Orientalistlərin məqsədi

“Atalarımız bizә geniş ölkәlәrlә birlikdә azadlıq vә istiqlalı әmanәt ediblәr. Bizim vәzifәmiz onları qorumaqdır vә adi bir ömür üçün onları fәda edә bilmәrik. Döyüşçülәrin taleyi ölümdür, bunu hamı bilir. Biz ölsәk dә qәhrәmanlığımızın şanı yaşayacaq, uşaqlarımız vә nәvәlәrimiz digәr xalqları öz hökmranlıqları altına alaraq onların bәyi olacaqlar. Çiçi Xaqan İ.Ö.41-ci il”
Seyfəddin Altaylı
“Türk xalqı yüzillәrdәn bәri azad vә müstәqil yaşamış, istiqlalı hәyatın әn ümdә prinsipi kimi qәbul etmiş bir qövmün qәhrәman övladlarıdır. Bu millәt istiqlalsız yaşamamış, yaşaya bilmәz vә yaşamayacaqdır. Atatürk” XX əsr.
Yuxarıda iki tarixi şәxsiyyәtin azadlıqla bağlı fikirlәrini tәqdim etdim. Çiçi Xaqan Hun dövlәtinin hökmdarıdır vә eradan öncә vәtәn vә millәt anlayışının o çağda nә anlama gәldiyini dilә gәtirib. Aradan iki mindәn artıq il keçdikdәn sonra Atatürk hәmin anlayışı dilә gәtirib. Aydın görünür ki, türk tarixindә davamlılıq prinsipi daim yaşayıb vә yaşayacaq.
Alman alimi Otto Franke, “Bәş cildlik Çin tarixindә Mәtәyә baxdıqca Osmanlıları xatırlayıram” — deyib. Yәni Hun dövlәtinin xaqanları ilә Osmanlı vә Türkiyә Cümhuriyyәtinin banisi Atatürkün millәt vә vәtәn anlayışındakı düşüncәsi әsla dәyişmәyib.
Türklәr heç vaxt ayrı bir dövlәtin hakimiyyәti altında yaşaya bilmәdiklәrindәn, vәtәn vә millәt sevgisini vә onların yön verdiyi dövlәtçilik anlayışını tarix boyu davam etdirdiklәrindәn düşmәnlәri dә çox olub. “Barlı ağaca daş atan çox olar” deyib atalar. Türk millәtinin düşmәnlәrinin içindә isә qәrb dövlәtlәri başda dayanır. İngiltәrә, Fransa, Almaniya vә İtaliyanın başını çәkdiyi bu dövlәtlәr oriyentalizm (şәrqçilik) adlı bir ideya yaradıblar. Bu fikrin әsas mәqsәdi Türk millәtini tarixdәn birdәfәlik silmәkdir.
Fransada 1694-cü ildә çap olunan bir lüğәtdә Türk millәti üçün bunlar yazılmışdır: “Kobud, amasız, insafsız. Müsәlman olmaq Türk olmaqdır. Ağacların qabığı vә oduncuğu arasına girib onun suyunu әmәn kiçik qurda da Türk deyilir. Fransızların dünya miqyasında tanınmış vә bizlәrin dә sevә-sevә әsәrlәrini oxuduğumuz Victor Hugo da Türklәr üçün bunları deyib. “Qatil Osmanlı imperiyasından yaxamızı qurtaraq. Fanatizmin vә despotizmin sәsini kәsәk. Әlindә qılıncla dolanan boş inamların vә doğmaların silahlarını sındıraq”.
Provaslavlığı yaradan alman nəsəbli keşiş Martin Luther (1483-1576) türkün tanrısı şeytanı mәğlub etmәdәn, Türkü mәğlub etmәk asan olmayacaqdır. Tanrı saysız hesabsız günah işlәndiyinә vә nankorluğa görә, türklәri almanların başına bәla etmişdir. Bir Türkü öldürәn vicdan әzabı çәkmәmәlidir, әksinә, xristianlığın düşmәnini mәhv etdiyinә görә sakitlәşmәlidir. Fransız filosof Voltaire Osmanlı-Rus müharibәsi gedәrkәn Rusiya çariçası II Katerinaya yazdığı mәktubunda bunları demişdir: “Ali majestәlәri, Türklәri öldürәrәk mәnә tәzәdәn hәyat bәxş edirsiniz. Siz Avropanın gücünü aldınız. Türk
dilini vә onu danışanları Avropadan sürüb çıxarmaq gәrәkdir. Bәşәriyyәtin iki böyük bәlası vardır, birincisi taun, ikincisi dә Türklәrdir”.
İngiltәrәnin baş naziri William Evart Gladstone 1876-cı ildә Avam palatasında çıxış edәrkәn, yanında götürdüyü “Qurani-Kәrimi” göstәrәrәk, “Türklәr mәdәniyyәtsiz bir irqdir. Bu lәnәt kitaba inananlar olduqca Avropaya sülh gәlmәyәcәkdir. Türklәr pisliklәrini dә götürüb Kiçik Asiyadan Orta Asiyaya getmәlidilәr” — demişdi.
Yüzillәrdәn bәri xristian qәrbin bizә qarşı olan rәftarında hәr hansı dәyişiklik olmayıb vә olmayacaqdır. Bunlar “insan hüquqları”nı dillәrindәn salmırlar, ancaq onların anladığı insan hüquqları yalnızca xristianların mәnafelәridir. Çünkü biz onların insanları sömürmәsinә mane olmuşuq, oluruq vә olacayıq. 1978-ci ildә dünyasını dәyişәn Keniyanın ilk baş naziri Jomo Kenyatta, “Hristianlıq Afrikaya gәldiyindә bizim torpaqlarımız, onların da İncillәri vardı. Xristianlar bizә gözümüzü yumub dua etmәmizi söylәdilәr. Biz dә gözümüzü yumduq vә dua etdik. Gözümüzü açdığımızda onlar bizim torpaqlarımızı almışdı, biz dә onların incilini”. Türkiyә bu gün xristianların Afrika qitәsini daha artıq sümürmәyә imkan vermәdiyinә görә, başda Fransa olmaq şәrtilә tamam ayağa durub.
Fransa senatının yaratdıqlarını iddia etdiklәri dırnaqarası ermәni separatizmini tanıdığını elan etmәsi yalnızca hayların hüququnu qorumaq deyildir. Onlar Azәrbaycanla Türkiyә arasında hәr hansı fәrq qoymurlar, Türkiyәyә dişlәri bata bilmәdiyinә görә, onun acığını guya Azәrbaycandan almaq üçün bu addımı atıblar. Atalarımıza Allah rәhmәt elәsin, “İt hürәr, karvan keçәr” – deyiblər. Bunların tamamı orientalistdir vә bu fikrin әsl mәqsәdi dә Türk millәtini bir dәfәlik mәhv etmәkdir.
Azәrbaycan Ordusunun qәhrәmanlığına mane ola bilməyәn imperialistlәr separatizmin balaca bir dırnaq yerini sonraya buraxmaq vә istәdiklәri anda ondan istifadә etmәk mәqsәdilә sülhün yaranmasında guya rol aldıqlarını irәli sürüb oyun çıxardıqlarını zәnn ediblәr. Ancaq o körpülәrin altından çox sular keçibdir.

Xalqımız bunların dәbbağda gönünә bәlәddir…
 
 
Müəllim: Seyfəddin Altaylı
Mənbə: adalet.az

0 şərh