Рейтинг
+213.09

346 saylı marşrut

87 üzv, 111 topik

25 yaşlı qızı almazlar, çünki o qarıyıb

— Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq.
— Bir manat iyirmi qəpiyə almışam.
— Ola bilməz. Belə də ucuz qiymətə papaq olar?
— Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey… o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu.
Ardı →

Milli fal

Bir vaxtlar Rusiyanın müxtəlif bölgələrində bomjlar, əyyaşlar, sahibsiz uşaqlar görəndə fikirləşirdim ki, İlahi, görəsən, bizim ölkədə niyə belə insanlar azdır? İndi maşallah, artıq özümüzün milli evsiz-eşiksizlərimiz, əyyaşlarımız, tüfeyli uşaqlarımız var.
Dalğa-dalğa qiymətlər qalxdıqca, maşallah, inflyasiyanın səviyyəsi artır, öz soykökümüzə bağlı milli kasıb-kusublarımız getdikcə ölkəni bürüyür. Artıq özümüzün səksən faiz dövlətimiz, gerbimiz, bayrağımız, himnimiz, prezidentimiz, nazirlərimiz, neft kəmərimiz, milli bayramlarımız vardır, dönməzdir, əbədidir. Fikir vermişəm, bizim siyasiləşmiş qəzetimizi alanlar son səhifələrdəki ulduz falını oxuyub zibil qabına atırlar. Adətən, çap olunan ulduz falları milli deyil. Orada gah Çin falına, gah hind falına, gah yapon falına istinad edirlər. Əslində bizim özümüzün də ta qədimlərdən ulduz falımız mövcuddur. Sadəcə, biz onu unutmuşuq. Beləliklə, bu gün mən əsrlərlə yaddaşlarda yaşayan milli ulduz falımızdan söz açacağam. Bu yazıda müxtəlif milli ulduzlar altında doğulan insanların xarakterindən danışacağam.


Ardı →

Xalaoğlusu olmayan qızların qarıması

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.
Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.
Əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. “Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki. O boyda ev-eşik, cah-cəlal kimə qalacaq, əlbəəttə sənə”. Qız tərəfindən qohum-əqrəbanın qıza verdiyi öyüd-nəsihətdən bu da sizə bir cümlə!


Ardı →

Serialomaniya

-   Alo, nətərisən, ay Nəzakət, evdə-eşikdə nə var nə yox? Balalar necədi? Əsas balalardı.
-   Ağəz, çox sağ ol, sən soruşandan bəri yaxşıyıq. Sizdə nə var nə yox? Kişi neyləyir?
-   Əşi, kişidi dəə, sabah çıxır, axşam qayıdır, neynəsin yazıq? Bir tikə çörək dalınca qaçır, türklər demiş, əkmək qazanır. Bura bax, iki gündü işıqlarımız sönüb, o seriallara baxa bilməmişəm, Çakırın axırı necə oldu, öldürdülər onu?
-   Yox, ağəz, ağzını xeyirliyə aç, Çakıra noolub, hələ ki qıra-qıra gedir. Bir balaca Poladnan araları dəyib. Polad Cananı sevir axı, deyəsən. Çakırın da ona gözü düşüb.
-   Sən Ətağa, ağəz, mən heç Çakırdan belə şey gözləməzdim. Yaxşı deyir belə… Bəs Polad duyuq düşübmü?
Ardı →

