Рейтинг
+32.21

Adını sən qoy!

10 üzv, 46 topik

Bədən uyuşmazlığı nədir?

Mütəxəssislər cütlüklərdə bədən uyğunsuzluğu, onun səbəbləri və nəticələri ilə əlaqədar məlumatlar verirlər.
Həyat yoldaşlarının bir birindən birtərəfli və ya qarşılıqlı olaraq digərinin bədənindən həzz almaması və ya xoşlanmaması vəziyyətinə «bədən uyuşmazlığı» deyilir.
Bədən uyuşmazlığı yalnız əlaqənin başında yaşanan bir şey deyil, sonradan da meydana gələ bilər. 
Vasitəçiliklə baş tutan evliliklərin hələ də olduğu cəmiyyətimizdə ilk gecə belə bu sürprizlə qarşılaşılması mümkündür. Cinsi həyatın sağlam yaşana bilməsinin ilk şərti həyat yoldaşların uyğunlaşmasıdır. Ruhi və fiziki olaraq uyğun olan cütlərin əlaqələri sağlam olar.


Davamı →

Sərxoş insanlar niyə fərqli davranırlar?

İçki şəxsiyyəti dəyişmir, sən demə, əslində olanı ortaya qoyurmuş. Britaniya mətbuatında bu haqda maraqlı bir fakt dərc olunub. “The Telegraph”ın yazdığına görə, alimlər araşdırıb ki, alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir. Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb. Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert — yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar. Yazıda həmçinin qeyd edilir ki, sərxoşluq əslində adamların şəxsiyyətinin “ucadan ifadə olunmuş” versiyasıdır. Beləliklə də insan sərxoş olarkən başqa adama çevrilməsinə dair inam əsassızdır.

Bunun səbəbi

Davamı →

APELYATİVİ ARXAİKLƏŞMİŞ ŞƏXS ADLARI

Bildiyimiz kimi, dil ictimai hadisədir. Cəmiyyətlə birlikdə yaşayan dilin inkişafı da cəmiyyətlə əlaqədardır. Cəmiyyətdə müəyyən ictimai-siyasi, iqtisadi əlaqələrin dəyişməsi, bir sıra sahələrdə baş verən yeniliklər, elmin, texnikanın, mədəniyyətin inkişafı ilə əlaqədar dilin lüğət tərkibində daim bir dəyişmə, yeniləşmə müşahidə edilir.

Davamı →

Titullar və adlardan yaranmış mürəkkəb şəxs adları

Azərbaycan şəxs adları sistemində titullarla adların birləşməsi ilə əmələ gəlmiş kifayət qədər mürəkkəb antroponim mövcuddur. Məlum olduğu kimi, müasir Azərbaycan antroponimik vahidlər sistemində bir sıra apelyativi arxaikləşmiş titullar həm müstəqil ad kimi (məsələn: Ağa, Alp, Xanım, Nəim və s.), həm türk mənşəli saf antroponimlərin (Xanbaba, Ağaqardaş, Ağada-dayı, Poladxan, Bikəxanım və s.) tərkibində, həm də hibrid ant-roponimlərin (Ağabəşir, Ağaqurban, Ağazəki, Məhəmmədağa, Əlixan, Gülxanım, Sultanxanım, Şahbəyim və s.) tərkibində işlənməkdədir. Azərbaycan antroponimikasında bu qəbildən olan həm kişi adları, həm də qadın adları mövcuddur.
Davamı →

Parlaqlıq, işıqlıq və s. anlayışları ifadə edən sözlər əsasında yaranmış şəxs adları

Bildiyimiz kimi, əsatirlərimizdə, əfsanə, nağıl və rəvayətlərimizdə, eləcə də digər xalq ədəbiyyatı janrlarında, inanclarımızda nur və işıqla bağlı hadisələr, əhvalatlar kifayət qədər-dir. Qədim türk dastanlarından məlum olduğuna görə, göylər və yerlər meydana gəldikdən sonra ilk növbədə nur mənbələri olan Günəş, Ay və ulduzlar yaradılmışdır. Bunlar həm də qədim türklərin inam yerləri, totem olmuşdur. Qədim türklərdə bunlar hər üçü şəxs adı olmuşdur.

