RUM haqqında bilgi

(32) RUM -- Geniş ölkədir. Ən gözəl və bərəkətli diyardır, çoxlu nemətləri, möcüzələri var. Buranın suyu ən dadlıdır,havası ən sağlam, torpağı isə ən münbitdir. <cut>

Onun xüsusiyyətlərindən -- heyvanlarından aldıqları məhsuldur və firavanlıqdır. Əhalisi müsəlman və xaçpərəstlərdir.Buranın qışı elə soyuqdur ki, su buza dönüb daş kimi olur.Rumun əhalisi beşinci və altıncı iqlimin qərbində yaşayır.

Soyuğa görə bu ölkə əhalisinin çoxunun dərisi ağ və saçları sarışındı.Ləzzət və şadlıq əhalinin əsas zövqüdür, çünki Rum ölkəsi Zöhra ulduzunun altındadır.Xüsusiyyətlərindən biri də burada dəvələrin olmamasıdır. Dəvələr burada balalamırlar.

Rumun əhalisi öz çarlarının, hakimlərinin və rahiblərin şəkillərini çəkirlər və onlar öləndən sonra bu şəkillərdə təsəlli tapırlar. Onlar rəssamlıqda elə mahirdirlər ki, insanın şəklini gülən, ağlayan, şən və kədərli vəziyyətdə də çəkə bilirlər.

Orada olan Ustan dağının ortasında dağ keçidinə bənzər bir yer var.Buradan keçənlər üçün burada yaşayış yerləri var. Yoldan keçənlər pendir- çörək yeyir və buna görə yolun əvvəlindən axırınadək onu buradakı itlər dişləmir, başqalarını isə dişləyirlər.İtlər pendir-çörək yeyənlərin ayaqlarının arasından keçib onlara heç bir xətər yetirmirlər. Bu məlum şeydir.

Aqşəhərlə Antakiyanın arasında atəş mənbəyi var və əgər onun içinə qamış parçası atsan, o alışar. Bu barədə sultan Əlaəddinə xəbər verirlər, o da inanmayıb əmr edir ki, bunu yoxlasınlar. Yoxlayıb görürlər ki, düzdür.

Mənbə: Abidələrin Xülasəsi və Qüdrətli Hökmdarın Möcüzələri -- Əbdürrəşid əl-Bakuvi

Qeydlər: RUM - Kiçik Asiya yarımadası

sultan Əlaəddin - Əlaəddin I Keyqubad -- Rum səlcuq sultanı (1219-1236)
 

0 şərh