Fikirlər

Hər bir insan müəyyən bir hərəkətə keçməzdən  əvvəl həmin hərəkət haqqında onda ilk əvvəl fikir yaranır və formalaşır. Hər birimiz ilk dəfə günah etməmişdən əvvəl o günahı etmək haqqında bizdə fikir formalaşır. Əgər bu fikrin qarşısınıı kəsib özümüzdən uzaqlaşdırsaq demək biz güclüyük. Əgər həmin fikir bizdə davam etsə və həmin fikrin davamına mane olmasaq o fikir hərəkətə və sözə keçəcək. Bizdə yaranan pis fikirlərin qarşısını kəsmək üçün dərhal həmin fikrin bizə düşmənimiz tərəfindən gəlməyinin fərqində olmalıyıq. O fikri özümüzdən rədd etməlyik. Əgər rədd etməsək fikir bizi günah sözə və günah əmələ aparacaq. Məsələn birdən bizim içimizdə belə bir fikir yaranır ki, siqaret çəkək. Sonra bu fikir bizdə tədricən davam edir və bizi narahat etməyə başlayır. Əgər ilk addımda bu fikiri rədd etməsək, həmin fikir bizim qəlbimizdə yetişməyə başlayacaq. O qədər yetişəcək ki, biz artıq o fikiri hərəkətə keçirəcəyik. Ona görə də unutmayaq bu cür günah və pis fikirlər bizə düşmənimiz şeytan tərəfdən gəlir və biz dərhal bunu dərk edib onu özümüzdən rədd etməlyik. Əgər rədd etməsək, onda düşmənimiz bizi tovlayıb yoldan çıxaracaq. Düşmənimizin şərrindən Allaha sığınırıq. Gəlin ehtiyatlı olaq və bütün pis fikirləri və hərəkətləri özümüzdən uzaqlaşdıraq.

4 şərh

fidan
Abusaleh, keçən dəfə də deyildi. Teqləri çox yazmayın. Kimsə möhkəmlik teqi ilə yazı axtarsa sizin məqalənizi orda axtarış nəticəsində tapsa sevinməyəcək. Az olsun,yaxşı olsun prinsipinə əməl edin.
Arzt

Bir sözlə nəfsimizə qarşı səbrimizi silah etməliyik.Pis bir fikir yarananda səbr etməklə bizi üstələmək və bu pis fikri əmələ çevirməmizi gözləyən şeytana qalib gəlməliyik.Bu da ilk öncə Allah sığınmaqla olur.


 

Zərrə
Elədi Arzt, haramlara qarşı səbr etməliyik. Bu haramlar bilirsən nəyə bənzəyir?
Məktəb vaxtında idmandan yarışlarımız olurdu, hündürlüyə tullanmaq üçün məşq edirdik. Təzə-təzə müəllimimiz hündürlüyü daha az olan bir baryer qoyurdu önümüzə, məşq eləyə-eləyə onu keçməyi öyrənirdik. Sonra daha hündürünü qoyurdu ki, daha hündürə tullanmağı öyrənək, onu da keçə biləndən sonra, qabiliyətimizi daha da artırmaq üçün daha böyük baryer qoyurdu...nəticədə onları aşa bilən (səhv eləmirəmsə üç baryer idi) hündürlüyə tullanma qabiliyətini cox gözəl inkişaf etdirmiş olurdu.

Hər bir insanın mahiyətində bir toxum kimi cox gözəl, mükəmməl xüsusiyətlər, istedadlar, qabiliyətlər yerləşdirilib. O toxumu inkişaf etdirib ağaca çevirmək üçün prosedurlar lazımdı.

Əslində qarşımıza çıxan hər bir maneəni, hər bir baryeri,hər bir haramı dəf etdikcə mənəvi qabiliyətlərimizi inkişaf etdirmiş, insana layiq kamillik dərəcəsinə yaxınlaşmış oluruq. Yəni haramlar, çətinliklər zahirən çirkin görünsə də, əslində bizim inkişafımıza qulluq edirlər. Çünki insanın tərəqqisi çətinlikləri dəf etməklə olur. 

İnsandakı şüur göstərir ki, bu dünya imtahan meydanıdı, biz isə öyrənərək, çalışaraq əbədi səadətə layiq kamil insan olmaq üçün yaradılmışıq. Əlbəttə ki, ən dəyərli şeylərin qiyməti daha yüksəkdir. Yoxsa gözümüzdən düşər. O halda, bizim üçün ən qiymətli olan və bütün varlığımızla istədiyimiz Cənnət heç ucuz ola bilərmi?
fidan
Ən maraqlı kommentlərdən biri,həvəslə oxudum.