Naynaninay

Çoxdandır ki yazı yazmağa da həvəsim ölüb, amma bəzən yaradıcılığın zirvəsində dayanan şeirlər, musiqilər, dialoqlar görəndə yazmamaq olmur. Bu xalqa baxanda ilhamlanmamaq olmur, adamın bloq yazmağı gəlir. Dünən metroda bir kişi öz uşağına burnunu dişlədirdi,burnunun dişlənməsindən xoşbəxt olan ata öz uşağını “nay nay nay…” deyirdi ki, birdə dişləsin. Mən ətrafdakı canlıların üzündəki yalançı təbəssümü görəndə onların yerinə utanıram. Kişi son dərəcə xoşbəxt idi, axı onun uşağı ayaqqabı cıra-cıra neçə il məktəbə gedəcək, onlar axı uşaqlarına birinci sinif sumkası alacaq və sumqaya şorqoğalı,alma, hətta soyuq havalarda uşağa soyuq olmasın deyə nimdər də qoyacaqlar. Uşaq məktəbi sms yaza-yaza bir gün bitirəcək, qız da tutacaq. Qıza maydan, yaşılbaş sona deyən gəncin həyatı başdan ayağa nay nay nay olaraq qalmalıdır. Sonra uşağın əsgər getməsi və gəlməsi sintizatorun müşaiəti ilə qeyd olunacaq. Bu valideyinin üzündəki bədbəxt təbəssümün pik nöqtəsi uşağının gələcəkdə toy gecəsi cinsi əlaqədə olmasına yönəlib. Axı onların ən böyük arzuları uşaqlarının toyunda ritmi “nay nay nay” olan bir mahnı oynamaqdır.


Ardı →

Azərbaycanlılar necə evlənir?

Camaat xalasıqızı ilə gərdəyə girməkdə israrlıdır. Tibb elminin qanunları, acı statistika onlara heç nə demir. Başqa vaxtı İranı bəyənmirik. Amma İranda istər yaxın qohumlarla olan nigahlarda, istərsə də başqa nigahlarda tibbi uyğunluq haqqında arayış tələb olunur. Amma Azərbaycan xalqı israr edir. Öz uşaqlarını evləndirməkdə israr edir. Bu məsələdə Azərbaycan hökumətinin günahı yoxdur.
Ardı →

Çaqqal, Tülkü və Tovuzquşu

Günlərin bir günü Tülkü ilə Çaqqal çata girib gözəllərlə erotik söhbətlər eləyirdilər. Çaqqal gözəl bir Tovuzquşu ilə tanış oldu. “Nizami” metrosunun qabağında görüş təyin elədilər. Çaqqal öz “Jiquli”si ilə görüş yerinə tələsirdi.
Bu zaman yol polisi onu yüksək sürətə görə saxladı. Çaqqal polisə yalvardı ki, onu şöbəyə aparmasın, sevgilisi ilə görüşə tələsir. Polis onun tələsdiyini görüb “stavka”nı bir az da qaldırdı. Polis gördü ki, Çaqqal onun istədiyi pulu verir, başladı ayrı bəhanələr sadalamağa: “Sürətin pulunu verdin, bəs kəməri niyə boğazına çəkməmisən?”
Çaqqal cibinə əl ataraq pulun üstünə bir az da əlavə elədi. Polis gördü ki, cavan Çaqqal həriflik eləyir, tez ondan təcili yardım qutusunu da tələb elədi. Çaqqal yenə bir qədər pul çıxarıb onun ovcuna basdı. Polisin gözü doymadı, Çaqqala dedi ki, bəs karbüratorun nasazdı, ekologiyanı korlayırsan.

