Milli Azərbaycan toyu necə olur?
- Toyda tərəkəmə var, yanıq kərəm var, əli hasalı başı heçnədən çıxmayan ağsaqqallar var, şillağlayıb oynayanlar var, əhd edib düşük düşük ayağıyalın oynayanlar var.
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Zibillikləri və çörəyi qoruyaq:
Bəzən elə hadisələr, elə obyektlər, elə söhbətlər, bir sözlə elə düşüklüklər görürsən ki,bunları yazmasan ürəyin partlayar, tez qocalarsan. Aşağıda sizə təqdim edəcəyim şəkil bir çox düşüklükləri açıq-aşkar göstərir. Aşağıdakı şəkildə milli elementlərlə yanaşı müasir qərb mədəniyyətinin də simvolu əks olunub. Adətən zibilliklərə (gözə görünməyən, gözdəniraq yerlərin çoxu), hasarların ətrafına və s. kimi yerlərə “bura zibil atanın...(dudddd), ay hansısa heyvan və digər dəhşətli ifadələr həkk olunur. Aşağıdakı şəkil müasir məhlələrdən birində çəkilib.
Zirəddin Rzayev kimdir, nəçidir, nə işlərlə məşğul olur? Bu suallara aşağıda ətraflı cavab verməyə çalışacam. Deyilənə görə o, həm həkim, həm də gələcəkdən xəbər verəndir (əstafürillah). O asanlıqla pul qazanmağın yolunu tapan və ən əsası ona inanan (bəzən onu müqəddəs kimi qəbul edən) çoxlu kəmsavad, ağılsız, düşük ordusuna malikdir.
Xoşbəxt olmaq:(istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)
Adam xoşbəxt də olar bədbəxt də, ilk baxışda bu bütün dünyada olduğu kimi özünü göstərsə də, əslində buralardakı xoşbəxtliklər və bədbəxtliklər tamamilə fərqlənir, bu xoşbəxt və bədbəxt hislərin dünyada analoqu yoxdur. Buralarda adamlar özlərini bədbəxt hiss edəndə adətən təsəlli versiyası ortaya çıxır. Əvvəlcə ucundan qulağından bir neçə kəlmə xoşbəxtlik haqqında.
Yeni ödəmə sistemi: (istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)
Marşrut o qədər yazmalı mövzudur ki, bu haqda yazsan heç Drezden kitabxanasına da sığmaz. Hər gün olduğu kimi bu gün də marşrutda gördüklərimdən heyrətləndim, bir növ öyrəşsəm də, yeni yeni faciələrlə rastlaşıram.
Məzunlara ithaf olunur. (oxumaq məcburi deyil, oxuyub mənalı şərhlər yazın, düşük olmasın)
Son zəng həqiqətən yaralı mövzulardandır. Son zəngdə baş verən düşüklüklər heç də başqa sahələrdən geri qalmır. 11 ildə nə desən baş verir, bunların hamısını bir neçə cildli kitaba da yazsan bəs etməz. Çoxları məktəbə nə üçün, niyə, kimin üçün getdiklərini yaddan çıxarır. Çox vaxt müəllimlərlə və müəllimələrlə serial, futbol, hansısa müğənninin toy mərasimi və s. kimi məktəbə aid olmayan məsələlər dərindən müzkirə olunur. Müəllimlər şagirdlərlə keçmiş mədrəsələrdə olduğu kimi davranırlar. Məzunlıar bir növ döyüldüyü yerlərdən canlarını qurtarırlar. Buna görə sevinirlər, amma bəzi məqamlara görə kədərlənirlər, göz yaşları tökürlər. Bu siyahıya düşük mövzuların müzakirəsini ( yuxarıda göstərilib), sinifdən sinifə bluetoothlaşma əməliyyatlarını, məhəbbət dastanlarını, bir sözlə ağlınıza gələn bir çox düşüklükləri aid etmək olar. Keçək əsas məsələyə:
Nə qədər anlaşılmaz çıxsa da buralarda qızı tuturlar. Kim qız tuta bilmirsə, o, “nə gündəsən? Sən necə olacaqsan?” kimi ifadələrlə vurulur. Qız tutmaq üçün xüsusi, qoruqlar, yasaqlıqlar, mağaralar, və s. kimi yerlər mövcuddur. Qoruqlara “milli park” misal göstərmək olar. Ceyranlar, cüyürlər, dovşanlar, aslanlar, canavarlar, tülkülər oylağı olan bu milli park ANS-in incə maraqlar verilişinin aparıcısı Rövşanə Bektaşi demişcən gənclərin öz həyatlarının nicatını tapmasında xüsusi rol oynayır. Yasaqlıqlar sırasına harda polis varsa oranı əlavə etmək olar. Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır.
Bazar iqtisadiyyatı yarandığı gündən istənilən ekstermal şəraitdə satmaq bacarığı olan dəllallar, alverçilər, sırıyanlar, atanşiklər yaratdı. İstər istəməz bu qeyri-adi istedad sahibləri daha çox qazanmaq istəyi ilə gündən-günə daha da təkmilləşirlər, sırımağın yollarını öyrənirlər. Nə qədər öyrənsələr də yenə dar düşüncə ilə, keçmiş variantlarla sırıyırlar, amma bacarırlar.
Səid Hadeyə şillə vurur: