Azan

Azan – lüğətdə “bildirmək” deməkdir. Şəriətdə; namaz vaxtını xüsusi bəzi sözlərlə deməyə azan deyilir. Azan hicrətin birinci ilində Mədinədə tədbiq olunmuşdur. Əslində Azanın Məkkədə tədbiqata başlandığını deyənlər də vardır. İçərlərində Həzrəti Ömər olmaqla bərabər bir çox səhabə yuxularında göydən bir mələk enərək əzanın sözlərini onlara öyrətməsi haqqında rəvayətlər vardır. Azan dinin əsaslarından və şüarlarındandır. Hökmü qüvvətli sünnətdir. Vacib deyənlər də vardır. Çünki İmam Məhəmməd (135-189); “Bir yerdə əhalisi azan ilə iqaməti tərk etsələr onlarla hərb aparılmalıdır” demişdir. Hərb ancaq vacib tərk edildiyi vaxt icra olunmalıdır. Camaat namazını tərk edən adam üçün də hərb elan oluna bilər. Amma bunun şərtləri vardır. Bəs onda bizim bu qədər namazı tərk edən yaxınlarımız var, onlara necə davranaq. Bəzən öz ailəmizin üzvünə belə namazı əmr etməyi unudur, yaxud səhlənkar yanaşırıq. Allah bizi bağışlasın. Amin!

İbn Həcər əl Əsqalani “Büluğul Məram” adlı əsərində Azan fəslinə geniş yer vermiş və ən mötəbər hədisləri orada dəlil olaraq gətirmişdir. Ən maraqlı hal, həmçinin bizim söhbət açacağımız mövzu iqamənin sözlərinin tək-tək oxunması, azanın sözlərinin isə iki-iki oxunmasıdır. Bu rəvayətləri biz qeyd etdikdən sonra artıq insaf və ədaləti müsəlmanların öz öhdəsinə buraxacağıq. Çünki bu gün məscidlərimizin bir çoxunda Azan və iqaməyə əlavələr, həmçinin iqamənin iki-iki oxunmasımı, yoxsa tək-tək oxunmasımı haqqında mübahisələr var. Bu mübahisələr əsasən bu barədə həqiqətin nə olduğunu biməməkdən, təqlidə meyl etməkdən irəli gəlir. Əsl həqiqət isə təqliddən əvvəl Allah rəsulunun və səhabələrinin yolunu tutmaqdır. Sən o zaman başqa bir alimə təqlid edə bilərsən ki, həmin məsələ barəsində Allah rəsulu və səhabələr nəsə deməyiblər və ya etməyiblər. İqamə məsələsində də təqlidi atıb Allahın rəsuluna tabe olmalısan. Ən doğru mövqe budur.

Əkrəm Həsənov.

0 şərh