Ardı →

Ələmdən nəşəyə

Demək, günlərin bir günü dovşanlar canavarı şübhəli, vəhşi qismində maşına basıb aparırlar öz şöbələrinə. Şöbədə onun ciblərini yoxlayırlar. Ciblərindən siqaret, alışqan, cib yaylığı, eynək, bir-iki manat pul, bir də sellofana bükülmüş ağ şey çıxır. Dovşanlar qışqırışırlar ki, bu ağ şey nədir? Olmaya narkotik alverçisisən? Canavar cavab verir ki, mənim cibimdə elə şey olmayıb, onu mənim cibimə maşında dürtübsünüz. Dovşanların hərəsi bir tərəfdən onun üstünə qışqırır ki, əəə, qurd-qurd danışma, zibilinə yiyə dur! Canavar başa düşür ki, artıq onu şantaj eləyirlər, demək, türmə!canavar və dovşanNə isə, bağlamadakı şeyi ekspertizadan keçirirlər, sən demə, canavarın cibindən çıxan düz 10 qram heroin imiş. Məhkəmə, hay-huy… Dovşanlar yığılıb canavara məhkəmə qururlar, ona xeyli iş kəsirlər.
Aradan bir müddət keçəndən sonra qonşu tayfanın canavarı dovşanlara ismarıc göndərir ki, canavarı azadlığa buraxın, o, narkotik alverçisi deyil. Sizdən fərqli olaraq, o heç heroinin nə olduğunu bilmir. Dovşanlar razılaşırlar, ancaq canvarların qabağına şərt qoyurlar ki, gərək içəridəki canavar əfv komissiyasına yalvarıcı bir ərizə yazsın. Məsələn, ərizənin məzmunu təxminən belə olsun: «Hörmətli dovşanlar, mən bir müddət dəmir barmaqlılqlar arasında həyat sürdüm. Bu müddət ərzində xeyli ağıllandım, yəni sizin sözlərinizlə desək, islah olundum. Vax vardı, doğrudan da, yolumu azmışdım, şeytan məni aldatmışdı. Belə ki, narkotik maddələrlə şıdırğı alver edirdim. Söz yox ki, özüm də heroin kullanırdım. Kullandıqdan sonra kayfım gəlirdi və dovşanların əleyhinə qafiyədə ucadan ulayırdım. Özü də ay bədirlənəndə elə ucadan ulayırdım ki, şenlikdə heç kim yata bilmirdi, hamı siz dovşanlara nifrət eləyirdi. Bir sözlə, mən öz səhvlərimi boynuma alıram, xahiş edirəm, məni əfv edəsiniz, məni yuvamdakı balalarıma bağışlayasınız. Məni azadlığa buraxsanız, ulamaq nədir, heç zingildəməyəcəm də».
İçəridəki canavar dovşanların şərtinə qulaq asdıqdan sonra onlara belə deyir: «Gedin, canavarla dovşanı səhv salmayın!» Təmsilimiz burada bitdi. Qoy birini də danışım. Bir gün meymun tutuquşu ilə rastlaşır. O, tutuquşudan soruşur… Bağışlayın, vaxtımız burada tamama yetdi.
Digər təmsillər: Çaqqal, Tülkü və Tovuzquşu
Müəllif: Murad Köhnəqala

Çe Gevera və bizim ziyalılar

ABŞ əsgərləri gülləylə həlak etdikləri komandante Çe Gevaranın əlini kəsir, (guya barmaqlarının izini götürmək adı ilə) meyidini görk üçün üç gün açıq havada saxlayır, onu basdırdıqdan dərhal sonra qəbrin üzərini asfaltlayırlar. Sonradan inqilabçının asfaltlanmış qəbrinin üstündə aeroport ucaldılır. Ancaq Çe Geveranın qəhrəmanlığını basdırmaq mümkün olmur.
Bu gün hətta Azərbayan kimi etiraz ruhu öldürülmüş bir məmləkətdə Çe adı çəkiləndə qəlbi riqqətə gələnlər varsa, demək, onun haqqında deyilənlər gəlişi gözəl sözlər deyil.
Ardı →

Azərbaycanlılar

Azərbaycanı Absurdistan adlandırdanlar çoxdur. Mən bunu belə  izah edərdim. Azərbaycanda sovet dövründə bir nəsil yetişib, azdan-çoxdan kitab çap olunub, teatrlar açılıb, operalar, baletlər yazılıb. Amma  bütün bunlar xalqın son nəticədə maariflənməyinə gətirib çıxarmayıb. Müstəqillik qazanılan kimi Azərbaycan xalqı illərdir həsrətini çəkdiyi baloğlanəşrəfovlara, namiqqaraçuxurlulara qovuşdu. Amma rus nəfəsi dəymiş və müstəqillik dönəmində meydana çıxmış yeni bir nəsil var ki, bu nəsillə kütlə arasında uçurum var. Bu uçurum dünyanın heç bir ölkəsində yoxdur.
Azərbaycanın mövcud hakimiyyəti də məhz Azərbaycan xalqının hakimiyyətidir. Buna heç bir şübhə ola bilməz. Bəzən su gəlməyəndə, qaz kəsiləndə yolu-zadı kəsirlər, etiraz bildirirlər. Adam sevinir ki, nə yaxşı bunlar da qalxdılar.
Ardı →