Qızın anaya məktubu

15 yaşlı qız evdə deyildi. Anası onun otağına girdi və ürək döyüntüsü ilə stolun üstündəki məktubu gördü. Məktub qızından idi və anasına ünvanlanırdı. Titrək əlləri ilə anası məktubu götürdü və oxumağa başladı:
Əziz Anam...
Bağışla məni... Xahiş edirəm... Çünki mən öz yeni sevgilim - Əhməd ilə getməyə qərar verdim.
Mən onu çox sevirəm. O, öz tatuları və pirsinqləri ilə çox gözəldi. Hələ motosiklini demirəm... Amma bu hələ hamısı deyil. O, mənə deyir ki biz birlikde cox xoşbəxt olacayıq.
Onun meşənin dərinliyində 1 evi var. Ora çox gözəldi. Yeri gəlmişkən biz marixuandan da istifadə edəcəyik. Deyə bilərsən hardan?! Əhmədin dostları hər gün bizimlə qalacaqlar bunun əvəzində onlar bizi marixuanaya qonaq edəcəklər...
Anacan xahiş edirəm mənimçün narahat olma.
Mənim artıq 15 yaşım var və mən artıq özüm öz qeydimə qala bilərəm. Mən nə vaxtsa sənə baş çeəkməyə gələcəyəm ki sən öz nəvələrini görəsən. Sənin SEVİMLİ qızın..

P.S: Anacan! Mən düzünü yazmadım. Mən əslində qonşudayam. Mən sadəcə sənə demək istəyirəm ki, həyatda gündəliyimdə olan qiymətlərdən də pis şeylər ola bilər...
 

0 şərh