yalanlar
Bu əsasən kişilərə aiddir. Qadınlarla münasibətləri haqda uydurmalar qurmaqda peşəkardırlar. Bir dəfə salam verdiyi xanımla yatdığını iddia edir.- Beynəlxalq siyasətdən danışanlar
"Amerika İranı vuracaqmı?"... "Qarabağ məsələsində Rusiya və Amerika faktoru"... Bu adamların ən çox danışdıqları mövzulardır. Televiziya xəbərlərinə baxıb dünyada gedən prosesləri şərh etməyə çalışırlar.
- Söyüş söyənlər
Daş atmaq əvəzinə söyüş söyən insan ilk ağıllı insandır. Freyd belə deyib. Bəziləri əsasən Facebookda özünü təsdiq etmək, komplekssiz olduğunu göstərmək üçün söyüşlə, açıq-saçıq ifadələrlə danışırlar. Bunların ilk ağıllı insandan fərqi yoxdur.
- Maşınlı oğlanlar
Onları çoxsunuz görmüsünüz. Çoxunun "07" maşını var. Maşından düşəndə dar köynəyini düzəldir, açarı, siqareti, pul qabını, iki telefonu bir əlində tutur.
Müəllif:Elmin Həsənli
11 şərh
İkis düşür vıxodnoya.
super! elə qocalar var ki, -a bala, sən bilmirsen eyy, bu siyasət elə-belə şey deyül-, deyib təsbehlərini çevirirlər adamı gülmək tutur .
indi bilmirəm onların bu avara adamlara aidiyatı var ya yox.
burdakı avaralar düz təsvir edilib