Oksitosin hormonu

Oksitosin hormonu uşaqlığın saya əzələ liflərinin və süd vəzisi alveollarının əhatə edən mioepitelial hüceyrələrin yığılma qabiliyyətinin stimulyasiyası ilə əlaqədardır. Oksitosin bu orqanlarda spesifik surətdə birləşmək qabiliyyətinə malikdir.

Bu birləşmə xüsusi reseptorlar vasitəsilə həyata keçirilir. Bundan əlavə böyrəklərdə və hipotalamusda da oksitosin hormonu aşkar edilmişdir.

Manqan və maqnezium ionları oksitosinin orqanizmdə müvafiq reseptorlarla birləşməsini artırır. Uşaqlıq əzələsinin oksitosin vasitəsilə stimulyasiya edilən ritmik yığılmaları doğuşun normal keçməsini təmin edir.

Oksitosinin bu prosesə stimulyasiyaedici təsiri mühitdə prostaqlandinlərin də olmasından asılıdır.

Müəyyən edilmişdir ki, hamiləliyin sonu yaxınlaşdıqca qadın orqanizmində həm oksitosinin sekresiyası, həm də uşaqlıqda və süd vəzilərində olan oksitosın reseptorlarının miqdarı artır.

Doğuşdan 10-14 gün sonra zahı qadının qanında oksitosinaza olmur. Bundan əlavə uşaqlıq toxumasında və böyrəklərdə oksitosin molekulundakı qlisinamid qalığını hidrolitik yolla peptid zəncirdən ayıran ferment tapılmışdır.

immunitet.az

0 şərh