Sevərdinmi sən məni?

Sevərdinmi sən məni?

Yağan bir yağış olub,
Üzərinə tökülüb
Yanağından süzülsəm;
Yazan qələmin olub,
Əllərinə toxunub
Daim səninlə olsam;
Axan göz yaşın olub,
Yanağından süzülüb
Dodağına toxunsam;
Baxdığın hər şey olub,
Daim önündə durub
Gözlərinlə görüşsəm;
Ən böyük arzun olub,
Ürəyindən qovulub
Bir gün yerinə yetsəm;
Sinif yoldaşın olub,
Sənə qəlbən vurulub
Ömür boyu sevərsəm;
Söylə solmayan gülüm,
Ətirli qızılgülüm
Sevərdinmi sən məni?
 

4 şərh

Nailə_Rzayeva
Arzt, şeirin müəllifi də sizsiniz? Əgər belədirsə, sadəcə sizi təbrik etmək olar, çünki gözəl qələminiz var :)
Arzt
Bəli.Burda ancaq öz şeirlərimə yer ayıracam.Ümid edirəm ki, narazılıq edən olmaz.
2ral
kayzen.az saytının Əbül-üla Gəncəvisi şairi sən oldun.
Dior

Çox gözəl yazmısız.Əllərinizə sağlıq!