Рейтинг
+213.09

346 saylı marşrut

90 üzv, 114 topik

Verilişlərimizin həmsəylik günü

İndi başlayacaqlar «hoppanmağa, qışqırmağa». Müğənnilərimizi və aparıcılarımızı deyirəm. Hərəsi boynuna bir zərli lent atıb bir-biri ilə həmr(s)əy olub bizi də həmrəyliyə səsləyəcəklər. Səviyyə yox, zövq yox, söz ehtiyatı yox, vicdan yox, senzura yox, dünyadan xəbərləri yox.

Bəlkə də artıq başlayıblar. Neçə ildi, yerli telekanallarımızın ucbatından nəinki televizora baxmıram, hətta televizor olan otağa keçməyə üşənirəm, elə bilirəm bu «qutu»nun qaranlıq ekranından indicə bir Elariz, ya bir Elgiz çıxacaq.

Amma hərdən, lap hərdən stomatoloqun gözləmə zalının divarından, gözəllik salonunun küncündən, saç ustasının güzgüsündən bizim verilişlər imkan tapıb bir beyin həmləsi yapırlar. Onda ki, nəinki pultun düyməsi, heç öz ixtiyarım özümdə, başım öz əlimdə olmur.
Davamı →

Ateist dinşünas

Tələbə vaxtı bir dinşünaslıq müəllimimiz vardı. Bu yaşlı qadın bizə qədər, yəni, ömrünün çox hissəsini elə həmin fakültədə elmi ateizmdən dərs demişdi. Bizim gəncliyimiz belə maraqlı hadisələrlə zəngindi. Keçid dövrünün keçidlərində yuvarlan-yuvarlana bu günlərə gəlmişik. Əslində, müəlliməmiz “ayıblı ayıbını bilsə, başına palaz bürüyər” aforizminə əməl etsəydi, heç bir narazılıq yaranmayacaqdı, amma o, özünü dinşünaslıq elminin banisi hesab edirdi. Məşhur “Pir” hekayəsində yalandan pir uydurub sonra ona and içən obraz kimi özü də əməlli-başlı dinşünas olduğuna, deyəsən, inanırdı.

İslam dininin tarixi ilə bağlı problemim yox idi. Amma bu qadının sovet dövründə dinimizə duyduğu gizli rəğbət yalanlarına inanacaq qədər axmaq deyildim. Yaxşı bilirdim ki, o, uzun illər elmi ateizmdən dərs deyəndə daha səmimi olub, o vaxt da tələbələrin anasını beləcə ağladıb. Sadəcə bu qadında vəziyyətə ildırım sürətilə uyğunlaşan buqələmun xisləti vardı. Bunu pərdələmək istəyi də məni qıcıqlandırırdı.
Davamı →

Maraqlı adlar - “Novruzəli” - sürətli poçt xidməti

Ölkədə yaranan yeni qurum və təşkilatlara ad tapmaqda çətinlik çəkirik. Hətta bu işin bəzi bürokratik əngəlləri də var. Misal üçün, qanuna görə dövlət tarixi-milli adların, etiketlərin və işarələrin istifadəsinə nəzarət etməlidir. Buna görə bəzi anlaşılmazlıqlar və problemlər ortaya çıxır. Bəs bu işi necə tənzimləməli? Sözü gedən sahə ilə məşğul olan insanlara kömək məqsədilə ədəbiyyatımızın ən məşhur ad və ifadələrindən istifadə edərək bəzi təkliflər irəli sürmüşük. Buyurub baxa bilərsiniz.


“Darıxma, düzəlməyəcək” – psixiatriya mərkəzi

“Qara paltarlı qadın” – gəlinlik dükanı

“Qəbrim damır, ağlama” – beton-konstruksiyalar zavodu

“Salam, dar ağacı” – taxta-şalban sexi

“Topal Teymur” – qaçış kursları

“Qılınc Qurban” – dəmir-dümür mağazası

“Şahbaz bəy” – xaricdə təhsil mərkəzi
Davamı →

Şoular vasitəsilə qurulan biznes

Nə mədəniyyət işçisiyəm, nə musiqişünas. Teatr və kinodan da bir o qədər başım çıxmaz. Televiziyaşünaslıqdan da uzağam. Amma mədəniyyəti də sevirəm, musiqini də! Teatr və kinomuzun hazırkı vəziyyəti ürəyimi ağrıdır. Xalqımı, milli-mənəvi dəyərlərimizi, ölkəmizin gələcəyi sayılan gəncləri çox istəyirəm. Millətimin imzasını daim imzalar içində görmək, mentalitetimizə sadiq qalmaq, gənclərimizi Qərb təfəkkürlü, amma Şərq əxlaqlı görmək arzusundayam. Bu qeydləri də adi Azərbaycan vətəndaşı, görüb susa bilməyən jurnalist kimi qələmə alıram!
Davamı →

Bel çəkdirmək. Cəfəngiyatla "müalicə"

Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.

Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", «ara həkimlər» təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə «həkimlər» sonsuzluğu yalnız bir üsulla «bel çəkdirməklə» müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona «bel boşluğu» diaqnozu qoyur. Bu diaqnozun «mənasını» soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və  ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin «zəif» olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, «yerinə qoyurlar». Bu cəfəngiyatdır.


Ardı →

“Stolkholm sindromu”

Bu günün azərbaycanlısı xalis fərdiyyətçidir. O qədər fərdiyyətçidir ki, əmindir — ona özündən başqa heç kim kömək etməyəcək.
Əmindir ki, heç kəsə inanmaq olmaz. İlk növbədə də dövlətə. Dövlət onu incidəcək. Qonşu aldadacaq. İş yoldaşı satacaq. Odur ki, əsl türmə qanunları ilə yaşa: “İnanma, istəmə, qorxma”. Doktrinaya çevrilmiş 3 kəlmə.
Və bu xüsusiyyətlərdə hamı yumruq kimi birdir. Elə bu fərdiyyətçilər də öz oxşarlıqları ilə ümumiləşərək özlərini xalq adlandırır.
Çoxdan bəllidir — totalitar rejimlərin özlərinə layiq də xalqları olur. Və bu rejimdə yaşayanlar üzərlərində dövlətin amansız presini
Ardı →

Virtual dünyanın xəstələri

Dünən  bir həkimlə tanış oldum. Konsertə getmişdim. Konsertdən sonra bir az pivə içmək qərarına gəldik. Həkimi pivə məclisinə bir şair dostum dəvət etmişdi. Söhbətimiz həmən tutdu. Həkim həm də musiqiylə məşğul olur. Qrupları var. Ürəkləri istəyəndə yığışıb azarlarını öldürürlər. Ədəbiyyatı yaxşı bilirdi. Yaxşı mütaliəsinin olduğunu hiss etdim. Həm də obyektiv adam idi. Artistlik etmirdi. Bu da söhbətin səmimi və maraqlı alınmasında vacib şərtlərdən biridi.   Məsələn, açıq şəkildə dedi ki, Pelevini o qədər də yaxşı başa düşmür. Həkim Tiflisdə özəl klinikaların birində çalışır. Bundan əlavə hansısa özəl məktəbdə də psixiatr, ya da psixoloq işləyir. Sözün açığı psixiatr və psixoloq peşələrinin fərqini hələ də öyrənə bilməmişəm. Bilmirəm hansı dərmanla müalicə edir, hansı söhbətlə. Qarışdırıram. Bir-iki dəfə dəqiqləşdirmişəm,  sonra yenə də yadımdan çıxıb. Bu kimi məsələlərdə özümü hədsiz dərəcədə yararsız adam hesab edirəm. Hələ də bilmirəm ki, günəş yerin ətrafında fırlanır, yoxsa yer günəşin ətrafında.
Davamı →

Birlik | Satirik hekayə

“Ay kişi, sür gedək də! Öldük ki… Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.

Bu giperpola mənbəyi adamın 23,25 yaşı olardı, çox əsəbi görünürdü. Əslində avtobusda əsəbi görünməyən adam yox idi və mən bu əsəbi adamların əsəbi baxışlarına özüm də bilmədən tədricən çoxdan alışmışdım. Bu əsəbi adamalrı hər gün işə gedəndə küçədə, avtobusda, metroda və hətta işdə də görürdüm. Hər gün! Axşam evə qayıdanda isə hər şey tərsinə olurdu...metro, avtobus, küçə, əsəbi baxışlar.

Təkcə evdən bayıra çıxmadığım günlərdə bu əsəbi baxışlardan gizlənə bilirdim.  Evimin divarları məni və ailəmi xroniki əsəb daşıyıcılarından qoruyurdu. Nə yaxşı ki, evimizin divarları var. Əslində hərdən qorxurdum ki, bu əsəbi adamların, aqressiyası, paxıllığı divarları da dəlib keçər, yuvama, ocağıma təcavüz edər.


Ardı →

Dostluq haqqında

Dostluq etmək insandan böyük bir qabiliyyət, mərifət, incəlik tələb edir. Dostluq etmək sənətin bir növüdür desək, heç bir mübaliğəyə varmarıq. Dost olmaq düşmən olmaqdan qat-qat çətindi. Dostu hazır olmadığı, ona yad sahədə imtahana çəkmək heç düzgün yanaşma deyil. Məsələn, bir nəfər gəlib desə ki, gedək filan yerdə adamlar var, onlarla dalaşaq, bu heç də düzgün söhbət olmaz. Əgər davadan qaçsam, dava etməkdən yayınsam, bu o demək deyil ki, dostluq etməyi bacarmıram. Məni davaya dartıb aparan adam başa düşməlidi ki, düzgün ünvana müraciət etməyib. Başa düşməlidir ki, dava adamı deyiləm.
Davamı →