Davamı →

Bədii əsərlərdəki surətlərin adlarından formalaşmış şəxs adları

Məlumdur ki, bədii əsərlərdə digər onomastik vahidlər kimi, şəxs adları bütövlükdə əsərin ideyasına, süjet xəttinə, hadisələrin inkişafına xidmət edir. Əsər müəllifi ad seçərkən çox zaman, əsasən, yaşadığı dövrün, mühitin səsinə qulaq asır. Çünki şəxs adları dildə mövcuddur, həmçinin xalqın tarixi də bu və ya digər şəkildə məhz dildə öz əksini tapır. Sənətkar çox zaman ad seçimində obraza çox ehtiyatla yanaşır, obrazın xarakterinin hərtərəfli açılmasında şəxs adlarından bir üsul kimi istifadə edir, obrazları adlandırarkən, əsasən, onların leksik mənalarına fikir verir. Əsərdə surətlərin tutduğu mövqe, yazıçının surətlərə olan şəxsi münasibəti, eləcə də bir sıra digər amillər şəxs adlarında öz əksini tapır. Yazıçı surəti mənfi, ya müsbət cəhəti təmsil etdiyinə görə adlandırır.

Davamı →

SAYLAR ƏSASINDA YARANMIŞ ŞƏXS ADLARI

Dilimizin şəxs adları sistemində saylar əsasında formalaşan şəxs adları da yer almışdır. Bu sıradan olan şəxs adları 1 rəqəmi, tək, yaxud birinci, ilk sözləri əsasında formalaşmışdır. Bir əslində say sistemində rəqəmlərdən biridir, saymağa bu rəqəmlə başlayırıq, yəni başlanğıc rəqəmdir.

Davamı →

Gözəllik anlayışları ilə əlaqədar şəxs adları

Məlum olduğu kimi, gözəllik anlayışı çox geniş mənaya malikdir və özünü xalqın həyat hadisələrinə, insana münasibətində təzahür etdirir. Gözəllik anlayışı xalqın estetik idealı, ülvilik, qəhrəmanlıq kimi xüsusiyyətlərlə sıx əlaqədardır. Gözəllik haqqında anlayışın məzmunu və qiymətləndirilmə dərəcəsi, əsasən, xalqın estetik idealı ilə əlaqədardır. Etnoqrafiyamızda şəxs adlarının gözəl olması, gözəl səslənməsi həmişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antroponimikamızda semanti-kasında gözəllik, incəlik, saflıq, igidlik, mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın adları formalaşmışdır.

Davamı →

Peşə-sənət, vəzifə adlarından formalaşmış şəxs adları

Dünya xalqlarının hər birinin şəxs adları sistemində peşə, sənət, vəzifə adlarından formalaşmış antroponimlər mövcuddur. Bu qəbildən olan şəxs adlarının əksəriyyəti erkən dövrlərlə səsləşir. Çox zaman da qədim peşə və sənət sahələri sıradan çıxır, yalnız folklor nümunələrində rast gəlinir, eləcə də şəxs adlarında yaşayır.

Davamı →

Qohum-əqrəbalıq anlayışları ilə əlaqədar şəxs adları

Məlum olduğu kimi, erkən dövrlərdən qohumluq münasibəti bildirən sözlərlə əsl şəxs adlarının yaradılması türk şəxs adları sistemində xüsusi yer tutmuşdur. Bu tip antroponimlərin motivləşməsində hörmət, əzizləmə, emosional müraciət və s. xüsusiyyətlər əsasdır. Antroponim yaradıcılığında qohumluq münasibəti bildirən sözlər daha çox titullarla birlikdə ad yaradıcılığına cəlb edilmişdir ki, bu da əksər titulların yüksək təyinatı ilə bağlıdır.

Davamı →